Məhkəmə qərarları › İş №2(025)-174/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-174/2022

22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-174/2022 22.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə X2,X3,X1 və X4 adına verilmiş İN-117F saylı (kodu ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 aid hissədə Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nin 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş JN-117 F saylı, kodu 40613018 ofan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada Ərizəçi1 və 4-cü sırada Ərizəçi2 soyadlarında texniki səhv olaraq Həmidli əvəzinə “Qayıbxanov” kimi qeydiyyat aparılmışdır. Qeyd edilən JN-117 F saylı kodu 40613018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan texniki səhv DƏDRX -nin 9 saylı Ərazi idarəsinə payların müəyyən edilməsi məqsədilə müraciət edərkən müyyən edilmişdir. Qeyd olunan texniki səhvin düzəldilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Mülkiyyət sənədindəki texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-117F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15.05.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən, X6, X7, X5 və X4 ümumi birgə mülkiyyətinə 0,17 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 25 iyun 2020-ci il tarixli AZ-İV № 404535 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1994-cü il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində anadan olmuşdur. Şəhadətnamədə ərizəçinin soyadı “Həmidli” olaraq qeyd edilmişdir. İşdə olan AA № ******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı şəxsiyyətini təsdiq edən sənəddə “Həmidli” olaraq qeyd edilmişdir. İşdə olan 09 oktyabr 2020-ci il tarixli AZ-T № 085079 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1996-cı il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində anadan olmuşdur. Şəhadətnamədə ərizəçinin soyadı “Həmidli” olaraq qeyd edilmişdir. İşdə olan AA № ******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı şəxsiyyətini təsdiq edən sənəddə “Həmidli” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 0,17 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-117F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X5”, “Ərizəçi2” əvəzinə “X8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-117F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar