Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1708/2021 29.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X3, X5, X15, X13 və Nümayəndə adına verilmiş JN – 034C nömrəli (kod:********.1) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadənamənin ona aid hissədə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, ona və X1, X8, X9 və Nümayəndə Qəbələ rayonu, Zərgərli kəndində JN – 034C nömrəli (kod:********.1) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,59 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə onun adı səhvən “Şura” kimi göstərilmişdir. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq dövlət aktında adı səhv qeyd olunduğundan bu mümkün deyildir. O, uzun illər buna əhəmiyyət verməmişdir, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 23 sentyabr 2021-ci il tarixli, **********85 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. Şəxsiyyətini təsdiq edən Qəbələ RPŞ tərəfindən 21.07.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində, “doğum haqqında şəhadətnamə”də və “Nikah haqqında şəhadətnamə”də adı düzgün olaraq “Ərizəçi” kimi qeyd edilmişdir. Yol verilmiş yalnışlığı o, başqa çür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçininin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 034C nömrəli (kod:********.1) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X3, X5, X15, X13 və Nümayəndə ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0,59 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 11 mart 1969-cu il tarixli, Vİ-BМ seriyalı, 089291nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “X14” kimi qeyd edilmişdir. İşdə olan 12.08.1982-ci il tarixli, İ-ЪД seriyalı, 389608 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X7 12 avqust 1982-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədəliyev, arvada Məmmədəliyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 23 sentyabr 2021-ci il tarixli **********85 nömrəli məktubundan görünür ki, JN-034 C F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Zərgərli kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli, 138 nömrəli arayışda göstərilmişdir ki, Məmmədəliyeva X4 sakini olmaqla ailə tərkibi X2 ibarətdir. İşdə olan ərizəçiyə aid AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçinin oğlu Nümayəndə məxsus 26 noyabr 2021-ci il tarixli, AZ-İV seriyalı, 666238 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, uşağın ana adı göstərilən qrafada ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X3, X5, X15, X13 və Nümayəndə birgə mülkiyyətlərinə verilmiş JN – 034C nömrəli (kod:********.1) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi adı səhvən “Şura” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına X3, X5, X15, X13 və Nümayəndə birgə mülkiyyətlərinə verilmiş JN – 034C nömrəli (kod:********.1) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1708/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1708/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver