Məhkəmə qərarları › İş №2(025)-1670/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1670/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1670/2021 02.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, JN-1343F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin bizə dair hissəsində Ərizəçi1, Ərizəçi2 qızma və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə onlara Ərizəçi1, Ərizəçi2, X2, X3 və Ərizəçi3 Qəbələ şəhər ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsinə JN-1343F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, Ərizəçi1, Ərizəçi2 ata adları “Şahmurad”, ’’Allahyar” və Ərizəçi3 adı “Zülfıqar” və ata adı “Lətif” kimi səhvən yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1, Şahmurova (Səfərəliyeva) Rübabə Alıyar qızı və Ərizəçi3 kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə ata adları düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirik. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən biz aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişik, müvafiq olaraq 07 yanvar 2021-ci il tarixli, **********20 saylı məktubu İlə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1343F, kod 40601004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən Ərizəçi1d oğlu, Ərizəçi2 Allahyar qızı, X4, X6 və X1 ümumi birgə mülkiyyətinə 0.26 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd İ.Ə.N tərəfindən 27.07.2021-ci il tarixdə verilmiş AZ- İV № 602027 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı “Şahmur” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Kürd kənd İƏN tərəfindən 27 iyul 2021-ci il tarixdə verilmiş AZ-İİ 428469 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 27 iyul 2021-ci il tarixdə X7 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Şahmurov, arvada Şahmurova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə Ərizəçi1 ata adı “Şahmur” olaraq, Ərizəçi2 ata adı “Alıyar” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 24.01.2007-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Şahmur” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Qəmərvan kənd soveti tərəfindən 15 dekabr 1980-ci il tarixdə verilmiş Vİİ-JQ 372664 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 adı “Zülfiqar” ataqrafasında Ərizəçi1 ata adı “Şahmur” olaraq, ana qrafasında Ərizəçi2 ata adı “Alıyar” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən 18.09.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 şəxsiyyəti təsdiq edən sənəddə adı “Zülfüqar" olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 07 iyul 2010-cu il tarixdə verilmiş AZ-İ 590655 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 07 iyul 2010-cu il tarixdə X11 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Şahmurov, arvada Şahmurova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə Ərizəçi3 adı “Zülfüqar” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 27.01.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Alıyar " olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.26 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-1343F, kod 40601004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Ərizəçi1d oğlu” kimi, “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Allahyar qızı” kimi və “Ərizəçi3” əvəzinə “X5” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1343F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar