Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1786/2021 03.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN-1472F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona dair hissəsində ona Ərizəçi qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. 13.10.2021-ci il tarixdə ərizəçinin nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək JN-1472F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi qızına və Nümayəndə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə oğlu ərizəni müdafiə edib göstərdi ki, Cəbrayılova (Seyidova) Reyhan Soltan qızı 09.10.1976-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. 28.07.1995-ci il tarixində X7 ilə nikaha daxil olaraq soyadını “Seyidova” kimi qeyd etdirmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə onlara Nümayəndə, X2, X1 və ona - Ərizəçi qızına Qəbələ şəhəri ərazisindən 0.10 ha fərdi yaşayış evi tikmək ücün torpaq sahəsi verilmiş və bu baradə onlara JN- 1472F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, adı “Reyhan” əvəzinə bacısının adı olan “Nigar” kimi yazılmışdır. Lakin doğum, nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Cəbrayılova (Seyidova) Reyhan Soltan qızı kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq 18 avqust 2021-ci il tarixli **********27 nömrəli məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1472F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən, Nümayəndə Seyfə oğlu, X6, X4, X5 ümumi birgə mülkiyyətinə 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Məlikli kənd İ.Ə.N tərəfindən verilmiş 27.09.2021-cı il tarixli AZ-T № 170178 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Seyidova (Cəbrayılova) Reyhan Soltan qızının adı “Reyhan” olaraq, həmçinin ata qrafasında ərizəçi Nümayəndə olunun ata adı “Seyfi” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Əmirvan kənd İ.Ə.N tərəfindən verilmiş 27.09.2021-cı il tarixli İAZ-T № 031019 saylı nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 ilə X7 arasında 28 iyul 1995-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir. Burada Ərizəçi qızının adı “Reyhan” olaraq qeyd olunmuşdur. İşdə olan 26 avqust 1992-ci il trixdə verilmiş AO № 036686 saylı orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi qızının adı “Reyhan” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 01.03.2002-ci il tarixdə verilmiş AZE № 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə oğlunun ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Seyfi ” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 05.11.1998-ci il tarixdə verilmiş 782-017 saylı pasportun surətindən görünür ki, Seyidova (Cəbrayılova) Reyhan Soltan qızının adı şəxsiyyəti təsdiq edən sənəddə “Reyhan” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.10 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-1472F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək “Ərizəçi qızı” əvəzinə “X8” və “Nümayəndə oğlu” əvəzinə “Nümayəndə Seyfə oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1472F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Seyidova (Cəbrayılova) Reyhan Soltan qızına və Nümayəndə aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1786/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1786/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver