Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-185/2022 17.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı X4 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X4 cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X5 və Satış İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X10 cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X5 və Satış İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X6 tərtib etdiyi “Abonent məlumat vərəqi”ndə qeyd olunmuş mənbəyi məlum olmayan əsassız qeyd olunmuş 11373.45 Kvt hesablanmış enerji sərfiyyatı üzrə 1251,07 manat borcun onun adına olan **********860002 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, hərbiçidir. O, Fövqəladə Hallar Nazirliyinin X3 işlədiyindən onun və ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə müraciət etmiş, ona və ailəsinə Zarağan kəndindəki hərbi şəhərcikdə olan boş mənzillərdən biri ilə təmin edilmişlər. 23.05.2019-cu il tarixdən hal-hazıra kimi ona verilən Qəbələ rayonu, Zarağan kəndi, M.Abduyev küçəsi, ev 81, mənzil 7-də o köçüb yaşayana qədər yaşayış olmamışdır. 28.01.2019-cu il tarixində həmin mənzildəki sayğac smart tipli sayğacla əvəz olunmuş və o, orada yaşamağa başlayan zaman kart və həmin mənzilin elektrik enerjisindən istifadəsinə görə borcun olmaması barədə bildiriş təqdim edilmişdir. Ona görə də o, 2019-2020-ci illərdə elektrik enerjisindən karta yüklənmiş məbləğə görə istifadə etmişdir, hər hansı əlavə tutulma olmamışdır. Lakin 2021-ci ilin mart ayından başlayaraq karta yüklənmiş məbləğin çox hissəsi borc kimi tutulmuşdur. Tərəfindən sayğaclara heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı kənar xətt çəkilməklə şəbəkəyə qoşulma kimi halları olmamışdır. Yeni tipli sayğac əvvəlcədən yüklənmiş məbləğdən istifadə olunduqca çıxıldığına görə halhazıradək elektrik enerjisi sərfiyyatına görə ödənilir. Lakin heç bir əsas olmadan 6-7 ay bundan yaşadığı mənzilin əvvəllər elektrik enerjisindən istifadəyə görə heç bir əsası olmayan məbləğdə borcu olduğu abonent məlumat vərəqində yazılmışdır. Abonent məlumat vərəqinə baxdıqda da bunu görmək olar belə ki, 18.02.2021-ci il tarixində bağlanan aktlar qrafasında 11373.45 Kvt dəyəri 1251,07 manat qeyd olunmuş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Qeyd etdiyi elektrik enerjisindən istifadəsinə görə əsassız yaranan borcun silinməsinə dair rayon elektrik şəbəkəsinə müraciət etmiş, lakin qeyd olunan borcun silinməsi onlar tərəfindən mümkün olmadığı üçün məhkəmə qərarı əsasında borcun silə biləcəklərini bildirmişlər. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı X10 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda məhkəməyə 23.05.2019-cu il tarixli “xüsusi təyinatlı yaşayış sahəsinin kitayə müqaviləsinin” surətini təqdim edib, cavabdehin tələb etdiyi borcun ona aidiyyatının olmamasını, ondan əvvəl orada yaşamış sakinlərin borcu olduğunu bildirib, qeyd edilən mənzildə yaşadığ müddətədə elektrik energisindən istifadə ilə bağlı hər hansı borcunun olmamasını bildirib, məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçı X4 iddiasında qeyd etdiyi ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin enerji satış bazasında X4 adına olmaqla **********86002 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 2016-cı ilin dekabr ayından 2018-ci ilin dekabr ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının hal-hazırki yaşadığı mənzilə quraşdırılmış elektrik sayğacı üzrə elektrik enerjisindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qalıq borcu 991,37 manat olmuşdur. Həmçinin abonentin 2019-cu ilin yanvar ayı üzrə elektrik enerjisindən istifadə edilmiş elektrik enerjisinə görə ödənilməmiş 259,71 manat qalıq borcu qalmışdır. Buradan açıq aydın görsənir ki, abonentin “abunə haqqında” məlumat cədvəlinə əsasən qeyd olunmuş dövrlər üzrə istifadə edilmiş elektrik enerjisinə görə toplamda 1251,08 manat qalıq borcu qalmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi iddiaçının yaşadığı mənzil üzrə elektrik sayğacı yeni PAUD-MP106 tipli smart sayğacla əvəz edilmişdir. Bundan sonra yuxarıda qeyd olunmuş dövrlər üzrə iddiaçının adına qeydiyyata alınmış mənzilin elektrik enerjisindən istifadəyə görə yaranmış qalıq borcu 1251,08 manat 18.02.2021-ci il tarixində həmin abonent koduna əlavə edilmişdir. Abonentin 18.01.2022-ci il tarixinə 1188,08 manat qalıq borcu vardır. Yaranmış borcun ödənilməsi ilə əlaqədar iddiaçıya bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin iddiaçı borcu vaxtında ödəməmiş və bu müddət ərzində iddiaçıya elektrik enerjisinin verilişi enerjitəchizatı müəssisəsi tərəfindən dayandırılmamışdır. Eyni zamanda məhkəməyə cavabdehin qeyd olunan mənzildə yaşadığı dövrə aid arayış təqdim edərək, cavabdehin 11.05.2019-cu il tarixdən hazırkı dövrə qədər 233,32 manat dəyərində elektrik energisindən istifadə etdiyini, bunun müqabilində 291,0 manat ödəniş etdiyini, hazırda onun depozitində 57,68 manat vəsait olduğunu bildirdi. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materillarına əlavə edilmiş “Abunə Haqqında” məlumatdan görünür ki, **********86002 nömrəli abunəçi X4 2016-cı ilin dekabr ayından 2018-ci ilin dekabr ayına qədər olan məlumat cədvəlinə əsasən hal-hazırki yaşadığı mənzilə quraşdırılmış elektrik sayğacı üzrə elektrik enerjisindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qalıq borcu 991,37 manat olmuşdur. Həmçinin abonentin 2019-cu ilin yanvar ayı üzrə elektrik enerjisindən istifadə edilmiş elektrik enerjisinə görə ödənilməmiş 259,71 manat qalıq borcu qalmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti X8 Təchizatı və Satışı İdarə tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli, 2/7-0226 nömrəli arayışdan görünür ki, abonent kodu **********86002 kod altında qeydiyyatda olan Qəbələ rayonu, M.Abduyev küçəsində X4 yaşadığı mənzildə 11.05.2019-cu il tarixdən 14.01.2022-ci il tarixə kimi 233,32 manat dəyərində elektrik enerjisindən istifadə edilmiş və 291,0 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 may 2019-cu il tarixli, 19 nömrəli “Xüsusi Təyinatlı Yaşayış X9”sindən görünür ki, kirayəyə verən xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən FHN-nin Şimal-qərb Regional Mərkəzinin rəisi, polkovnikleytenant X2 şəhər Muxtar Abduyev küçəsi 81 nömrəli binada yerləşən 07 saylı, 2 otaqlı yaşayış sahəsini X1 vermişdir. İş materiallarına əlavə edilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 28.01.2019-cu il tarixli, ******* nömrəli protokoldan görünür ki, ********** nömrəli sayğac çıxarılaraq **********36 nömrəli smart sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, X10 03 dekabr 2019cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin enerji satış bazasında X4 adına olmaqla **********86002 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 23 may 2019-cu il tarixli, 19 nömrəli “Xüsusi Təyinatlı Yaşayış X9”sinə əsasən Qəbələ şəhər Muxtar Abduyev küçəsi 81 nömrəli binada yerləşən 07 saylı, 2 otaqlı yaşayış sahəsi iddiaçı X1 verilmişdir. İddiaçı həmin tarixdən etibarən elektrik enerjisindən istifadə olunmuş elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 2016-cı ilin dekabr ayından 2018-ci ilin dekabr ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının hal-hazırki yaşadığı mənzilə quraşdırılmış elektrik sayğacı üzrə elektrik enerjisindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qalıq borcu 991,37 manat olmuşdur. Həmçinin abonentin 2019-cu ilin yanvar ayı üzrə elektrik enerjisindən istifadə edilmiş elektrik enerjisinə görə ödənilməmiş 259,71 manat qalıq borcu qalmışdır. Beləliklə, abonentin “abunə haqqında” məlumat cədvəlinə əsasən qeyd olunmuş dövrlər üzrə istifadə edilmiş elektrik enerjisinə görə toplamda 1251,08 manat qalıq borcu qalmışdır. İddiaçının yaşadığı mənzil üzrə elektrik sayğacı yeni PAUD-MP106 tipli smart sayğacla əvəz edilmişdir. Bundan sonra yuxarıda qeyd olunmuş dövrlər üzrə iddiaçının adına qeydiyyata alınmış mənzilin elektrik enerjisindən istifadəyə görə yaranmış qalıq borcu 1251,08 manat 18.02.2021ci il tarixində həmin abonent koduna əlavə edilmişdir. Beləliklə iddiaçı Taryel Tahirli həmin 1251,08 manat borc məbləğinin onun abonent koduna əsassız olaraq əlavə edildiyini, həmin məbləğin silinməsini xahiş edir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi abonentin “abunə haqqında” məlumatına əsasən 1251,07 manat məbləğin abonent kodu **********86002 sayğacda əvvəldən yarandığını, bu səbəbdən əsassız olaraq hesablanmadığını, əks halda onların hüquqlarının pozulduğunu bildirir. Məhkəmə qeyd edir ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, iddiaçı X10 məhkəmə iclasında cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X5 və Satış İdarəsinin onun hansı hüququnu pozmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı onun abonent koduna cavabdehlər tərəfindən əsassız olaraq borc hesablandığını qeyd edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən hər hansı pozuntu edilməmiş, Qəbələ şəhər Muxtar Abduyev küçəsi 81 nömrəli binada yerləşən 07 saylı, 2 otaqlı evə məxsus sayğacda istifadə edilmiş elektrik enerjisinə görə ödənilməmiş borc eyni abonent kodlu yeni sayğaca əlavə edilmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçının elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsiilə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı X4 hazırki məhkəmə baxışının predmeti olan “elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki məhkəmə araşdırması zamanıda müəyyən olundu ki, 1251,07 manat borc abonent kodu **********86002 olan sayğacda əvvəldən yaranmış borc məbləğidir. İddiaçı isə ünvan 3 ünvanında yerləşən mənzildən və həmin mənzilə quraşdırılmış abonent kodu **********86002 olan sayğacdan 23.05.2019-cu il tarixdən etibarən istifadə etməyə başlamışdır. İddiaçı Taryel Tahirlinin abonent kodu **********86002 olan sayğacdan ondan əvvəl istifadə edilmiş elektrik enerjisinin əsassız hesablanaraq silinməsini tələb etməsində haqlı deyildir. Yəni iddiaçının iddia etdiyi kimi həmin borc məbləği əsassız olaraq hesablanmamış və cavabdeh təşkilat həmin borc məbləğini **********86002 nömrəli abonent koduna əlavə etməkdə haqlı olmuşdur. Beləliklə iddiaçı, abonent kodu **********86002 olan sayğaca hesablanmış 1251,07 manat borcun onun həmin sayğacdan istifadə etdiyi müddətdə yaranmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. “Mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Məsələn, əmlakını qanunsuz şahiddən tələb edən şəxsin marağı həmin əmlak üzərində mülkiyyət hüququnu bərpa etməkdən ibarətdir. Məhkəmə iddiaçının tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun olmasını müəyyən etdikdə onun iddiasını təmin edir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Bundan əlavə məhkəmə iddiaçı X7 izah edir ki, onun hal-hazırda istifadə etdiyi abonent kodu **********86002 olan sayğaca əlavə edilmiş 1251,07 manat məbləği ödəməməlidir. Belə ki, qeyd olunan məbləğ həmin mənzildə yaşamış əvvəlki sakinlər tərəfindən yaranmışdır. Eyni zamanda məhkəmə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edir ki, ünvan 3 ünvanında yerləşən mənzildən və həmin mənzilə quraşdırılmış abonent kodu **********86002 olan sayğacdan23.05.2019-cu il tarixdən əvvəl istifadə etmiş və həmin şəxs(lər)in istifadəsi dövründə yaranmış borc məbləğinə görə həmin şəxs(lər)i müəyyən etməklə onlara qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı X4 cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X5 və Satış İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qə t e t d i : İddiaçı X4 cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X5 və Satış İdarəsinə qarşı “elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-185/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-185/2022
17.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver