Məhkəmə qərarları › İş №2(025)-1747/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1747/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1747/2021 02.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Həmidova (Bağırova) Ramilə Həmiyət qızının, Həmidova (Bağırova) Samirə Həmiyyət qızının və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Həmidova (Bağırova) Ramilə Həmiyət qızının, Həmidova (Bağırova) Samirə Həmiyyət qızının və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Həmidova (Bağırova) Ramilə Həmiyət qızı, Həmidova (Bağırova) Samirə Həmiyyət qızı və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X12, X20, X21, X35, X13, X14 və X7 adına verilmiş JN - 112F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin onlara, yəni Həmidova (Bağırova) Ramilə Həmiyət qızı, Həmidova (Bağırova) Samirə Həmiyyət qızı, Ərizəçi2 və digər ailə üzvü - mərhum X15 məxsus olması və Qəbələ rayon AlK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X27, X20, X21, X35, X13, X14 və X7 adına verilmiş JN - 112 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının bizə, yəni Həmidova (Bağırova) Ramilə Həmiyət qızı, Həmidova (Bağırova) Samirə Həmiyyət qızı, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi Həmidova (Bağırova) Ramilə Həmiyət qızı ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X12, X20, X21, X35, X13, X14 və X16 Qəbələ rayonu, Seyidqışlaq kəndində JN - 112F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0,81 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə mərhum nənəsi X3 soyadı “Bağırov”, adı “Əhmədiyyə” kimi, mən X2 ata adı “Həmyyət”, o, X1 ata adı “Həmyyət”, o, Ərizəçi2 səhvən soyadı “Bağırov”, ata adı “Həmyyət” kimi qeyd olunub. Həmçinin Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, ona və X22, X20, X21, X35, X13, X14 və X16 Qəbələ rayonu, Seyidqışlaq kəndində JN - 112 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə 5,00 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında o, X2 adı “Kamilə”, ata adı “Həmyyət”; o, X1 ata adı “Həmiyyət”, o, Ərizəçi2 səhvən soyadı “Bağırov”, ata adı “Həmyət” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsəm də, həmin idarə tərəfindən mənə ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli, **********64 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tövsiyyə olunmuşdur. Şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamələrdə, “Nikah haqqında şəhadətnamələrdə soyadı, adı və ata adı düzgün qeyd edilmişdir. Mərhum nənəsi X23 29 noyabr 1998-ci ildə “Arteroskleroz kardioskleroz” səbəbindən vəfat etmişdir. Onun adına verilmiş Ölüm haqqında şəhadətnamədə adı düzgün olaraq, X5 qeyd edilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi Həmidova (Bağırova) Samirə Həmiyyət qızı ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN- 112 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X27, X20, X21, X35, X13, X17 və X7 ümumi birgə mülkiyyətinə 5.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN- 112F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən X12, X20, X21, X35, X13, X17 və X7 ümumi birgə mülkiyyətinə 0.81 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 01.04.1993-cü il tarixli XVİİİ-JQ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 olunun tam adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən 06.05.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 olunun tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ reional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.11.2017-ci il tarixli AZ-İİ 231090 saylı nikah haqqında şəhadətnamənin görünür ki, Ərizəçi2 ilə Cəmilli Səidə Qəhrəman qızı arasında 23.11.2017-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Bağırlı, arvada Bağırlı soyadı verilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 12.03.1984-cü il tarixli X-JQ 26766 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Həmidova (Bağırova) Samirə Həmiyyət qızının ata adı “Həmiyyət” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 28.09.2009-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həmidova (Bağırova) Samirə Həmiyyət qızının ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Həmiyyət” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Seyidqışlaq kənd İ.Ə.D tərəfindən verilmiş 11.02.2004-cü il tarixli AZ- İ 052203 saylı nikah haqqında şəhadətnamənin görünür ki, X9 ilə X24 arasında 11.02.2004-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş 24.11.1980-ci il tarixli İİ-JQ 373028 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Həmidova (Bağırova) Ramilə Həmiyət qızının ata adı “Həmiyyət” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 20.02.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həmidova (Bağırova) Ramilə Həmiyyət qızının ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Həmiyyət” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Seyidqışlaq kənd İ.Ə.D tərəfindən verilmiş 09.02.2012-ci il tarixli AZ-İ 728127 saylı nikah haqqında şəhadətnamənin görünür ki, X10 ilə X25 arasında 09.02.2012-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir İşdə olan Qəbələ rayon Bunud kənd soveti tərəfindən verilmiş X11 məxsus 22.05.1955-cı il tarixli İJ 229859 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ana qrafasında mərhum X8 tam adı “X23” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Bunud kənd İ.Ə.N tərəfindən verilmiş 27.09.2021-ci il tarixli AZ-İİ 178498 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 29 noyabr 1998-ci ildə Qəbələ rayon Seyidqışşlaq kəndində vəfat etmişdir. Burada ərizəçilərin mərhum nənəsini tam adı “X23” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 5.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-112 (Kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında və 0.81 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-112F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “X23” əvəzinə “X27”, “X18” əvəzinə “X13”, “X9” əvəzinə “X17” və “X19” əvəzinə “X26” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-112F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Həmidova (Bağırova) Ramilə Həmiyət qızına, Həmidova (Bağırova) Samirə Həmiyyət qızına, Ərizəçi2 və ərizəçilərin mərhum nənəsi X15 aid olan hissədə və JN-112 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Həmidova (Bağırova) Ramilə Həmiyət qızına, Həmidova (Bağırova) Samirə Həmiyyət qızına və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar