Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-162/2024 01.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AlK-in 15 dekabr 1997-ci il tarixli, 27 nömrəli qərarına əsasən, X18, X13, Ərizəçi, X16, X4, X14 və X7 adına verilmiş Qəbələ rayonu Bayramkoxa kəndində JN-012A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin mərhum atasına aid hissədə, mərhum atası X10 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-in 15 dekabr 1997-ci il tarixli, 27 nömrəli qərarına əsasən, onlara, yəni X18, X13, Ərizəçi, X16, X4, X14 və X11 Qəbələ rayonu Bayramkoxa kəndində JN-012A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,67 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə mərhum atası X8 ata adı səhvən "Əlirza" kimi göstərilmişdir. Lakin mərhum atasına məxsus digər sənədlərdə, yəni doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə, həmçinin ona məxsus doğum haqqında şəhadətnamədə və digər sənədlərdə ad, soyad və ata adı düzgün olaraq, X3 qeyd edilmişdir. Mərhum atası 04 avqust 2018-ci ildə ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Hazırda torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq şəhadətnamə yuxarıda göstərdiyi səhv qeydlər aparıldığından bu mümkün deyildir. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 012A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 dekabr 1997-ci il tarixli, 27 saylı qərarına əsasən X12, X5, Ərizəçi, X9, X1, X6 və X7 birgə mülkiyyətinə 0,67 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 3-16-5/8-390/2023 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, ərizəçinin mərhum atası X17 15 may 1940-ci ildə Qəbələ rayonu, Bayramkoxa kəndində anadan olmuşdur. Bu barədə 29 noyabr 2023-cü il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 10 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Ərizəçi məxsus Qəbələ rayon Zalam kənd İƏN tərəfindən verilmiş AZ-İV № 791143 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin ata qrafasında ata adı “X17” kimi göstərilmişdir. İşdə olan Qəbələ rayonu Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 826057 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2018-ci il tarixdə Qəbələ rayonu, Bayramkoxalı kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 1 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Bayramkoxalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli, 115 nömrəli arayışda göstərilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-012A, kod 40600028 saylı şəhadətnamədə onun atası mərhum X8 ata adı texniki səhv olaraq “Əlirza” kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 26 aprel 2023-cü il tarixli məktubundan görünür ki, JN – 012A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 15 dekabr 1997-ci il tarixli, 27 saylı qərarına əsasən X12, X5, Ərizəçi, X9, X1, X6 və X7 birgə mülkiyyətinə verilmiş JN – 012A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ərizəçinin mərhum atası X8 ata adı səhvən «Əlirza» kimi qeyd olunmuşdur. X2 aid doğum və ölüm haqqında şəhadətnamələrdə düzgün olaraq ad, soyad və ata adı X3 göstərilmişdir. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 15 dekabr 1997-ci il tarixli, 27 saylı qərarına əsasən X12, X5, Ərizəçi, X9, X1, X6 və X7 adına verilmiş JN – 012A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin mərhum X10 aid hissədə mərhum X10 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-162/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-162/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver