Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1866/2021 14.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi və digər ərizəçilər Ərizəçi3, Ərizəçi4 və Əbülfətli (Paşazadə) Aytac Zavur qızının nümayəndəsi Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Əbülfətli (Paşazadə) Aytac Zavur qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Əbülfətli (Paşazadə) Aytac Zavur qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN-017F, KOD 40608018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin bizə dair hissəsində onlara yəni-Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X14 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3, Ərizəçi4 və Əbülfətli (Paşazadə) Aytac Zavur qızının nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə X3, X15, X21 və onlara - Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X8 və Ərizəçi4 Qəbələ rayonu, Zarağan kəndi ərazisindən 0.32 ha fərdi yaşayış evi tikmək ücün torpaq sahəsi verilmiş və bu baradə bizə JN-017F, KOD 40608018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, adım “Zavur” əvəzinə “Zaur”, soyadlarımız “Paşazadə” əvəzinə “Əliyev”,“Əliyeva” kimi, ata adı isə “Zavur” əvəzinə “Zaur” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Paşazadə (Əbülfətli) Aytac Zavur qızı və Ərizəçi4 kimi qeyd edilmişdir. O, 14.08.2018-ci ildə X9 ilə nikaha daxil olaraq soyadını “Əbülfətli” kimi qeyd etdirmişdir. X7 05.11.2011-ci ildə və X27 14.11.2020-ci ildə vəfat etmişlər. Hazırda vəfat etmiş valideyn və qardaşına görə notariat ofisində vərəsəlik işi açmaq istəyirik. Lakin Şəhadətnamədə ad, soyadlar və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən biz aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq 08 oktyabr 2021-ci il tarixli **********30 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığmdan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi və vəkili X4 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-017F, kod 40608018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən X18, X16, X17, Ərizəçi4 Zaur oğlunun, X10, X2, X11, X19, X5 ümumi birgə mülkiyyətinə 0.32 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd İ.Ə.N tərəfindən 06.11.2018-ci il tarixdə verilmiş AZ-T № 078263 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Zavur” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Zarağan kənd İƏN tərəfindən 22.09.1993-cü il tarixdə verilmiş Vİ-JQ 374734 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 22.09.1993-cü il tarixdə X6 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə Ərizəçi1 adı “Zavur” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 16 iyul 2019-cu il tarixdə verilmiş AZ-T № 094615 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əbülfətli (Paşazadə) Aytac Zavur qızına məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Paşazadə”, ata adı “Zavur” olaraq qeyd edilmişdir. Həmçinin ata qrafasında Ərizəçi1 adı “Zavur” olaraq qeyd edilmişdir. İşdə olan Sumqayıt “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2018-ci il tarixdə verilmiş AZ-İİ 289912 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 14 avqust 2018-ci il tarixdə X9 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Əbülfətli, arvada Əbülfətli soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçi Əbülfətli (Paşazadə) Aytac Zavur qızının ata adı “Zavur” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Zarağan kənd İƏN tərəfindən 01 iyul 1996-cı il tarixdə verilmiş XİX-JQ 458846 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 soyadı “Paşazadə”, ata adı “Zavur”, həmçinin ata qrafasında Ərizəçi1 adı “Zavur” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Zarağan kənd İƏN tərəfindən 04 iyul 2013-cü il tarixdə verilmiş AZ-İİİ 124602 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 soyadı “Paşazadə”, ata adı “Zavur”, həmçinin ata qrafasında Ərizəçi1 adı “Zavur” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Zarağan kənd İƏN tərəfindən 14 yanvar 2000-ci il tarixdə verilmiş İ-AZ 138451 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 ata adı “Zavur”, həmçinin ata qrafasında Ərizəçi1 adı “Zavur” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Zavur” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Zavur”, soyadı “Paşazadə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Zavur”, soyadı “Paşazadə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Zavur” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əbülfətli (Paşazadə) Aytac Zavur qızının şəxsiyyəti təsdiq edən sənəddə ata adı “Zavur” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.32 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN-017F, kod 40608018nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X28” kimi, “Ərizəçi2” əvəzinə “X24” kimi, “Ərizəçi3” əvəzinə “X25” kimi, “Ərizəçi4” əvəzinə “Ərizəçi4 Zaur oğlu” kimi və “X14” əvəzinə “X22” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-017F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Əbülfətli (Paşazadə) Aytac Zavur qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1866/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1866/2021
14.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver