Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-229/2024 16.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “cərimə məbləğinin azaldılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair (Açar sözlər: borcun ödənilməsi; cərimənin silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “cərimə məbləğinin azaldılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat cərimə məbləğinin azaldılaraq 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdehn nümayəndəsi X3 məhkəməyə elektron kabinet vasitəsi ilə cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsinə dair" ilkin iddia ərizəsinin rədd edilməsi, Cavabdeh İddiaçı qarşı "borcun tutulmasına dair" qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı təbii qazdan qeyri qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən 2073,60 manat (iki min yetmiş üç manat altmış qəpik) əsas borcun, 40,74 manat (qırx manat yetmiş dörd qəpik) dövlət rüsumun və 0.40 manat (40 qəpik) bank xidmət haqqının, ümumilikdə isə 2114.74 manat (iki min bir yüz on dörd manat 74 qəpik) manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.i.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu Bum qəsəbəsində yaşayış qeydiyyatında olmasınaa baxmayaraq faktiki olaraq ünvan 1 ünvanda yerləşən və özünə məxsus olan fərdi yaşayış evində yaşayır, həmin bu evdə qaz hesabatları onun adınadır. 2023-cü ilin oktyabr ayında Cavabdeh işçiləri onun yaşadığı fərdi yaşayış evinə baxış keçirdən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona qanunsuz olaraq 17280 m3 təbii qazın dəyəri olan 2073.60 (iki min yetmiş üç manat) altmış qəpik məbləğində cərimə yazmışlar. Lakin bildirmək istəyir ki,həmin xətt aşkar edilsə də, o, həmin xəttdən heç bir vaxt istifadə etməmiş, köhnə və istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilməmişdir. Ona görə də hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilində istifadə edilən təbii qazın dəyərinin 360 gün müddətində və sutkanın 12 saatı ərzində hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də onayazılmış cərimə məbləği tamami lə qanunsuzdur, hesab edir ki, azaldılmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir,sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir.Əgər onun mənzilində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, ona məxsus fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. X2 dair tələbnamənin istinad edildiyi 23 oktyabr 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazları oktyabr ayında və arxaya hesablanmış növbəti 360 gündə və 12 saat ərzində istifadə edilmədiyindən, bundan əlavə ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə ünvanlarına baxış keçirdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətində hesablanmaqla hesablanmış cərimənin ümumi məbləği azaldılaraq 172.80 (yüz yetmiş iki manat səksən qəpik) saxlanılmalıdır. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək "Əsassız hesablanmış 2073.60 manat borcun azaldılaraq 172.80 manat məbləğdə saxlanılması barədə" qətnamə qəbul edilməsini xahiş etmişdir və sözügedən 2(025)-229/2024 saylı mülki iş məhkəmənin icraatındadır. İddiaçı iddia tələbi əsassız olduğundan ilkin iddia rədd edilməli və aşağıdakılara görə Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. "Azəriqaz" İB-nin Zaqatala RQİl-nin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu Bum qəsəbəsində istehlakçı İddiaçı məxsus mənzildə 1968 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. İddiaçı iddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə **********02650 saylı qaz hesabında 2073.60 manat həcmindəki borc onun yaşadığı ünvanda yerləşən mənzildə istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, "Azəriqaz" İB-nin Zaqatala RQİlnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə foto-çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış dəymiş ziyan Zaqatala RQİl-nin xx.xx.2023-cü il tarixli "X2 dair tələbnaməsi" ilə 17280 m3 (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X3 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli aktının surətindən görünür ki, mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunması müəyyən olunmuşdur. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli “X2 dair tələbnamə”dən görünür ki, Cavabdeh İB-nə 17280 m3 ziyan dəymişdir. Eyni zamanda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması müəyyən olunmuşdur. Sayğacdan kənar qeyriqanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 02 may 2019-cu il tarixli müqavilənin: 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərilikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 3.2.1-ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normatik hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və.s göstərilməliklə) istinad edilməş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddia ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdehndən cərimə məbləğinin azaldılmasını tələb edir. Məhkəmə ilkin İddiaçı Cavabdehnə qarşı “cərimə məbləğinin azaldılması” tələbinə dair iddiası ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki,"Azəriqaz" İB-nin Zaqatala RQİl-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Belə ki, "Azəriqaz" İB-nin Zaqatala RQİl-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyriqanuni olaraq sayğacdan kənar qoşulma üzrə foto-çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış dəymiş ziyan Zaqatala RQİl-nin xx.xx.2023-cü il tarixli "X2 dair tələbnaməsi" ilə 17280 m3 (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. Beləliklə, məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə etməsi işin mübahisəsiz halıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “X2 Dair” tələbnamədən də göründüyü kimi itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması 360 gün üçün hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan 12 ay istifadə etməsi barədə hər-hansı sübut təqdim edilməmişdir. Lakin “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli, 467 №-li müqavilənin 2.1.6-cı bəndinə əsasən isə “istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək paylayıcının vəzifəsidir. Bu səbəbdən məhkəmə hesab edir ki, ayda bir dəfə sayğaca baxış keçirilməsi qaz paylayıcının vəzifəsi olduğundan, iddiaçının cavabdehin qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə müddətinin 12 ay hesablaması məntiqi və ağlabatan deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehə məxsus qaz sayğacına hər ay bir dəfə baxış keçirilməsi nəzərə alınmalı, nəticə olaraq itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması 30 gün, yəni 1 ay üçün hesablanmalıdır. Beləliklə, 360 gün üçün itirilmiş qaz üçün 2073,60 manat hesablanma nəzərə alınmaqla, 30 gün üçün itirilmiş qaza görə ziyan 172,80 ((2073,60 : 12) manat hesablanmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin İddiaçı iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə əsassız olaraq hesablanaraq İddiaçı abonent koduna yazılmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat cərimə məbləği azaldılaraq 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh İstehsalat Birliyi cavabdeh İddiaçı sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadəyə görə aparılmış hesabata əsasən yaranmış borcları tələb edir. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borcun ödənilməsi tələbinə dair məhkəmə aşağıdakıları qeyd edir: Beləliklə, işin halları ilə müəyyən olunur ki, qarşılıqlı iddiaçının İddiaçı tələb etdiyi 2073,60 manat borc qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə tələb edilən borcdur ki, ilkin iddia ərizəsi ilə də həmin borcun silinməsi qət edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “cərimə məbləğinin azaldılması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə əsassız olaraq hesablanaraq İddiaçı abonent koduna yazılmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat cərimə məbləği azaldılaraq 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat saxlanılmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən 39 (otuz doqquz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “cərimə məbləğinin azaldılması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə əsassız olaraq hesablanaraq İddiaçı abonent koduna yazılmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat cərimə məbləği azaldılaraq 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən 39 (otuz doqquz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-229/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-229/2024
16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver