Məhkəmə qərarları › İş №2(025)-1915/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1915/2021

17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1915/2021 17.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-172, KOD 40600018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, o, Mehtiyeva (Ağayeva) Buzxanım Baba qızı 1946-cı ildə Qutqaşen(indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur. 17.07.1964-cü ildə X7 ilə nikaha daxil olaraq soyadımı ’’Ağayeva” kimi qeyd etdirmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli İl nömrəli qərarı ilə X2, X14, X8, X9, X10, X12 və bizə Ərizəçi1, Ərizəçi2 kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.83 ha torpaq sahəsinə görə JN- 172, KOD 40600018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında sonradan onlara məlum olmuşdur ki, onların ata adı “Baba” əvəzinə “Bahar” kimi, “Əlfəddin” əvəzinə “Əfəddin” kimi səhvən yazılmışdır. Lakin doğum və nikah haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində və digər sənədlərdə Ərizəçi1, Ərizəçi2 kimi yazılır. Hazırda onlar torpaq sahəsinə görə notariat ofişinə müraciət edərək razılıq əsasında paylar müəyyən edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. X26 ata adları düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, aktdakı yanlışlıqları aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq 18 oktyabr 2021-ci il tarixli **********23 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-172 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X1, Ərizəçi1 Bahar qızının, Ərizəçi2 Əfəddin oğlunun, X13, X3, X4, X5 və X11 ümumi birgə mülkiyyətinə 3.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş 16.09.2005-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Baba” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Əlfəddin” olaraq qeyd olunmuşdur. İşdə olan 27 sentyabr 2021-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş AZ-T № 170214 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi X6 ata adı “Baba” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli AZ-İİ 445300 saylı nikah haqqında Şəhadətnamədən görünür ki, X15 ilə X7 arasında 22 oktyabr 2021-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Həmçinin burada Ərizəçi1 ata adı “Baba” olaraq qeyd olunmuşdur. İşdə olan 18 mart 1970-ci il tarixdə Qəbələ rayon Məlikli kənd soveti tərəfindən verilmiş AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 ata adı “Əlfəddin” olaraq qeyd olunmuşdur. Həmçinin burada Ərizəçi1 ata adı “Baba” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Əmirvan kənd İ.Ə.N tərəfindən verilmiş 18 aprel 1998-ci il tarixli Vİ- JQ 473681 saylı nikah haqqında Şəhadətnamədən görünür ki, Ərizəçi2 ilə X16 arasında 18 aprel 1998-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvünün ümumi birgə mülkiyyətinə 3.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-172 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək “Ərizəçi1 Bahar qızı” əvəzinə “Ərizəçi1” və “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Əfəddin oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-172 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar