Məhkəmə qərarları › İş №2(025)-1922/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1922/2021

23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1922/2021 23.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi1 və ərizəçi Səfərova (Şərifova) Ziyafət Kamal qızının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçilər Səfərova (Şərifova) Ziyafət Kamal qızının və Ərizəçi1 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Səfərova (Şərifova) Ziyafət Kamal qızı və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, JN-224G, KOD 40600058 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara dair hissəsində onlara yəni - Ərizəçi2, Ərizəçi1 və X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, o, Ağayeva(Şərifova) Əminə Ağa qızı xx.xx.1971-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Qəmərvan kəndində anadan olmuşam. 10.08.1990-cı ildə X14 ilə nikaha daxil olaraq soyadını ’’Şərifova” kimi qeyd etdirmişdir. O, Şərifova (Səfərova) Ziyafət Kamal qızı xx.xx.1973-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Qəmərvan kəndində anadan olmuşam. 21.08.1999-cu il ildə X15 ilə nikaha daxil olaraq soyadımı “Səfərova” kimi qeyd etdirmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə Qəbələ rayonu, Qəmərvan kənd sakinləri mərhum X6, X8, X10, X17ma və bizə Ərizəçi1, Ərizəçi2 0,05 ha həyətyanı torpaq sahəsinə görə JN- 224G, KOD 40600058 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, mərhum anam X3 adı “Zöhrə” əvəzinə “Zəhra” kimi, bizim ata adımız və soyadımız səhvən “Ağa” əvəzinə “Arif’, “Səfərova” əvəzinə isə “Şərifova” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə və digər sənədlərdə X11, Ərizəçi1 və Ərizəçi2 kimi yazılır. X11 26.01.2009-cu il tarixində miokardin kəskin infarktından vəfat etdiyindən, hazırda torpaq sahəsinə notariat ofisində vərəsəlik işi açılaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmalıdır. Lakin Şəhadətnamədə ad, ata adı və soyad düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən həmin sənədlərdəki yanlışlıqları aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq olaraq 18 oktyabr 2021-ci il tarixli, **********05 nömrəli məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi Səfərova (Şərifova) Ziyafət Kamal qızının nümayəndəsi X14 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-224G, kod 40600058 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən X12, X5, X1, Ərizəçi1 Arif qızının, X9 və X7 ümumi birgə mülkiyyətinə 0.05 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd soveti tərəfindən 13.01.1972-ci il tarixdə verilmiş AZB № 075245 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı “Ağa” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd soveti tərəfindən 10.08.1990-cı il tarixdə verilmiş V- JQ 285700 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 10.08.1990-cı il tarixdə X14 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə Ərizəçi1 ata adı “Ağa” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd İ.N tərəfindən 27 oktyabr 2021-ci il tarixdə verilmiş AZ-T № 170211 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Şərifova”olaraq qeyd edilmişdir. Həmçinin ana qrafasında X3 adı “Zöhrə” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd İ.N tərəfindən 27 oktyabr 2021-ci il tarixdə verilmiş AZ-T 031033 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 avqust 1999-cu il tarixdə X15 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd İƏN tərəfindən 28 yan 2009-cu il tarixdə verilmiş AZ- İ 322217 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 yanvar 2009-cu ildə Qəbələ rayon Qəmərvan kəndində vəfat etmişdir. Burada mərhum X3 adı “Zöhrə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Şərifova” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 30.12.2014-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 şəxsiyyəti təsdiq edən sənəddə soyadı adı “Səfərova” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.05 ha torpaq sahəsinin verilməsini təsdiq edən JN- 224G, kod 40600058 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “X4” kimi, “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Arif qızı” kimi və “X11” əvəzinə “X12” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-224G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Səfərova (Şərifova) Ziyafət Kamal qızına, Ərizəçi1 və mərhum X6 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar