Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1672/2021 10.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Xanbanla oğlunun vəkilləri və etibarnamə üzrə nümayəndələri Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Xanbanla oğlunun maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Xanbanla oğlu məhkəməyə ərizə ilə müraciət edərək, X5 ailə üzvləri ilə birlikdə adına verilmiş JN-2033F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər payçı mülkiyyətçilərlə birlikdə eyni zamanda Ərizəçi2 və Ərizəçi1 Xanbanla oğluna məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X7 ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə JN-2033F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,06 ha torpaq sahəsi verilmişdir. X9 onların atalarıdır və bütün ailə üzvləri X9, X3, Ərizəçi1 və Ərizəçi2 ibarətdir. JN-2033F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən onların ad və soyadlarında uyğunsuzluq var. Belə ki, şəxsiyyətlərini müəyyən edən şəxsiyyət vəsiqəsində Ərizəçi2, Ərizəçi1 kimi göstərilsə də, yuxarıda sözügedən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ceyhun Xanbala oğlunun soyadı Kərimli kimi, Ərizəçi1 adı Fazil kimi qeyd edilmişdir. Yuxarıda qeyd etdikləri kimi torpaq sənədi ilə verilən torpaq sahəsi paylı mülkiyyətdir və payçıların hər birinin mülkiyyətlərinin ayrılıb onların özünə verilməsi və adlarına “Çıxarış” alınmasında müəyyən problemlər yaranacaqdır. Çünki, qeyd etdikləri kimi torpaq sənədi ilə şəxsiyyətlərini müəyyən edən sənədlər arasında uyğunsuzluq vardır. Lakin, torpaq sənədində göstərilən Fazil adı Ərizəçi1, Kərimli soyadı Ceyhun Xanbala oğluna, yəni onlara aiddir. Həmçinin adı göstərilən sənəd hüquqmüəyyənedici sənəddir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. Onlar torpaq sənədinə dair “Çıxarış” almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmişlər. Oradan onlara 18 iyun 2021-ci il tarixli, **********57 saylı məktubla rədd cavabı verilmiş və bildirilmiş ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Xanbanla oğlunun vəkilləri və etibarnamə üzrə nümayəndələri Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin vəkillərini və etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-2033F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X5, X2, X6 və X4 birgə mülkiyyətinə JN- 2033F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 06 aprel 2007ci il tarixli, AZ-İ seriyalı, 913575 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 soyadı, adı və ata adı düzgün olaraq “Ərizəçi2” kimi qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 dekabr 2021-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, Ərizəçi1 soyadı, adı və ata adı “Ərizəçi1” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 18 iyun 2021-ci il tarixli **********57 nömrəli məktubundan görünür ki, JN-2033F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli arayışda göstərilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə JN 2033F, kod 40601004 nömrəli torpaq şəhadətnaməsində Ərizəçi1 adı Fəzayıl əvəzinə səhvən Fazil kimi yazılmışdır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 2173 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə JN 2033F, kod 40601004 nömrəli torpaq şəhadətnaməsində X10 əvəzinə səhvən X1 yazılmışdır. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2 və Ərizəçi1 Xanbanla oğlu. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X5, X2, X6 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-2033F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 Xanbanla oğlunun adı səhvən «Fazil» kimi, Ərizəçi2 soyadı səhvən «Kərimli» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X5, X2, X6 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-2033F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi2 və Ərizəçi1 Xanbanla oğluna aid hissədə Ərizəçi2 və Ərizəçi1 Xanbanla oğluna məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1672/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1672/2021
10.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver