Məhkəmə qərarları › İş №2(025)-1787/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1787/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1787/2021 11.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, “Torpağın Mülkiyyətə verilməsinə dair” JN- 322 F saylı Kod 40602038 saylı şəhadətnamənin ona- Ərizəçi məxsus olması hüquq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon Soltannuxa kəndi ərazisində aparılan yerli aqrar islahatları vaxtı təşkil olunmuş X3 15 dekabr 1997-ci il tarixli 27 saylı qərarı ilə Qəbələ rayonu Soltannuxa 2 kənd ərazisindən xüsusi mülkiyyətinə 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə digər mülkiyyətçilərdə olduğu kimi ona da “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-322 F-Kod 40602038 saylı şəhadətnamə təqdim edilmişdir. Qeyd olunan torpaq sahəsinə görə verilən mülkiyyət sənədinin 1:1000 miqyasında planı və sərhədlərinin ölçüləri müəyyən olunmuşdur. Hazırda həmin torpaq sahəsi xüsusi mülkiyyətindədir. Torpağa sahiblik etməklə istifadə edir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-322F saylı, KOD 40602038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 dekabr 1997-ci il tarixli, 27 nömrəli qərarına əsasən, X2 tam mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Böyük Pirəlli kənd soveti tərəfindən 08 dekabr 1959-cu il tarixdə verilmiş İ-İE № 814785 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1959-cu il tarixdə Qəbələ rayonu, Soltannuxa kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin tam adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Böyük Pirəlli kənd soveti tərəfindən 11 aprel 1987-ci il tarixdə verilmiş İV-JQ № 351119 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 11 aprel 1987-ci il tarixdə X1 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Baxışov, arvada Baxışova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin tam adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçinın tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçi və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-322F saylı, KOD 40602038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X5” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-322F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar