Məhkəmə qərarları › İş №2(025)-1651/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1651/2021

25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1651/2021 25.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 28.10.1998-ci il tarixli 9 saylı qərarı ilə X9, X6, X7, X3, X10 və X4 birgə mülkiyyətinə verilmiş JN-1874A saylı şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 25 noyabr 2021-ci il tarixdə Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, ərizədə yalnışlıqla Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 5-ci sırasında X5 adının yalnış yazıldığını qeyd etsə də, X11 onun qardaşıdır. Lakin həmin şəhadətnamənin 6-cı sırasında onun adı yalnışlıqla X2 qeyd edilmişdir. Odur ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X9, X6, X7, X3, X10 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-1874A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş JN-1874A saylı kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 5-ci sırada Ərizəçi soyadı və adı texniki səhv olaraq Ərizəçi əvəzinə Məmmədov Ziya kimi qeyd edilmişdir. JN- 1874A saylı şəhadətnamə üzrə payların payçılar arasında bölgüsünün aparılması məqsədilə maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, hüquq sahiblərinin adları siyahısında 5-ci sırada Zəka Hüseyn oğlunun soyadında və adında texniki səhvə yol verilmişdir. JN-1874A saylı şəhadətnamədə qeyd olunan texniki səhvə görə əməliyyat aparılması mümkün olmamışdır. JN-1874A saylı şəhadətnamədə qeyd olunan texniki səhv məhkəmə qaydasında düzəliş edilməlidir. AZE №******** saylı şəxsiyyyət vəsiqəsində Ərizəçi soyadı və adı düzgün olaraq “Məmmədov Ziya” kimi yox, Ərizəçi kimi qeyd edilmişdir. XVİ-ЖГ № 267513 saylı doğum haqqında şəhadətnamədə Zəka Hüseyn oğlunun soyadı və adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1874A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X9, X6, X7, X3, X10 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam kənd sovetliyi tərəfindən verilmiş 28 mart 1991-ci il tarixli, XVİ-ЖГ seriyalı, 267513 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1991-ci ildə Qəbələ rayonu Vəndam kəndində doğulmuş, bu barədə 1991-ci ilin mart ayının 28-də Qəbələ rayon Vəndam kənd sovetində 59 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 20 sentyabr 2021-ci il tarixli **********31 nömrəli məktubundan görünür ki, JN-1874A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli, 1730 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-1874A kod 40600048-də qeyd olunmuş X1 Zəka Hüseyn oğlu kimi oxunmalıdır. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 1433 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olub, hal-hazırda Vəndam qəsəbəsində yaşayır. İşdə olan ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X9, X6, X7, X3, X10 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-1874A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi adı səhvən “Zina”, cinsiyyəti isə səhvən “qızı” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X9, X6, X7, X3, X10 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-1874A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar