Məhkəmə qərarları › İş №2(025)-233/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-233/2022

11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-233/2022 11.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələrinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iş materiallarından görünür ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Qəbələ rayonunda qeydiyyatda olsalar da, ərizəçilər Ərizəçi3 və Ərizəçi4 Qəbələ rayonunda qeydiyyatda deyillər. Belə ki, məhkəmə tərəfindən ərizə icraata qəbul edilməsi zamanı “Elektron məhkəmə” sistemi vasitəsilə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Ərizəçi3 ünvan 1 ünvanında, Ərizəçi4 isə Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizələri isə bilavasitə həmin maddənin təsir dairəsinə aid deyildir. Yəni ərizəçilər “sənədin məxsus olması faktının müəyyən edilməsi” faktının müyyən olunması ilə bağlı məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, Ərizəçi3 ünvan 1 ünvanında, Ərizəçi4 isə Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatdadır və onlar, qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatında haqqında” qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu mənada şəxsin rəsmi qeydiyyatda olduğu yer onun yaşayış yeri hesab olunur və Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsində qeyd olunan hal istisna olmaqla hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ərizəçilər Ərizəçi3 və Ərizəçi4 özlərinin qeydiyyatda olduğu ünvan üzrə aidiyyəti məhkəməyə müraciət edə bilərlər. Ərizəçilər Ərizəçi3 və Ərizəçi4 hazırki mülki iş üzrə - Qəbələ Rayon Məhkəməsinə ərizə ilə müraciət etmələri yolverilməzdir. Göründüyü kimi, ərizə aidiyyət qaydalarının pozulması ilə Qəbələ Rayon Məhkəməsinə verilmişdir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə ərizəçilərə geri qaytarılmalı və ərizəçilərə (Ərizəçi3 və Ərizəçi4) izah edilməlidir ki, onlar, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə müvafiq ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə (Ərizəçi3 və Ərizəçi4) izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar