Məhkəmə qərarları › İş №2(025)-171/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-171/2023

06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-171/2023 06.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, onun və nənəsi X3 adına verilmiş JN-064B (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin mərhum X6 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 0, xx xxxx 1984-cü ildə Qəbələ rayonu Tikanlı kəndində anadan olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, ona və nənəsi X6 Qəbələ rayonu Tikanlı kəndi ərazisində 0.12 ha torpaq sahəsinə JN-064B (kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”verilmişdir. Sonradan ona məlum olmuşdur ki, şəhadətnamədə nənəsi X2 “Muradova” əvəzinə “Muradov” və “qızı” əvəzinə “oğlu” qeyd olunmuşdur. Qəbələ rayonu Tikanlı kənd inzibati ərazi nümayəndəliyindən verilmiş “Ölüm haqqında şəhadətnamə”də adı soyadı və ata adı X7 olaraq göstərilmişdir. Hazırda ona və mərhum nənəsinin adına verilmiş torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestindən şıxarış almaq istəyir. X1 barəsində məlumatlar düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir. İdarənin 07 oktyabr 2022-ci il tarixli **********80 saylı məktubu ilə yanlışlıqlara düzəlişin həyata keçirilməsinin onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0064 (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X4 və ərizəçi - Ərizəçi birgə mülkiyyətinə Qəbələ rayonu Tikanlı kəndi ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Seriya AA ******* saylı FİN: xxxxxxx təşkil edən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı, soyadı və ata adı - Ərizəçi olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Qeydiyyat Şöbəsinin 05 oktyabr 2022-ci il tarixdə verdiyi AZ-İİ 289559 saylı “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X7 xx.xx.2009-cu ildə “ürək çatmamazlığı”ndan vəfat etmişdir. Onun ölümü barədə xx.xx.2009-cu il tarixdə akt qeydi kitabında 02 nömrəli qeyd aparılmışdır. İşdə olan Qəbələ rayon Tikanlı kənd inzibati ərazidairəsi üzrə nümayəndəliyinin 15 noyabr 2022-ci il tarixli, 338 saylı arayışında torpaq islahatı zamanı verilmiş İN-064B; kod 40615018 nömrəli “Torpağın mülkiyyətə vrilməsina dair şəhadətnamə”də torpaq mülkiyyətçisinin X7 olaraq göstərilməli olduğu halda səhv olaraq “X8” (xx.xx.2009-cu il tarixdə vəfat edib) göstərildiyi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 07 oktyabr 2022-ci il tarixli, **********80 saylı məktubdan görünür ki, onun JN-064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də olan ad, soyad səhvlərinin dəyişdirilməsi barədə ərizəsinə cavab olaraq sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına məhkəmə tərəfindən baxıldığı ona izah edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı torpaq sahəsinin mülkiyyətə verilməsini təsdiq edən JN-064B (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də X7 əvəzinə səhv olaraq “X8” göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-064B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin mərhum - X6 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar