Məhkəmə qərarları › İş №2(025)-178/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-178/2021

09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-178/2021 09.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon X12 xx xxxxxx 1999-cu il tarixli, 03 taylı Qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-203 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN-203A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-203F saylı Torpağın mülkiyyətə verilməsinə Şəhadətnamə ilə digər payçılarla birlikdə mərhum X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon X12 xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarına əsasən onlar ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə JN-203 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 2,34 ha kənd təsərrüfatı təyinatlı, JN-203A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə 0,12 ha və JN-203F saylı Torpağın mülkiyyətə verilməsinə Şəhadətnamə üzrə 0,94 həyət porpat sahəsi verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahələrinə dair müvafiq qaydada torpaq sənədləri onlara təqdim edilmişdir. Ailə üzvləri – o, mərhum X6, X10, X11, X15 və X7r. Hər üç sənəddə yəni, JN-203 saylı torpağa mülkiyyət hüququna dair Döğvlət Aktında, JN-203A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN-203F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mərhum X1 adı Məmmədiyə kimi qeyd olunmuşdur. Lakin, ölüm şəhadətnaməsində və nikah haqqında şəhadətnamədə adı Məhəmmədiyə kimi qeyd olunmuşdur ki, bu da ona müəyyən problemlər yaratmışdır. Bu səbəbdən payının bölünərək hər birinin adma “Çıxarış” alınması və payın üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi mümkünsüz etmişdir. Torpaq sənədlərində göstərilən Məmmədiyə adı elə Məhəmmədiyənin özünə məxsusdur. Yəni torpaq sənədlərində göstərilən X4 adına verilmiş torpaq sahələrinin mülkiyyətçisi X3r. Həmçinin onun qızlıq soyadı Mamedova olmuşdur. O, mərhum X2 xx xxxx 1976-cı il tarixdə ərə getmiş və nikah rəsmiləşən zaman ərinin soyadını-Əhmədova soyadını qəbul etmişdir. Ona görə də torpaq sənədində soyadı Əhmədova yazılmışdır. Sözü gedən sənəd hüquqmüəyyənedici sənəddir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. Bununla əlaqədar olaraq adlarına “Çıxarış” almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X22 müraciət etdi. Lakin DƏDRX X23 mənə “Çıxarış” verməkdən imtina etdi və xx xxxxxxxx 2020-ci il tarixli, **********84 saylı məktubla bildirildi ki, məhkəməyə müraciət etməlisən. Ona görə də Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəldi. Torpaq sənədlərinin surətlərini vəkil vasitəsi ilə almaq üçün DƏDRX-nə müraciət etdi. DƏDRX 9 saylı X23ndən xx xxxxxxxx 2020-ci il tarixli, **********09 saylı məktubla rəsmi cavab verilmişdir ki, mərhum X4 adına Qəbələ rayonunun Nic kəndində 6 nəhfər ailə üzvü ilə birlikdə 0,12 ha həyətyanı torpaq sahəsinə JN-203A olan “torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə”, 0,94 ha həyətyanı torpaq sahəsinə JN-203F olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və 2,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN- 203 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Həmin əmlaklara daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-203 (Kod: 40600068) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X9, Ərizəçi, X10, X11, X15 və X5 ümumi birgə mülkiyyətinə 2,34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-203A (Kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X9, Ərizəçi, X10, X11, X15 və X5 ümumi birgə mülkiyyətinə 0,12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-203F (Kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X9, Ərizəçi, X10, X11, X15 və X5 ümumi birgə mülkiyyətinə 0,94 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 212 saylı nikah akt qeydi barədə çıxarışdan görünür ki, ərizəçi X20 ilə mərhum əri X8 arasında xx xxxx 1976-cı il tarixdə 07 nömrəli nikah haqqında akt qeydi tərtib olunmuşdur. Həmin qeyddə ərizəçinin mərhum ərinin adı ”X8” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli AZ-İİ № 101072 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin mərhum ərinin adı “X8” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 2,34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN - 203 nömrəli (kod: 40600068) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında; 0,12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN – 203A nömrəli (kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və 0,94 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN – 203F nömrəli (kod: 40600068) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yalnışlığa yol verilərək, “X8” əvəzinə “X9” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-203A (Kod: 40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-203F (Kod: 40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-203 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçinin mərhum əri X2 aid hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar