Məhkəmə qərarları › İş №2(025)-1748/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1748/2021

04.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1748/2021 04.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-278A. KOD 40614018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona dair hissəsində Ərizəçi2 və JN-305 KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının onlara dair hissəsində yəni-Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1997-ci il tarixli 25 saylı qərarı ilə Qəbələ rayonu, Mıxlıqovaq kənd sakinləri mərhum X8, Nümayəndə, X4 və onlara - Ərizəçi1, Ərizəçi2 0.09 ha həyətyanı torpaq sahəsinə görə JN-278A. KOD 40614018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1997-ci il tarixli 25 nömrəli qərarları ilə mərhum X8, Nümayəndə, X4 və onlara- Ərizəçi1, Ərizəçi2 kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.02 ha və 0.65 ha torpaq sahələrinə görə JN-305. KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair' Dövlət Aktlarında sonradan bizə məlum olmuşdur ki, soyadlar səhvən “İbrahimova" əvəzinə "Abdullayeva"’, "Abdullayeva" əvəzinə isə “İbrahimova” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1 və Ərizəçi2 kimi yazılır. X12 09.01.2016-eı il tarixində ürək çatmamazlığından vəfat eldiyindən, hazırda torpaq sahələrinə notariat ofisində vərəsəlik işi açılaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmalıdır. Lakin Şəhadətnamədə və Dövlət Aktlarında soyadlar düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktlarını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən həmin sənədlərdəki yanlışlıqları aradan qaldıra bilmirik. Həmçinin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyəti üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarında yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq olaraq 24 avqust 2021-ci il tarixli. **********11 nömrəli məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN- 305 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 iyun 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X5, Nümayəndə, X3, X1, Ərizəçi2 ümumi birgə mülkiyyətinə 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0305 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 iyun 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən, X5, Nümayəndə, X3, Ərizəçi1, X2 ümumi birgə mülkiyyətinə 0.65 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-278A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 22 iyun 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X5, Nümayəndə, X3, Ərizəçi1, X2 ümumi birgə mülkiyyətinə 0.09 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir rayon Könüllü kənd İ.Ə.N tərəfindən verilmiş 28.01.2021-ci il tarixli AZ-T 150211 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 soyadı “Abdullayeva” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 20.12.2010-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Abdullayeva” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.N tərəfindən verilmiş 02.02.2021-ci il tarixli AZ-İİ 376069 saylı nikah haqqında şəhadətnamənin görünür ki, Ərizəçi1 ilə Nümayəndə arasında 19.01.1981-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan Qutqaşen rayon Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş 10.08.1982-ci il tarixli Vİİİ-JQ 450581 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 soyadı “İbrahimova” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 10.04.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “İbrahimova” olaraq qeyd olunmuşdur. İşdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.11.2012-ci il tarixli AZ-İ 788744 saylı nikah haqqında şəhadətnamənin görünür ki, Ərizəçi2 ilə X10 arasında 28.11.2012-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Əbilov, arvada İbrahimova soyadı verilmişdir. İşdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş X11 məxsus 28.07.2006-cı il tarixli AZ-İ 802824 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ana qrafasında Ərizəçi2 soyadı “İbrahimova” olaraq qeyd olunmuşdur. İşdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş X9 məxsus 28.11.2012-cı il tarixli AZ-İ 977180 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ana qrafasında Ərizəçi2 soyadı “İbrahimova” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 1.02 ha və 0.65 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 305 (Kod: ********) nömrəli və JN-0305 (Kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında və 0.09 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-278A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Ərizəçi2” əvəzinə “X6” və “Ərizəçi1” əvəzinə “X7” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-278A (Kod:4********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-0305 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının və JN-305 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar