Məhkəmə qərarları › İş №2(025)-1809/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1809/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1809/2021 01.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 6 168.40 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6 198.40 ( altı min bir yüz doxsan səkkiz manat 40 qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın "xxxx" ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də ən son olaraq 10.03.2020-cu il tarixində 2020B81 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İstehlakçıya İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 saylı hesab nömrəsi verilmişdir. 1) Cavabdehin 2012-ci ilin fevral ayına qaz sayğacının göstəricisi üzrə 146.00 manat qalıq borcu olmuşdur. 2012-ci ildə həmin ünvanda quraşdırılmış GPG12015239 nömrəli qaz sayğacı 26.01.2017-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib edilmiş akt əsasında çıxarılmış, yerinə GPG16096161 saylı sayğac quraşdırılmışdır. GPG12015239 nömrəli qaz sayğacı çıxarılan zaman sayğacın elektron göstəricisinin işləmədiyi müəyyən edilmiş, mexaniki hissədə isə göstərici 14241 m3 olmuşdur. Ödənilmiş qaz sərfiyyatının həcmi isə 4780 m3 olmuşdur. Yaranan fərq: 14241 m3-4780 m3 = 9461 m3. Sayğac üzrə istehlak olunmuş, yəni mexaniki hissədə qeydiyyatdan keçmiş, lakin elektron hissədə əksini tapmayan 9461 m3 sərfiyyat (mənfiyə getmə) respublika üçün müəyyən edilmiş limit həddini keçdiyi üçün 0.20 manat qiymət ilə hesablanmışdır: 9461 m3 x0.20 manat = 1892.20 manat, 3) Həmçinin, cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri- qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı cədvəldə qeyd edilən aktlar əsasında, cəmi 1. 28.02.2020-ci il tarixli ******* saylı akt üzrə - 885.60 manat, 2. 10.03.2020 -ci il tarixli 0256921 saylı akt üzrə-98.40 manat, 3. 31.03.2021-ci il tarixli, ******* saylı akt üzrə - 1533.60 manat, 4. 30.04.2021-ci il tarixli, ******* saylı akt üzrə - 338.40 manat, 5. 31.05.2021 -ci il tarixli 0299552 saylı akt üzrə - 367.20 manat, 6. 30.06.2021 -ci il tarixli, ******* saylı akt üzrə- 309.60 manat, 7. 30.07.2021 -ci il tarixli, ******* saylı akt üzrə- 280.80 manat, 8. 31.08.2021 -ci il tarixli, ******* saylı akt üzrə- 280.80 manat, Cəmi: 4 094.40 manat. 4 094.40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). 4) Yuxarıda göstərilənlərə əlavə olaraq cavabdehin göstərilən aktlar üzrə borc məbləğindən başqa 03/2020- 08-2021 dövrü üzrə 10.03.2020-ci ildə quraşdırılmış **********1 saylı mexaniki qaz sayğacı üzrə sərfiyyata görə 179.50 manat borc yaranmışdır. 5) Smart sayğaca ödənilən məbləğlərdən ümumilikdə 143.50 manat tutma aparılmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda 01.09.2021-ci il tarxinə ümumi olaraq: 146.00 manat (sərfiyyat borcuna görə qalıq borc) + 1 892.20 manat (mənfiyə getmə) +4094.40 manat (aktlar üzrə borc) + 179.50 manat (sərfiyyat üzrə borc)- 143.50 manat (tutma) = 6 168.40 manat təşkil etməkdədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, qeyd olunan qaz sayğacının quraşdırıldığı evdə oğlu və ailəsi yaşayır. Oğlu müharibə iştirakçısı olmuşdur və hal-hazırda maddi imkanı zəifdir. Ailədə işləyən yalnız odur. Bu səbəbdən də qaz sərfiyyatı üzrə borcu vaxtı-vaxtında ödəyə bilməyiblər. Sayğacdan kənar xətt çəkilməsindən isə onun xəbəri olmamışdır. İddia ərizəsində tələb olunan borcu yalnız hissə-hissə ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan qazın alqı-satqısı barədə 10 mart 2020-ci il tarixli 2020B81 saylı müqavilədən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməli, İstehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. İşdə olan Hesabdan çıxarışdan görünür ki, Cavabdeh qazın alqı-satqısı barədə müqaviləyə əsasən 2021-ci ilin sentyabr ayına qaz sərfiyyatı üzrə hesablanmış 2074 manat və itirilmiş qazın dəyəri olaraq aktlar əsasında kesablanmış 4094.40 manat olmaqla ümumilikdə 6168.40 manat borcunun olması göstərilmişdir İş materiallarında olan, İddiaçı İB-nin «təbii X2nın pozulması haqqında» 30.04.2021-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, 30.04.2021-ci il tarixdə Zaqatala RQİİ xidmət ərazisində Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən baxış zamanı Cavabdeh sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30.04.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üzrə 3384 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan, İddiaçı İB-nin «təbii X2nın pozulması haqqında» 31.03.2021-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, 31.03.2021-ci il tarixdə Zaqatala RQİİ xidmət ərazisində Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən baxış zamanı Cavabdeh sayğacdan kənar qeyri–qanuni xəttdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 31.03.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üzrə 15336 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan, İddiaçı İB-nin «təbii X2nın pozulması haqqında» 31.05.2021-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, 31.05.2021-ci il tarixdə Zaqatala RQİİ xidmət ərazisində Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən baxış zamanı Cavabdeh sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 31.05.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üzrə 3672 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan, İddiaçı İB-nin «təbii X2nın pozulması haqqında» 30.06.2021-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, 30.06.2021-ci il tarixdə Zaqatala RQİİ xidmət ərazisində Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən baxış zamanı Cavabdeh sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30.06.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üzrə 3096 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan, İddiaçı İB-nin «təbii X2nın pozulması haqqında» 30.07.2021-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, 30.07.2021-ci il tarixdə Zaqatala RQİİ xidmət ərazisində Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən baxış zamanı Cavabdeh sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 30.07.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üzrə 2808 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan, İddiaçı İB-nin «təbii X2nın pozulması haqqında» 31.08.2021-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, 31.08.2021-ci il tarixdə Zaqatala RQİİ xidmət ərazisində Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən baxış zamanı Cavabdeh sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 31.08.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üzrə 2808 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan, İddiaçı İB-nin «təbii X2nın pozulması haqqında» 28.02. 2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, 28.02.2020-ci il tarixdə Zaqatala RQİİ xidmət ərazisində Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən baxış zamanı Cavabdeh sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 28.02.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üzrə 8856 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan, İddiaçı İB-nin «təbii X2nın pozulması haqqında» 10.03.2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, 10.03.2020-ci il tarixdə Zaqatala RQİİ xidmət ərazisində Qəbələ xidmət sahəsinin əməkdaşları tərəfindən baxış zamanı Cavabdeh sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin 10.03.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üzrə 984 kub.metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh mənzilində təbii qazdan istifadə edilmiş və nəticədə onun 2074 manat məbləğində borcu yaranmışdır. Cavabdehə yaranmış borcu ödəməsi üçün İddiaçı tərəfindən xəbərdarlıq edilsə də o, müqavilənin şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Bildiriş məktubundan görünür ki, İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə barəsində qanuni tədbirlərin görüləcəyi barədə əsas borcluya xəbərdarlıq etmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə Cavabdeh təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış, itirilmiş qazın dəyəri - 1. 28.02.2020-ci il tarixli ******* saylı akt üzrə - 885.60 manat, 2. 10.03.2020-ci il tarixli ******* saylı akt üzrə-98.40 manat, 3. 31.03.2021-ci il tarixli, ******* saylı akt üzrə - 1533.60 manat, 4. 30.04.2021-ci il tarixli, ******* saylı akt üzrə - 338.40 manat, 5. 31.05.2021-ci il tarixli ******* saylı akt üzrə - 367.20 manat, 6. 30.06.2021-ci il tarixli, ******* saylı akt üzrə - 309.60 manat, 7. 30.07.2021-ci il tarixli, ******* saylı akt üzrə - 280.80 manat,

8. 31.08.2021-ci il tarixli, ******* saylı akt üzrə - 280.80 manat, cəmi: 4 094.40 manat pul məbləği tələb edir, məhkəmə hesab edir ki, iddia tələbi həmçinin həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehin yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müdaxilə ilə əlaqədar yoxlanılmış, yoxlama zamanı mənzilə qeyri-qanuni sayğacdan kənar qaz xəttinin çəkildiyi müəyyən edilmişdir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş və akt tərtib olunmuşdur. Buna görə iddiaçı tərəfindən cavabdehdən itirilmiş qazın bərpası məqsədilə 4094.40 manat tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 6168.40 (altı min bir yüz altmış səkkiz manat qırx qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 6198.40 (altı min bir yüz doxsan səkkiz manat qırx qəpik) manat borc pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət e t d i:

İddia tələbi təmin edilsin. 6168.40 (altı min bir yüz altmış səkkiz manat qırx qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 6198.40 (altı min bir yüz doxsan səkkiz manat qırx qəpik) manat borc pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar