Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1785/2021 29.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə X4, X7, X5, Ərizəçi4 Xasməmməd oğlunun, X6 və X8 mülkiyyətinə verilmiş JN-0092 saylı, kodu 40605028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Zərbəliyeva (Xasəmmədova) Səma Xasəmməd qızına, Ərizəçi4, Ərizəçi5 və Hüseynova (İzzətli) Nazxanım Xasənməd qızına aid hissədə Ərizəçi1, Zərbəliyeva (Xasəmmədova) Səma Xasəmməd qızına, Ərizəçi4, Ərizəçi5 və Hüseynova (İzzətli) Nazxanım Xasənməd qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-nin 15 may 1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş JN-0092 saylı, kodu 40605028 dövlət aktında hüquq sahiblərinin adları siyahısında 1-ci sırada soyadı və adda, 3-cü sırada ata adında, 4-cü sırada ata adında, 5-ci sırada soyadında və ata adında, 6-cı sırada ata adında texniki səhvlərə yol verilməklə qeydiyyat aparılmışdır. Belə ki, hüquq sahiblərinin adları siyahısında 1-ci sırada Ərizəçi1 soyadı texniki səhv olaraq “Xasməmmədova” adı Xasməmməd, 3-cü sırada Zərbəliyeva (Xasəmmədova) Səma Xasəmməd qızının texniki səhv olaraq soyadı “Xasməmmədova”, ata adı “Xasməmməd” kimi, 5-ci sırada X1 “Xasməmmədov”, ata adı Xasməmməd kimi, “Hüseynova (İzzətli) Nazxanım Xasənməd qızının ata adı “Xasməmməd” kimi qeyd edilmişdir. JN-0092 saylı kodu 40605028 dövlət aktı üzrə payçıların paylarının müəyyən edilməsi məqsədilə iş üzrə maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, hüquq sahiblərinin soyadlarında və adlarında texniki səhvə yol verilmişdir. JN-0092 saylı dövlət aktında yol verilmiş texniki səhvə görə əməliyyat aparılması mümkün olmamışdır. JN-0092 saylı dövlət aktında qeyd olunan texniki səhvlərə düzəlişlər məhkəmə qaydasında edilməlidir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Ərizəçi1 soyadı və adı düzgün olaraq Ərizəçi1 kimi qeyd edilmişdir. AZE 461580 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi1 soyadı və adı düzgün olaraq Ərizəçi1 kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Zəbzəliyeva (Xasəmmədova) Səma Xasəmməd qızının ata adı düzgün olaraq Xasəmməd kimi qeyd edilmişdir. Xİİ-ЖГ № 316886 saylı doğum haqqında şəhadətnamədə ata adı düzgün olaraq Xasəmməd kimi qeyd edilmişdir. A-İ № 164111 saylı nikah haqqında şəhadətnamədə X10 ata adı düzgün olaraq Xasənməd kimi, soyadı isə nikah bağlandıqdan sonra Zərbəliyeva kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Ərizəçi4 soyadı və ata adı düzgün olaraq Ərizəçi4 kimi qeyd edilmişdir. Xİİ-ЖГ № 480319 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi4 soyadı və ata adı Ərizəçi4 kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Ərizəçi5 kimi qeyd edilmişdir. XV-ЖГ № 396474 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi5 düzgün olaraq soyadı Xasənmədov, ata adı isə Xasənməd oğlu kimi qeyd edilmişdir. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində Hüseynova (İzzətli) Nazxanım Xasənməd qızının ata adı düzgün olaraq Xasənməd qızı kimi qeyd edilmişdir. XVİİ-ЖГ № 462678 saylı doğum haqqında şəhadətnamədə də X11 ata adı düzgün olaraq Xasənməd qızı kimi qeyd edilmişdir. AZ-İ № 674530 saylı nikah haqqında şəhadətnamədə də X2 İzzətli, ata adı Xasənməd qızı, nikah bağlandıqdan sonra soyadı Hüseynova, ata adı isə düzgün olaraq Xasənməd kimi qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN–0092 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X4, X7, X5, Ərizəçi4 Xasməmməd oğlu, X12 və X8 birgə mülkiyyətinə JN–0092 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 1,43 ha torpaq sahəsi verilmişdir. İşdə olan «Doğum haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, X13, Ərizəçi4, Ərizəçi5 və X14. İşdə olan «Nikah haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları nikaha daxil olduqdan sonra Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi2 kimi, nikaha daxil olmamışdan əvvəl isə Ərizəçi1, X13, Ərizəçi4, Ərizəçi5 və X3 qeyd olunmuşdur: Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi2. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Cığatelli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Cığatelli kənd İnzibati Ərazi Nümayəndəliyində təsərrüfatbaşına kitabda qeydiyyatdadır və ailə üzvləri həyat yoldaşı X15, Ərizəçi4 Xasənməd oğlu və Ərizəçi5 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 24 yanvar 2021-ci il tarixli **********53 nömrəli məktubundan görünür ki, JN–0092 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X4, X7, X5, Ərizəçi4 Xasməmməd oğlu, X12 və X8 birgə mülkiyyətlərinə verilmiş JN–0092 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 adı səhvən “Xasməmməd”, Ərizəçi3 ata adı səhvən "Xasməmməd”, Ərizəçi4 ata adı səhvən “Xasməmməd”, Ərizəçi5 soyadı səhvən “Xasməmmədov”, ata adı səhvən “Xasməmməd”, Ərizəçi2 ata adı səhvən “Xasməmməd” kimi qeyd olunmuşdur. Lakin ərizəçilərə məxsus nikah və doğum şəhadətnamələrində, şəxsiyyət vəsiqələrində ad, soyad və ata adı “Ərizəçi1, Zərbəliyeva (Xasəmmədova) Səma Xəsəmməd qızı, Ərizəçi4, Ərizəçi5 və Hüseynova (İzzətli) Nazxanım Xasənməd qızı” kimi göstərilmişdir. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi3 soyadının əvvəlcə Xasəmmədova, nikaha daxil olduğdan sonra Zərbəliyeva, Ərizəçi2 soyadının əvvəlcə İzzətli, nikaha daxil olduqdan sonra Hüseynova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onların soyadlarının Hüseynova (İzzətli), Zərbəliyeva (Xasəmmədova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X4, X7, X5, Ərizəçi4 Xasməmməd oğlu, X12 və X8 birgə mülkiyyətlərinə verilmiş JN–0092 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Zərbəliyeva (Xasəmmədova) Səma Xəsəmməd qızına, Ərizəçi4, Ərizəçi5 və Hüseynova (İzzətli) Nazxanım Xasənməd qızına aid hissədə Ərizəçi1, Zərbəliyeva (Xasəmmədova) Səma Xəsəmməd qızına, Ərizəçi4, Ərizəçi5 və Hüseynova (İzzətli) Nazxanım Xasənməd qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1785/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1785/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver