Məhkəmə qərarları › İş №2(025)-1805/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1805/2021

08.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1805/2021 08.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən, X5 və Ərizəçi adına verilmiş JN-068A saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, JN-068B saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, JN-068F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və JN-068H saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin digər mülkiyyətçi ilə birlikdə X1na məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X5 və Ərizəçi paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-068A saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0,08 ha həyətyanı torpaq sahəsi, 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X5 və Ərizəçi paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-068B saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0,05 ha həyətyanı torpaq sahəsi, 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X5 və Ərizəçi paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-068F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0,14 ha həyətyanı torpaq sahəsi, 26 fevral 2001 -ci il tarixli, 03 saylı qərarına əsasən X5 və Ərizəçi paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-068H saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 onun anasıdır. Paylı mülkiyyətçilərdən biri, eyni zamanda ailə başçısı X6 fevral 2000-ci ildə qan dövranı çatışmamazlığı səbəbindən vəfat etmişdir. Həm JN-068A, JN-068B, JN-068F, JN-068H saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə ailə başçısı kimi göstərilən X2 adında göstərilən “Əfsanə” adı ölüm haqqında şəhadətnamədə qeyd edilən adı ilə düz gəlmir. Belə ki, yuxarıda qeyd edilən torpaq sənədlərində adı Əfsanə kimi qeyd edilmişdir. Dörd sənədin hər birində verilən torpaq sahəsi paylı mülkiyyətdədir və payçıların hər birinin mülkiyyətlərinin ayrılıb onların özünə verilməsi və vərəsəlik hüququnun həyata keçirdikdən sonra adına “Çıxarış” alınmasında müəyyən problemlər yaranacaqdır. Çünki qeyd etdiyi kimi X1nın adı torpaq sənədində göstərilən adı ilə düz gəlmir və sənədlərdə müxtəliflik vardır. Lakin torpaq sənədlərində göstərilən ad X1na məxsusdur. Adları göstərilən sənədlər hüququmüəyyənedici sənədlərdir və bu baxımdan həmin sənədlər mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədlərə aydınlıq gətirilməsi zəruridir. O, torpaq sənədinə dair “Çıxarış” almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə rəsmi müraciət etdi. Oradan ona rədd cavabı verildi və bildirildi ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə müraciət etdi. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-068A nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X3 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-068B nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X3 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-068F nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X3 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-068H nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X3 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon soveti tərəfindən verilmiş 21 mart 1964-cü il tarixli AZ № 629540 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə anadan olmuş, doğum haqqında şəhadətnamədə anası qrafasında ərizəçinin mərhum anasının adı “Əfsarə” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Zaqs bürosu tərəfindən 28 dekabr 1951-ci il tarixdə verilmiş İE № 101253 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X7 28 dekabr 1951-ci il tarixdə Ərizəçi ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Eyyubov, arvada Eyyubova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin mərhum anasının adı “Əpsarə” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 11 mart 2000-ci il tarixli AZ № 008997 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 fevral 2000-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum anasının adı “Əpsarə” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinın mərhum anasının və onun ailə üzvünün ümumi birgə mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-068A nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində, 0,05 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-068B nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində, 0,14 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-068F nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində və 0,04 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-068H nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X6” əvəzinə “X5” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-068A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-068B (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-068F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-068H (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçinin mərhum anası X4 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar