Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-171/2021 18.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X14, X5, X8, X9, Ərizəçi2 Əhmədiyyə oğlu, X11 və X6 adına verilmiş İN-286F saylı kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Babayeva (Cəfərova) Kəmalə Əhmədiyyə qızı, X7 və Ərizəçi2 aid hissədə Babayeva (Cəfərova) Kəmalə Əhmədiyyə qızı,X7 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş İN-286F saylı,kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 2-ci sırada X2 adı texniki səhv olaraq Ziynət əvəzinə “Zinyət” 4-cü sırada Babayeva (Cəfərova) Kəmalə Əhmədiyyə qızının adı texniki səhv olaraq Kəmalə əvəzinə ”Kamilə” 5-ci sırada Ərizəçi2 adı və ata adı texniki səhv olaraq -Məhəmmədəli əvəzinə “Məhəmmədalı”, “Əkrəm oğlu” əvəzinə Əhmədiyyə kimi qeyd edilmişdir. Qeyd edilən İN-286F saylı şəhadətnamə üzrə payçıların hər birinin payına uyğun çıxarışın alınması məqsədilə 9 saylı ərazi idarəsində əməliyyat apararkən məlum olmuşdur ki, şəhadətnamədə qeyd olunan texniki səhvlərə yol verilməklə həmin şəhadətnamə tərtib edilmişdir. JN-286 F saylı şəhadətnamədə qeyd edilən texniki səhvləri aradan qaldırmadan mülkiyyət hüququnu həyata keçirmək mümkün deyildir. JN-286F saylı şəhadətnamədə buraxılmış texniki səhvlərə məhkəmə qaydasında düzəliş edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN- 286F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X14, X5, X8, X9, X1, X11 və X6 ümumi birgə mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 1965-ci il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 1965-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1965-ci il tarixdə 142 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxx 1989-cu il tarixli V-JQ № 255434 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 1989-cu il tarixdə X10 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1965ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx xxxxxxxx 1991-ci il tarixli XİV-JQ № 471952 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1991-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 206 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1991ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan xx xxxx 2017-ci il tarixli AZ-İİİ № 975400 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 1948-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1948-ci il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZE № 02670735 saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx xxxx 1948-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx xxxx 2020-ci il tarixli AZ-İİ № 101083 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 2020-ci il tarixdə Qəbələ rayonunda ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 144 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-286F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, mərhum “X7” əvəzinə “X5”, “Ərizəçi2” əvəzinə “X1” və “X10” əvəzinə “X9” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-286F (Kod:40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Babayeva (Cəfərova) Kəmalə Əhmədiyyə qızına, Ərizəçi2 və mərhum X3 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-171/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-171/2021
18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver