Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-172/2021 18.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli 20 saylı qərarı ilə X6, X2, X7, X3 və X1 birgə mülkiyyətinə verilmiş JN-027A saylı (kodu 40615048) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 aid hissədə X8, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli 20 saylı qərarı ilə verilmiş JN-027A saylı kodu 40615048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında texniki səhv olaraq 1-ci sırada X8 əvəzinə “X9”, 3-cü sırada Ərizəçi1 əvəzinə “X7, 4-cü sırada Ərizəçi2 əvəzinə “X3” və 5-ci sırada Ərizəçi3 əvəzinə “X5” kimi qeydlər aparılmışdır. JN-027A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahiblərinin soyad,ad və ata adlarında buraxılmış texniki səhvlərə görə payçı olaraq öz adımıza çıxarışların alınması əməliyyatını apara bilmirlər. DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciətinə cavab olaraq bildirilmişdir ki, məhkəməyə müraciət edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN- 027A (Kod: 40615048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1999-cu il tarixli 20 nömrəli qərarına əsasən, X6, X2, X7, X3 və X1 ümumi birgə mülkiyyətinə 1.01 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxxxx 1966-cı il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxxxx 1966-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 321 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxxx 1995-ci il tarixli Vİ-JQ № 261488 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 soyadı “Məmmədov” olaraq qeyd olunmuşdur. İşdə olan xx xxxxxx 1998-ci il tarixli XX-JQ № 413792 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1998-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxxx 1996-cı il tarixli XİX-JQ № 382125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1996-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 115 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxxxx 1951-ci il tarixli İE № 682530 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 1928-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1951-ci il tarixdə 830 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxxxx 2005-ci il tarixli AZ-İ № 144065 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2005-ci il tarixdə Qəbələ rayonu, Yemişənli kəndində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-027A (Kod: 40615048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, mərhum “X8” əvəzinə “X6”, “Ərizəçi1” əvəzinə “X7”, “Ərizəçi2” əvəzinə “X3”, “Ərizəçi3” əvəzinə “X5” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-027A (Kod:40615048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və mərhum X4 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-172/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-172/2021
18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver