Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-174/2023 02.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, X1, Ərizəçi2 Sarıxan oğlunun, X10, X14, X6, X7, X8, X4, X11 və X3 adına verilmiş JN-0048 (kod:********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın onlara aid hissədə onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, X2, X15, X17, X12, X13, X9, X16 və X5 və onlara, yəni Ərizəçi1 və Ərizəçi2 Qəbələ rayonu Bılıx kəndi ərazisindən 6.50 ha torpaq sahəsinə JN-0048 (kod:********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Sonradan məlum olmuşdur ki, Dövlət Aktında Ərizəçi1 “Kərimov” soyadı əvəzinə səhvən soyadı “Kərimova”, “oğlu” əvəzinə “qızı”, Ərizəçi2 ata adı “Sərxan” əvəzinə səhvən “ Sarıxan” kimi qeyd edilmişdir. Şəxsiyyət vəsiqələrində, doğum və nikah şəhadətnamələrində, digər sənədlərdə Ərizəçi2 olaraq göstərilmişdir. Hazırda ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinə Çıxarış almaq istəyirlər. Dövlət aktında səhvlər olduğundan bu mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair dövlət aktı verən orqan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər. İdarənin 07 dekabr 2022-ci il tarixli **********13 saylı məktubu ilə yanlışlıqlara düzəlişin həyata keçirilməsinin onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0048 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 15 aprel 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən X1, X10, X14, X7, X8, X4, X11, X3 və ərizəçilər - Ərizəçi1 və Ərizəçi2 birgə mülkiyyətinə Qəbələ rayonu Bılıx kəndi ərazisindən 6.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş 28 aprel 1969-cu il tarixli AZ № 289035 saylı notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1950-ci ildə Qəbələ rayonu Bılıx kəndində anadan olmuşdur. İşdə olan Qutqaşen (Qəbələ) rayonu Məlikli kənd sovetinin 02 oktyabr 1978-ci il tarixdə verdiyi V-JQ №321385 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 22 avqust 1978-ci ildə Bılıx kəndində doğulmuşdur. İşdə olan Qəbələ rayon PŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı, soyadı və ata adı -Ərizəçi1 olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon PŞ tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı, soyadı və ata adı -Ərizəçi2Sərxan oğlu olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Bılıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 noyabr 2012-ci il tarixli,163 sayl arayışında JN-0048 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi2 səhv olaraq Ərizəçi2 Sarıxan oğlu yazıldığl qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bılıx kənd inzibati ərazi nümayəndəliyinin 25 iyul 2008-ci il tarixdə vediyi AZ-İ 421804 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 ilə X22 arasında 25 iyul 2008-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Burada Ərizəçi1 soyadı “Kərimov” və ata adı “Səfixan” olaraq olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen (Qəbələ) rayon Məlikli kənd soveti tərəfindən 30 avqust 1974-cü il tarixdə verilmiş İ-JQ № 261660 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 Sarxan oğlu ilə X20 arasında 30 avqust 1974-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Burada Ərizəçi2 ata adı “Sarxan” olaraq olaraq qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı 07 dekabr 2022-ci il tarixli, **********13 saylı məktubdan görünür ki, Ərizəçi1 İN-0048 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda olan ad, soyad səhvlərinin dəyişdirilməsi barədə ərizəsinə cavab olaraq sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına məhkəmə tərəfindən baxıldığı ona izah edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 6.50 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0048 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi1 əvəzinə səhv olaraq “X18”, Ərizəçi2 əvəzinə isə səhv olaraq “Ərizəçi2 Sarıxan oğlu” göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-0048 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-174/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-174/2023
02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver