Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1945/2021 23.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-626F KOD 40616028 saylı və JN- 626H KOD 40616028 nömrəli şəhadətnamələrdə göstərilmiş X2 - Ərizəçi2, X14 - Ərizəçi3 və Ərizəçi1 Xalid oğlunun - Ərizəçi1 olduğu və həmin şəhadətnamələrin Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 qızma məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 08.12.2021-ci il tarixdə Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarına əsasən, X3, X7, Ərizəçi1 Xalid oğlunun adına verilmiş JN-626F nömrəli (kod:********) və JN-626Fİ nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin onlara aid hissədə - yəni, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə 1,22 ha və 2,07 torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə texniki səhv olaraq Ərizəçi2 adı, Ərizəçi3 adı və ata adı və Ərizəçi1 ata adı səhv getmişdir. Belə ki, Ərizəçi2 adı İnayət olduğu halda İnatət, Ərizəçi3 adı Şahlar olduğu halda Şahmar, ata adı Əmrah olduğu halda Şakir, Ərizəçi1 ata adı Əmrah olduğu halda səhvən Xalid kimi qeyd olunmuşdur. Əslində isə soyadımız və adlarımız iş materiallarına əlavə etdikləri şəxsiyyət vəsiqələrində və digər sənədlərində olduğu kimidir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələri verən orqan texniki səhv edərək onların adlarını və ata adlarını səhv qeyd etmişlər. Bu məsələni onlar həmin sözü gedən şəhadənamələrə əsasən “Çıxarış” almaq istəyərkən bilmişlər, adları və ata adları səhv olması səbəbindən isə, 26 dekabr 2002-ci ildə verilmiş JN-626F KOD 40616028 saylı və JN-626H KOD 40616028 nömrəli şəhadətnamələrə “Çıxarış” ala bilmirlər. Onlar məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-626H, kod 40616028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarına əsasən X10, X5, X1, Ərizəçi1 Xalid oğlunun, X7, X11, X3, Əzimova Şəhla Şakir qızının və X9 ümumi birgə mülkiyyətinə 2.07 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-626F, kod 40616028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 nömrəli qərarına əsasən X10, X5, X1, Ərizəçi1 Xalid oğlunun, X7, X11, X3, X8 və X9 ümumi birgə mülkiyyətinə 1.22 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Tüntül kənd soveti tərəfindən 20.06.1960-cı il tarixdə verilmiş İE-İ № 988569 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əzimova (Yusibova) İnayət Ağamirzə qızına məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin tam adı “X4” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tüntül kənd soveti tərəfindən 26.01.1987-ci il tarixdə verilmiş Vİ-JQ 351022 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26.01.1987-ci il tarixdə X16 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Əzimov, arvada Əzimova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə Ərizəçi2 tam adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tüntül kənd İ.Ə.N tərəfindən 26 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-T № 102641 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 məxsus doğum haqqında şəhadətnamədə ərizəçinin tam adı “Ərizəçi3” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qutqaşen kənd icra hakimiyyəti tərəfindən 22 sentyabr 1993-cü il tarixdə verilmiş XVİİ-JQ 360414 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 şəxsiyyəti təsdiq edən sənəddə tam adı “Ərizəçi3” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 03.05.2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 şəxsiyyəti təsdiq edən sənəddə tam adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 2.07 ha və 1.22 ha torpaq sahələrinin verilməsini təsdiq edən JN-626H, kod 40616028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində və JN-626F, kod 40616028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi1 Xalid oğlu” əvəzinə “Ərizəçi1” kimi, “X14” əvəzinə “Ərizəçi3” kimi, “X6” əvəzinə “Ərizəçi2” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-626H (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-626F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1945/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1945/2021
23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver