Məhkəmə qərarları › İş №2(025)-21/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-21/2023

24.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-21/2023 24.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh2 Xəncan oğluna və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsində qeyri-qanuni aparılmış tikilinin sökülməsi, qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi ona) geri qaytarılması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Xəncan oğlunun cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan qeyri-yaşayış obyektindən cavabdehin iddia etdiyi torpaq sahəsinə düşən hissəsinin əvəzi tərəfindən hazırkı bazar qiymətlərinə uyğun olaraq ödənilməklə ona satılması, həmin hissədə cavabdehin mülkiyyətinə dair sənədin ləğv olunması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 Xəncan oğluna və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsində qeyri-qanuni aparılmış tikilinin sökülməsi, qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi ona) geri qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2021-ci il tarixli **********99 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0,043320 ha torpaq sahəsinin 113.0 kv.m sahəsinin Qəbələ rayonu, Şəfili kənd sakini Cavabdeh2 Xəncan oğlu tərəfindən özbaşına zəbt edilərək, apardığı qanunsuz tikilinin onun hesabına sökülməsi, ərazinin boşaldılıb geri qaytarılması və uzun müddət qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi ona) geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 Xəncan oğlu məhkəməyə cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan qeyri-yaşayış obyektindən cavabdehin iddia etdiyi torpaq sahəsinə düşən hissəsinin əvəzi tərəfindən hazırkı bazar qiymətlərinə uyğun olaraq ödənilməklə ona satılması həmin hissədə cavabdehin mülkiyyətinə dair sənədin ləğv olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı Ümid oğlunun ona qarşı qaldırdığı Dövlət qeydiyyatı haqqında xx.xx.2021-ci il tarixli **********99 reyestr nömrəli Daşınmaz Əmlakın dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətə olan Qəbələ rayon Hacıalılı kəndində yerləşən 0,043320 ha torpaq sahəsinin 113m2 qanunsuz tikilən zəbt olunmuş sahəsinin hesabına sökülməsi, ərazinin boşaldılaraq geri qaytarılması və uzun müddət qanunsuz istifadə zamanı çəkilən xərclərə əvəz ödənilmədən ona qaytarılması barədə iddasının əsassız iddia olaraq rədd edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində MA ******* saylı çıxarışa əsasən mülkiyyətində olan 0,04332 ha torpaq sahəsindəki qeyri-yaşayış obyektində cavabdehin iddia etdiyi torpaq sahəsinə düşən hissəsinin əvəzi tərəfindən hazırki bazar qiymətinə uyğun olaraq ödənilməklə ona satılması, həmin hissədə cavabdehin mülkiyyətə dair sənədinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni tarixli məhkəmə baxış iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2023-cü il tarixli, 10/28 saylı rəyi məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsini geri götürdüyünü, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Xəncan oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsini geri götürdüyünü, iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Xəncan oğlunun ərizələrini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizələr əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər ilkin və qarşılıqlı iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 15-ci maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (iki yüz) manat məbləğində pul, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Xəncan oğlundan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. X2 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən cəmi 100 manat, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Xəncan oğlu tərəfindən cəmi 100 manat məbləğində pul "xxxx" ASC vasitəsilə ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Xəncan oğlu tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumları onlara geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh2 Xəncan oğluna və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsində qeyri-qanuni aparılmış tikilinin sökülməsi, qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi ona) geri qaytarılması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Xəncan oğlunun cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan qeyri-yaşayış obyektindən cavabdehin iddia etdiyi torpaq sahəsinə düşən hissəsinin əvəzi tərəfindən hazırkı bazar qiymətlərinə uyğun olaraq ödənilməklə ona satılması, həmin hissədə cavabdehin mülkiyyətinə dair sənədin ləğv olunması” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İlkin iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlər Cavabdeh2 Xəncan oğluna geri qaytarılsın. İlkin iddia üzrə İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Xəncan oğlu tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (iki yüz) manat məbləğində pul, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Xəncan oğlundan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardadın icrası dövlət rüsumunlarının qaytarılması və ekspertiza xərcinin ödənilməsi hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar