Məhkəmə qərarları › İş №2(025)-1781/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1781/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1781/2021 11.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilərin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 26.05.1998-ci i! tarixli 10 saylı qərarı ilə X5 və X1 adına verilmiş JN-116 saylı kodu 40603018 saylı Dövlət aktının və X3, X4, X6, X8 və X2 adına verilmiş JN-116 saylı kodu 40603018 olan Dövlət aktının JN-116 saylı Dövlət aktı üzrə Ərizəçi1 Şahvələd qızına münasibətdə Ərizəçi1 Şahvələd qızına, JN 117 saylı Dövlət aktı üzrə Ərizəçi2 münasibətdə, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi X9 ərizəni müdafiə edib göstərdi ki, o, Qəbələ rayon AİK-nin 26.05.1998-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-116 saylı kodu 40603018 olan Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 2-ci sırada Ərizəçi1 soyadı texniki səhv olaraq “Şükürov”, adı “Sovqat” ata adı isə !vl' “Şahvələd oğlu kimi, JN-117 saylı kodu 40603018 olan Dövlət aktında isə 2-ci sırada Ərizəçi2 Əiixan qızının adı texniki səhv olaraq “İlhamə” qızı kimi qeyd edilmişdir. Qeyd edilən JN- 116 saylı və JN-117 saylı Dövlət aktları üzrə qeyd olunan soyad, ad və ata adındakı texniki səhvlər DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə payların müəyyən edilməsi məqsədilə müraciət edilərkən müəyyən edilmişdir. Qeyd olunan texniki səhvlər düzəldilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Mülkiyyət sənədindəki texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi1 Şahvələd qızının soyadı, adı və ata adı düzgün olaraq Ərizəçi1 Şahvələd qızı kimi qeyd edilmişdir. AZ-İ № 170180 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi1 Şahvələd qızının soyadı, adı və ata adı düzgün olaraq Ərizəçi1 Şahvələd qızı kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Ərizəçi2 adı düzgün olaraq İlhamə” kimi yox İlahə kimi qeyd edilmişdir. AZ № ******* saylı doğum haqqında şəhadətnamədə də İlahə Əlixan qızının adı düzgün olaraq “İlhamə” kimi yox İlahə kimi qeyd edilmişdir. İİİ-JQ № 485231 saylı nikahın bağlanması haqqında şəhadətnamədə Şükürova (Qasımova) İlahə Əlixan qızının soyadı nikahadək Qasımova, nikah bağlandıqdan sonra Şükürova, adı düzgün olaraq İlahə kimi qeyd edilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-116 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, Şükürov Sovqat Şahvələd oğlunun və X5 ümumi birgə mülkiyyətinə 1.42 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-117 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X3, X4, X6, X8 və X2 ümumi birgə mülkiyyətinə 2.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş 12.05.2008-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan 27 sentyabr 2021-ci il tarixdə Qəbələ rayon Bunud kənd İ.Ə.N tərəfindən verilmiş AZ-T № 170180 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş 07.03.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 adı şəxsiyyəti təsdiq edən sənəddə “İlahə” olaraq qeyd olunmuşdur. İşdə olan 24 avqust 1967-ci il tarixdə Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 adı “İlahə” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş 04 sentyabr 1985-ci il tarixli İİİ-JQ 485231 saylı nikah haqqında Şəhadətnamədən görünür ki, X11 ilə X9 arasında 04 sentyabr 1985-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Şükürov, arvada Şükürov soyadı verilmişdir. Həmçinin burada Ərizəçi2 adı “İlahə” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı Ərizəçi1 və ailə üzvünün ümumi birgə mülkiyyətinə 1.42 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-116 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “Şükürov Sovqat Şahvələd oğlu” və Ərizəçi1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-117 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək “Ərizəçi2” əvəzinə “X10” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-116 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi1 və JN-117 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar