Məhkəmə qərarları › İş №2(025)-1649/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1649/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1649/2021 02.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili X2 iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-119A, KOD 40607038 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, o, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarına əsasən mərhum əri X10 JN-119A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə 0,39 ha mülkiyyətinə torpaq sahəsi verilmişdir və sənəd mərhuma təqdim edilmişdir. O, mərhum X13 ilə 14 avqust 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir və həmin nikahdan X7, X6 və X11 adlı üç övladı olmuşdur. Bununla onu demək istəyir ki, mərhumun vərəsələri onlardır. Mərhumun ölüm şəhadətnaməsindəki ata adı ilə ondan miras qalan JN-119A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən ata adında ziddiyyət vardır. Belə ki, ölüm şəhadətnaməsində, nikahın bağlanması haqqında şəhadətnamədə atasının adı Əlif, torpağın mülkiyyətə verilməsinə dair JN-119A saylı şəhadətnamədə isə Əmir kimi göstərilmişdir ki, bu da ona miras əmlaka dair şəhadətnamə almaqda müəyyən problemlər yaratmışdır. Lakin, torpaq sənədində göstərilən Əmir ata adı elə Maarifin atasının adıdır. Yəni torpaq sənədində göstərilən Balıyev Maarif Əmir oğlunun adına verilmiş torpaq sahəsinin mülkiyyətçisi X12r. Onun qızlıq soyadı Şeydayeva olmuşdur. O, mərhum X10 14 avqust 2003-cü il tarixdə ərə getmiş və nikah rəsmiləşən zaman ərinin soyadı - Balıyeva soyadını qəbul etmişdir. Sözü gedən sənəd hüquqmüəyyənedici sənəddir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. Bununla əlaqədar olaraq adımıza “Çıxarış” almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdi. Lakin DƏDRX Qəbələ Ərazi İdarəsi ona “Çıxarış” verməkdən imtina etdi Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili X3 ərizəni müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-119A nömrəli 40607038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən, X8 tam mülkiyyətinə 0,39 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Laza kənd soveti tərəfindən verilmiş 17 fevral 1970-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X13 16 fevarl 1970-ci il tarixdə anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin mərhum ərinin ata adı “Əlif” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Zalam kənd İ.Ə.N tərəfindən 14 avqust 2003-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X13 14 avqust 2003-cü il tarixdə X9 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Balıyev, arvada Balıyeva soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin mərhum ərinin ata adı “Əlif” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 avqust 2020-ci il tarixli AZ-İİ № 065726 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 10 avqust 2020-ci il tarixdə Qəbələ rayonu, Kürd kəndində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum ərinin ata adı “Əlif” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçi və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,39 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-119A nömrəli 40607038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X13” əvəzinə “X14” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-119A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçinin mərhum əri X10 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar