Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1669/2021 23.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu Ərizəçi maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyə n e t d i m: Ərizəçi maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Ərizəçi qeydiyyat ünvanı “Mingəçevir şəhəri”dir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizədə faktiki yaşayış ünvanının “Qəbələ şəhəri, M.F.Axundov küçəsi ev 129” olduğunu qeyd etsə də, bu hal ərizəyə əlavə olunmuş sənədlərlə (yaşadığı yer üzrə arayış) sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin ərizəçi qeyd edilən faktın təsdiq edən lazımi sənədlərin şəxsən özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən başqa qaydada ala bilməməsi barədə hər hansı bir təsdiqedici sənəd ərizəsinə əlavə etməmişdir. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin **********25 saylı, 18 avqust 2021-ci il tarixli məktubundan görünür ki müvafiq icra hakimiyyəti orqanına “X1” adlı şəxs tərəfindən müraciət olunmuş, lakin həmin şəxsin Ərizəçi səlahiyyətli nümayəndəsi olduğu ərizəyə əlavə olunmuş sənədlərlə sübuta yetirilməmişdir. Göründüyü kimi ilkin olaraq ərizəçi və ya səlahiyyətli nümayəndəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət edilməli, JN-060F saylı, kodu 40601004 olan "Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamənin Ərizəçi məxsus olmasının müəyyən edilməsinin mümkünsüzlüyü müəyyən edildikdən sonra belə bir maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edilməldir. Ərizəçi göstərilən qaydaya əməl etmədiyindən hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi ilə bağlı mübahisənin mövcud olmasının müəyyən edilməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən hesab edirəm ki, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1669/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1669/2021
23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver