Məhkəmə qərarları › İş №2(025)-1723/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1723/2021

02.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1723/2021 02.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X7 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X7 və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şimal Qərb RETS-mn X3 X2 və Bərpası bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş 215543 saylı aktın ləğv edilməsinə və yazılmış cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Şimal Qərb RETS-nın əməkdaşı hər ay hesablanmış enerji sərfiyyatını qeyd edilmiş bildirişi təqdim edərkən bildirişdə 613 (altı yüz on üç) manat borc yazıldığını gördü və bu barədə soruşduqda məlumatının olmadığını bildirdi. Bildirişdə yazılmış borc barədə məlumat almaq ücün Şimal Qərb RETS- nın X3 rəisi cənab Əkbər Haqverdiyevə ərizə ünvanladı. Ərizəyə cavab olaraq 02.06.2021-ci il tarixində sayğacdan kənar xətdən istifadə etdiyi üciin ona cərimə yazıldığı bildirildi. X9 RETS-nın Qəbələ Elektirif. Şəbəkəsinə ərizə yazdı, ərizədə göstərdi ki, heç vaxt sayğacdan kənar xətdən istifadə etməmiş və ona cərimə yazılmsından ərizəyə cavab verildikdən sonra xəbəri olduğunu bildirdi. Əgər barəsində cəriməyə görə akt tərtib olunubsa həmin aktı ünvanına göndərilməsini xahiş etdi. Şimal Qərb RETS-nın X3 rəisi ərizəyə cavab olaraq 02 sentyabr 2021-ci il tarixli 01-01-/M-060/053 saylı məktub göndərdi, məktub da Qəbələ EŞ-nə yazdığını ərizə əməkdaşaln tərəfindən araşdırıldığı 02.06.2021-ci il tarixində sayğacdan kənar xətdən istifad ə etdiyi üciin Şimal-Qərb RETSİ-nin Enerji, itqilərini Araşdırılması və Bərpası bölməsinin əməkdaşları tərəfindən baxış keçirilərək 215543 saylı akt tərtib edildiyi müraciyyətinə əsasən həmin 215543 saylı akt və əlavə olaraq kənar xətdən istifadə edilməsi barədə video görüntünü Şimal-Qərb RETSİ-nin X2 və Bərpası bölməsindən götürə biləcəyi göstərildi. Bundan sonra Şimal-Qərb RETSİ-nin X2 və Bərpası bölməsinə getdi və hec kimi tapa bilmədi ki, sorğusuna cavab alsın. Bütün bunlardan göründüyü kimi barəsində tərtib edilmiş akt və cərimə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 13 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh qismində mülki işə cəlb olunmuşdurlar. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının Qəbələ rayonu, Böyük Pirəlli kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına **********00381 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İddiaçı cavabdeh qismində göstərdiyi Şimal- Qərb RETSİ "xxxx" ASC-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. İdarənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə "xxxx" ASC-nə məxsusdur. Şimal-Qərb RETSİ müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin Şimal-Qərb RETSİ "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə-təsərrüfat balansı "xxxx" ASC-nin balansına aiddir. Qeyd etdiyimiz kimi hüquqi şəxs statusuna malik olmayan Şimal-Qərb RETSİ qeydiyyatda olan, o cümlədən iddiaçının qeydiyyatda olduğu enerji hesabları üzərində sərəncamverici səlahiyyətləri (enerji sərfiyyatının silinməsi və digər dəyişikliklərin aparılması) onun tabe olduğu "xxxx" ASC həyata keçirir. Digər tərəfdən Şimal-Qərb RETSİ yalnız verilmiş göstərişlərin və xidmətin icrasını təşkil edir. Şimal-Qərb RETSİ-nin tabe olduğu "xxxx" ASC isə hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Bu şəbədən də Şimal-Qərb RETSİ-nin cavabdeh kimi qeyd olunması əsasızdır. 02.06.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları F.Cavadov, M.Əliyev və R.Musayev tərəfindən Qəbələ rayonu, Böyük Pirəlli kəndində yerləşən Must&fayev Elsevər Ələfsər oğluna məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin həyəyanı sahəsindən keçən 0,4 kV-luq h/x-dən qoşularaq kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 02.06.2021-ci il tarixli, R215543 saylı akt tərtib olunmuşdur. 02.06.2021-ci il tarixli, R215543 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 18.06.2021-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 300 gün üçün 0.07 manatla 3000 kvt.s (dəyəri 210.00 manat) və 0.11 manatla 3653 kvt.s (eləyəri 401.83 manat) toplamda 611.83 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 12.01.2021-ci il tarixdən 12.05.2021-ci il tarixə qədər 179 gün üçün sərfiyyatın toplamda 218 kvts olduğu, lakin qüsur bərpa olunduqdan sonrakı dövr üzrə, yəni 07.06.2021-ci il tarixdən 11.10.2021 -ci il tarixə qədər 152 gün üçün sərfiyyatın toplamda 2083 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (1865 kvt.s) olduqca böyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsusi fərdi yaşayış evinə tərtib edilmiş 02.06.2021-ci il tarixli R215543 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Sonda isə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satışı İdarəsi bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 02 iyun 2021-ci il tarixli 215543 saylı aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Pirəlli kəndində yerləşən İddiaçı məxsus yaşayış evində yoxlama keçirən zaman sayğacdan kənar xətdən isifadə edildiyi məlum olmuşdur. "xxxx" ASC-nin X4 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən 02 iyun 2021-ci il tarixli 215543 saylı akta əsasən tərtib edilmiş 16 iyun 2021-ci il tarixli icra vərəqindən görünür ki, İddiaçı çıxarılmış sayğacda olan oxunmamış 6653 kVt.s enerji üzrə 611.83 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin X4 və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən iddiaçının sorğusuna cavab olaraq verilmiş 02 sentyabr 2021-ci il tarixli M-060/053 saylı məktubda bildirilir ki, “Sizə 02.06.2021- ci il tarixdə sayğacdan kənar xətdən istifafə-etdiyiniz üçün Şimal-Qərb RETSİ-nin X1 və Bərpası bölməsinin əməkdaşları tərəfindən baxış keçirilərək 215543 saylı akt tərtib edilmişdir. Müraciətinizə əsasən həmin 215543 saylı aktı və əlavə olaraq kənar xətdən istifadə edilməsi barədə video görüntünü Şimai-Qərb RETSİ-nin X1 və Bərpası bölməsinə müraciət edib götürə bilərsiniz. Həmin bölmə Şimal-Qərb RETSİ- nin nəzdində olmaqla Qəbələ şəhəri Z.Əliyeva küçəsi 63- də yerləşir.” Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, özü tərəfindən sayğacdan kənar xətdən isifadə edildiyi və ya hansısa qanun pozuntusunun törədilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə "xxxx" ASC-nin X4 və Satışı İdarəsinin əməkdaşları sayğaca nəzarət etmiş, istehlakçı-iddiaçı uzun müddət ərzində mütamadi olaraq hər ay enerji sərfiyyatının əvəzini ödəmiş və idarənin işçiləri tərəfindən ona quraşdırılmış elektrik sayğacdan kənar xətdən isifadə edildiyi barədə xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh tərəfindən 02.06.2021-ci il tarixli akt əsasında hesablanmış 611.83 (altı yüz on bir manat səksən üç qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X7 və Satışı İdarəsinin vəzifəli şəxsinin 02.06.2021-ci il tarixli R215543 saylı akt əsasında hesablanmış 611.83 (altı yüz on bir manat səksən üç qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar