Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-212/2021 26.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə Ərizəçi adına verilmiş JN-388F saylı, kodu 40604018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 388F saylı, kodu 40604018 olan şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adının siyahısında 1-ci sırada Ərizəçi texniki səhv olaraq “İsa” əvəzinə “Rza” kimi qeyd edilmişdir. Qeyd edilən JN-388F saylı, 40604018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsini özəlləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı X5 müraciət edərkən məlum olmuşdur ki, göstərilən JN-388F saylı şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adının siyahısında 1-ci sırada Ərizəçi texniki səhv olaraq “İsa” əvəzinə “Rza” kimi qeyd edilmişdir. JN-388F saylı şəhadətnamədə qeyd edilən texniki səhvdə düzəliş etmədən əməliyyat aparılması mümkün deyildir. Qeyd edilən səhvlərə məhkəmə vasitəsilə düzəliş edilə bilər. AA2531436 saylı şəxsiyyət vəsiqəsində adı düzgün olaraq İsa kimi qeyd edilmişdir. AZ-T № ******* saylı doğum haqqında şəhadətnamədə də adı düzgün olaraq İsa kimi qeyd edilmişdir. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 388F nömrəli (kod:40604019) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən X3 mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu, Hacallı kəndində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-T seriyalı, 123452 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Qəbələ rayonu Zarağan kəndində doğulmuşdur. X2, anası X1r. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********42 nömrəli məktubundan görünür ki, JN- 388FF nömrəli “«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Hacıalılı kənd X6 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 453 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Hacıalılı kəndində yaşayır. İşdə olan ərizəçiyə aid AA2531436 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” oğlu kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən X3 mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 388F nömrəli (kod:40604018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi adı səhvən «Rza» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən X3 mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 388F nömrəli (kod:40604018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-212/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-212/2021
26.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver