Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1795/2021 12.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlunun, Umudalıyeva Ülvı̇ yyə Şı̇ rı̇ n qızının, Qərı̇ bova Könül Müsənnı̇ f qızının və Abdullayeva Zərı̇ f Şı̇ rı̇ n qızının iştirakı ilə, İddiaçılar Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlunun, Umudalıyeva Ülvı̇ yyə Şı̇ rı̇ n qızının, Qərı̇ bova Könül Müsənnı̇ f qızının və Abdullayeva Zərı̇ f Şı̇ rı̇ n qızının cavabdehlər "xxxx" MMC-yə, Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlunun, Umudalıyeva Ülvı̇ yyə Şı̇ rı̇ n qızının, Qərı̇ bova Könül Müsənnı̇ f qızının və Abdullayeva Zərı̇ f Şı̇ rı̇ n qızının cavabdehlər "xxxx" MMC-yə, Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Dövlət Notariat Kontorunda Cavabdeh3 MMC (X2) ilə onlar- İddiaçı1, İddiaçı2 və Qəribova (Umudalıyeva) Ülviyyə Şirin qızı arasında bağlanmış 11 sentyabr 2008-ci il tarixli, 4Ə-401 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə onlara yəni - İddiaçı1, İddiaçı2, X4 və X5 Qəbələ rayonu, Qəmərvan kənd ərazisindən 0.19 ha həyətyanı torpaq sahəsinə görə JN- 204F nömrəli, kod 40600058 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. O, X4 26.09.2016-ci il tarixində X3 ilə nikaha daxil olaraq “Umudalıyeva” soyadını, mən X7 14.10.2016-ci il tarixində X6 ilə nikaha daxil olaraq “Abdullayeva” soyadını qəbul etmişlər. O, İddiaçı1 və digər iddiaçılar yoldaşı İddiaçı2, övladları İddiaçı3 və İddiaçı4 məxsus xususi mülkiyyətdə olan torpaq sahəsinə Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olmağına baxmayaraq faktiki olaraq qoyunçuluq təsərrüfatı olduğuna görə yaylaq-qışlaq ərazilərində yaşamışlar və onlara məxsus torpaq sahələrinə atası mərhum X8 baxmış, o vəfat edəndən özü ailə başçisi olaraq baxararaq qulluq göstərmiş və hal-hazırda da o baxır. Bir müddət əvvəl torpaq sahəsinə reyestr xidmətindən çıxarış almaq istəsələr də məlum olmuşdur ki, həmin torpaq sahəsi artıq onların adında mövcud deyildir. Ona görə də bu məsələni araşdırmaqdan ötrü notariat ofisinə sorğu verilmiş və məlum olmuşdur ki, 11 sentyabr 2008-ci il tarixində Qəbələ rayon Notariat Kontorunda (notarius Elxan Alxasov) 4Ə-401 saylı alqı-satqısı müqaviləsinə əsasən onlara yəni-İddiaçı1, İddiaçı2, X4 və X5 məxsus Qəbələ rayonu, Qəmərvan kənd ərazisindən 0.18996 ha həyətyanı torpaq sahəsi 186 (bir yüz səksən altı) manata Cavabdeh3 MMC-yə (X2) satılmış və alqı-satqı əsasında reyestr xidmətindən mülkiyyət sənədi əldə olunmasından məlumatsızdırlar. Onlar - iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 belə müqavilənin bağlanmasında iştirak etməmiş və satılmasına razı olmamışlar. Hətta onların alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahələrini satmağı da inandırıcı deyildir, belə olmuş olsaydı torpaq sahələri onların razılığı və iştirakı ilə imzalanaraq alqı-satqı oluna bilərdi. Ona görə də pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Umudalıyeva Ülvı̇ yyə Şı̇ rı̇ n qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Qərı̇ bova Könül Müsənnı̇ f qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Abdullayeva Zərı̇ f Şı̇ rı̇ n qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, nümayəndəsi X9 məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi eyni zamanda məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən vətəndaş ona çatası pulu faktiki olaraq almış və torpaq sahəsini Cavabdeh3 MMC-yə təhvil vermişdir. Bu torpoq sahəsi artıq 13 ilə yaxındır ki, Cavabdeh3 MMC-nin mülkiyyətində və faktiki istifadəsindədir. Alqı-satqı müqaviləsi 11.09.2008-ci il tarixində bağlanmışdır. Eyni zanmanda müqavilə tərəflər tərəfindən müvafiq qaydada imzalanmışdir. Alqı-satqı müqaviləsinə əsasən vətəndaş ona çatası pulu faktiki olaraq almış və torpaq sahəsini Cavabdeh3 MMC-yə təhvil vermişdir. Bu torpaq sahəsi artıq 13 ilə yaxındır ki, Cavabdeh3 MMC-nin mülkiyyətində və faktiki istifadəsindədir. İşin hallarından da məlumdur ki, iddiaçı tərəf ümumiyyətlə, torpaq sahəsi barədə məlumatsızdır. Onu heç vaxt istifadə etməyib. Çünki söhbət hər hansı mücərrəd hüquqdan deyil, hər il əkilməli və becərilməli olan torpaq sahəsindən gedir. Demək ki, vətəndaş 2008, 2009, 2010 və sair illərdə satmadığını iddia etdiyi torpaq sahəsinə yaxınlaşmalı idi. Bu zaman hər hansı əngəllə qarşılaşdığı zaman müvafiq dövlət orqanlarına müraciət etməli idi. Belə bir hal heç vaxt baş verməyib. Vətəndaş torpaq sahəsini satdığını bilib və bu müddət ərzində müraciət etməməklə subyektiv halı qəbul edib. Eyni zamanda bu illər ərzində müqaviləni bəyəndiyi bildirib. Mülki Məcəllənin müvafiq maddəsinə uyğun olaraq iddia müddətinin tətbiq etməklə, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi iştirak etməmiş, məhkəməyə 06.10.2021-ci il tarixli, 1823 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşinmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinə̇ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və cavabdeh Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşinmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan JN-204F, kod 40600058 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Qəbələ rayonu Qəmərvan kəndində Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlunun, Umudalıyeva Ülvı̇ yyə Şı̇ rı̇ n qızının, Qərı̇ bova Könül Müsənnı̇ f qızının və Abdullayeva Zərı̇ f Şı̇ rı̇ n qızının paylı mülkiyyətinə 0.19 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 11 sentyabr 2008-ci il tarixdə 4Ə-401 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlu və Qərı̇ bova Könül Müsənnı̇ f qızı Qəbələ rayonu Qəmərvan kəndində yerləşən JN-204F, kod 40600058 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş Qanıx- Türyançay zonasına aid 0.18996 hektar torpaq sahəsini Cavabdeh3 MMC-yə 189 (bir yüz səksən doqquz) manata satmışdır. İş materiallarında olan Qəbələ rayon Qəmərvan kənd İ.Ə.N tərəfindən 28 avqust 1993-cü il tarixdə verilmiş Xİİ-JQ 359838 nömrəli “Doğum haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəribova Zərı̇ f Şı̇ rı̇ n qızı 16 avqust 1993-cü il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuşdur. Atası Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlu, anası Qərı̇ bova Könül Müsənnı̇ f qızıdır. İş materiallarında olan Qəbələ rayon Qəmərvan kənd İ.Ə.N tərəfindən verilmiş “Doğum haqqında” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəribova Ülvı̇ yyə Şı̇ rı̇ n qızı 13 avqust 1991-ci il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuşdur. Atası Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlu, anası Qərı̇ bova Könül Müsənnı̇ f qızıdır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 950 saylı 10 sentyabr 2008–ci il tarixli məktubdan görünür ki, Qəbələ rayon İcra Hakimiyyəti Yanında X1 işləri və Hüquqlarının Müdafiəçi Üzrə Komissiya Qəbələ rayonu, Qəmərvan kənd sakini azyaşlı X4, X5 məxsus torpaq payının satılmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Qəbələ rayonu Qəmərvan kəndində Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlunun, Umudalıyeva Ülvı̇ yyə Şı̇ rı̇ n qızının, Qərı̇ bova Könül Müsənnı̇ f qızının və Abdullayeva Zərı̇ f Şı̇ rı̇ n qızının paylı mülkiyyətinə 0.19 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi JN-204F, kod 40600058 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir. Qəbələ Rayon Dövlət Notariat Kontoruna paylı mülkiyyətçilərdən iddiaçılar Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlu və Qərı̇ bova Könül Müsənnı̇ f qızı 11 sentyabr 2008-ci il tarixdə Qəbələ rayon Notariat Kontorunda rəsmiləşdririlmiş alqı-satqı müqaviləsi ilə Qəbələ rayonu Qəmərvan kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 0.18996 hektar torpaq sahəsini Cavabdeh3 MMC-yə 189 (bir yüz səksən doqquz) manata satmışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Qəbələ rayon Notarait Kontorunun 11 sentyabr 2008-ci il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, Cavabdeh3 MMC-nin nümayəndəsi X9 məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlunun, Umudalıyeva Ülvı̇ yyə Şı̇ rı̇ n qızının, Qərı̇ bova Könül Müsənnı̇ f qızının, Abdullayeva Zərı̇ f Şı̇ rı̇ n qızının cavabdehlər "xxxx" MMC-yə, Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçılar Qərı̇ bov Şı̇ rı̇ n Mövsüm oğlunun, Umudalıyeva Ülvı̇ yyə Şı̇ rı̇ n qızının, Qərı̇ bova Könül Müsənnı̇ f qızının, Abdullayeva Zərı̇ f Şı̇ rı̇ n qızının cavabdehlər "xxxx" MMC-yə, Əmlak Məsələləri Dövlət Komitəsini Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1795/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1795/2021
12.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver