Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-215/2021 05.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X6 tərəfindən xx.xx.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş mərhum X1nun ailəsi olaraq ona yardım məqsədi ilə verilmiş 10 000 (on min) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Böyük Pirəlli kənd sakini xx.xx.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş X3 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Qəbələ rayonunun Böyük Pirəlli kəndinə ərinin ata evinə gəlin köçmüşdür. X1 xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Səfərbərlik və hərbi xidmətə çağırış şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Ərazi Bütovlüyü uğrunda gedən döyüşlərə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən bədəninin müxtəlif nahiyyələrindən aldığı qəlpə yaralarından həlak olmuşdur (şəhid olmuşdur). Təxminən xx.xx.2020-ci il tarixdə X4 əməkdaşları Böyük Pirəlli kəndinə yaşadığı həyətə gələrək əri şəhid olduğu üçün gətirdikləri sənədə ona imza etdirərək “pulu Sizin üçün gətirmişik” deyərək yardım pulu olduğunu bildirərək qaynanası Cavabdeh1 və qaynatası Cavabdeh2 yanında ona yardım pulu olaraq 10 000 (on min) manat vermişlər. Pulu X4 əməkdaşlarından götürüb öz çantana qoymuşdur. Pulu götürdüyü günün axşamı Cavabdeh1 ona yardım pulunu çantasından götürdüyünü və şəhif əri Sərvanın əmisi Fizuliyə verdiyini bildirməklə yas mərasimi bitdikdən sonra geri qaytaracağını demişdir. Ailədə narazılıq yaranmış, yasın sonunadək ona qarşı münasibət dəyişmiş, məcbur olub atası evinə getmişdir və hazırda da ata evində, Zarağan kəndində yaşayır. Cavabdehlər pulu qaytarmamışlar, evi təmir ediblər deyirlər. Münasibətlərindən başqa düşünür ki, cavabdehlərin ona pul qaytarmaq fikirləri yoxdur. Təmir etdikləri evdə isə ona yaşamağa imkan verməmişlər. Elə təhqiredici hərəkətlər ediblər ki, məcbur olub mərhum şəhid ərinin evini tərk etməli olmuşdur. Hazırda o, 13-14 həftəlik hamilədir. Ata evində yaşamaq məcburiyyətində qalsa da, həm tibbi müayinəni və həm də gündəlik yaşayışını təmin etmək imkanında deyillər. X4 etdiyi yardımına çox ehtiyacı var. Ancaq cavabdehlər həmin yardım pulunu ev təmiri adı altında əlindən alıblar. Şəhid ailəsini və gələcəkdə doğulacaq şəhid övladını ağır maddi duruma salmışlar. Hesab edir ki, Azərbaycan Respublikasının qanunları şəhid ailəsi olaraq ona və gələcəkdə doğulacaq şəhid uşağına edilən bu haqsızlığa son qoyacaqdır. Cavabdehlərdən ona edilən yardım pulunun alınıb ona qaytarılmasına göstəriş verəcəkdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlərlə barışdığını, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, tərəflər göstərilən tarixlərdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Ona görə də məhkəmə iddiaçı və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-215/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-215/2021
05.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver