Məhkəmə qərarları › İş №2(025)-1657/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1657/2023

19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1657/2023 19.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X10, X2, Nümayəndə, X11 və X5 adına verilmiş JN-1561F nömrəli (kod:********) və JN-1561F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin onlara aid hissəsədə onlara - Ərizəçi1 və Ərizəçi2, həmçinin mərhum ailə üzvləri X4 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, onlara, yəni X12, X9ma, Nümayəndə, X20ma və X15ma Qəbələ şəhərində JN- 1561F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bildirir ki, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, onlara, yəni X12, X9ma, Nümayəndə, X13 və X15ma Qəbələ şəhərində JN-1561G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə o - Ərizəçi1 soyadı səhvən “Qasımova” kimi, o-Ərizəçi2 adı səhvən “X14” kimi, həmçinin mərhum ailə üzvləri X3 ata adı səhvən “İmaməddin” kimi göstərilmişdir. Lakin onlara məxsus şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə və nikah haqqında şəhadətnamələrdə, hərbi biletdə, ölüm haqqında şəhadətnamədə və digər sənədlərdə ad, soyad və ata adları Ərizəçi1, Ərizəçi2 və X1 göstərilmişdir. X7 14 iyun 2008-ci ildə “kəskin miokard infarktı” səbəbindən vəfat etmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəlcmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktmdakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılması xahiş edilmiş, müvafiq məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1561F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nin 26 fevral 2001-ci il tarxli, 03 saylı qərarına əsasən X10, X2, Nümayəndə, X11 və X5 ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1561G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nin 26 fevral 2001-ci il tarxli, 03 saylı qərarına əsasən X10, X2, Nümayəndə, X11 və X5 ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0.13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonun VVAQ bürosu tərəfindən verilmiş 18 iyun 1969-cu il tarixli АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 soyadı, adı və ata adı “X18” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2011-ci il tarixli AZ- İİ № 737328 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 soyadı, adı və ata adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20 avqust 1994-cü il tarixli Vİ-ЖГ № 438554 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1994cü il tarixdə X18 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. Burada Ərizəçi1 soyadı, adı ata adl “X18” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli SX № ******* saylı hərbi biletin surətindən görünür ki, burada Ərizəçi2 soyadı, adı və ata adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli AZ-İİ 344713 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci ildə vəfat etmiş ölümü 16 iyun 2008-ci il tarixdə 49 №-li akt ilə qeyd edilmişdir. Burada mərhumun soyadı, adı və ata adı tam olaraq “X6” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən 27 sentyabr 2023-cü il tarixdə verilmiş 2028 saylı arayışdan görünür ki, Ərizəçi1 ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən 27 sentyabr 2023-cü il tarixdə verilmiş 2029 saylı arayışdan görünür ki, Ərizəçi2 ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən 27 sentyabr 2023-cü il tarixdə verilmiş 2027 saylı arayışdan görünür ki, Qəbələ Rayon Aqrar İslahatı Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1561G (Kod: ********) saylı şəhadatnamədə mərhum anasının adı “X17” qızı əvəzinə səhvən “X16” qızı, həyat yoldaşının adı “Ərizəçi1” qızı əvəzinə səhvən “X24” qızı, oğlunun adı “Ərizəçi2” oğlu əvəzinə səhvən “Ərizəçi2” oğlu əvəzinə səhvən “X22” qızı yazılmışdır. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 09267718 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı adı və ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı adı və ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvilərinin mülkiyyətinə 0.16 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-1561F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və 0.13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağcılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-1561G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadatnamədə yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “X18” kimi, “Ərizəçi2” əvəzinə “X14” kimi və “X6” əvəzinə “X8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1561F (Kod:********) və JN-1561G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrinin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və mərhum ailə üzvləri X4 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar