Məhkəmə qərarları › İş №2(025)-179/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-179/2021

09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-179/2021 09.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi və ərizəçinin nümayəndəsi Ağayev İlkin Şöhlət oğlunun iştirakları ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu X2 xx xxxxxx 2002-ci il tarixli 17 saylı qərarına əsasən, Əhmədov Yaqub Möhlüd oğlu, X4, X9, X5, X8 və X1 adına verilmiş JN- 004F nömrəli 40616028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə, yəni X3 aid hissədə Ağayeva (Əhmədova) Kamilə Yaqub qızına məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, xx xxxx 1983-cü ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olub. xx xxxx 2003-cü il tarixdə Ağayev İlkin Söhlət oğlu ilə birgə nikaha girərək “Ağayeva” soyadını qəbul etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il tarixli, 17 saylı qərarı ilə Əhmədov Yaqub Möhlüd oğlu, X4, X9, X5, X8 və ona Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən 0,32 ha həyətyanı torpaq sahəsinə JN-004F nömrəli 40616028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, adı “Kamilə” əvəzinə səhvən “Kəmalə” kimi qeyd edilmişdir.Lakin şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir.Hazırda ona məxsus torpaq sahəsi üzrə payının müəyyən olunması və daha sonar Daşınmaz Əmlakın Reyestri Xedmətindən Çıxarış almaq istəyir. Şəhadətnamədə adı düzgün yazılmadığından bu mümkün deyil. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilməyiblər.Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X11 ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir, müvafiq xx xxxxxx 2020-ci il tarixli, **********41 saylı məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Ağayev İlkin Şöhlət oğlu ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-004F nömrəli 40616028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən, Əhmədov Yaqub Möhlüd oğlu, X4, X9, X5, X8 və X1 ümumi birgə mülkiyyətinə 0,32 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Tüntül kənd soveti tərəfindən verilmiş xx xxxx 1983-cü il tarixli İX-ЖГ № 363704 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 1983cü il tarixdə Qəbələ rayonu, Tüntül kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə adı “Kamilə” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X6 ilə Ağayev İlkin Şöhlət oğlu arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabının 4-cü səhifəsində nikah qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ Regional “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı şəxsiyyəti təsdiq edən sənəddə “Kamilə” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçi və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,32 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-004F nömrəli 40616028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X6” əvəzinə “X7” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-004F (Kod:40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçi Ağayeva (Əhmədova) Kamilə Yaqub qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar