Məhkəmə qərarları › İş №2(025)-234/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-234/2022

01.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-234/2022 01.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 yanvar 1967-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X4 ilə anası X12 1971-ci il iyunun 9-da nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından onunla birlikdə 9 övladı olmuş, lakin 2-si vəfat etmişdir. X4 11 dekabr 1981-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmişdir. Hazırda anası və xəstə bacısı onun himayəsində yaşayırlar. Bacısı X2 RMX-nın poliklinika şöbəsində ağır dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatdadır. Həmçinin bacısı Rəna İİ qrup əlil olmaqla pensiya alır. X3 xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Odur ki, bacı X13 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyətli olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə2 müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.12.2021-ci il tarixli, AZ-İV seriyalı, 666283 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1328.01.1967-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.02.1967-ci ildə 40 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli, **********2 saylı arayışdan görünür ki, Qəbələ rayon Nic qəsəbə sakini X13 ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialından 2-ci dərəcəli əlil kimi ayda 130 (bir yüz otuz) manat sosial müavinət alır. Müddəti – ömürlük. İş materiallarında olan TƏBİB “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən təqdim edilmiş 30 saylı 14.01.2022-ci il tarixli arayışında göstərilir ki, X2 Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə F72.1” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, 1084 nömrəli arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X1 rayonu Nic qəsəbə sakinidir və həmin qəsəbədə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, 1085 nömrəli arayışdan görünür ki, Nic qəsəbə sakini X13 17.08.1970-ci il təvəllüdlü Nic qəsəbə sakini X6 himayəsində yaşayır. Qəbələ Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(025)-234/2022 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X13 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X13 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X18 Hüquqi Şəxsinin 10.03.2022-ci il tarixli, 800 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs 28.01.1967-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuşdur. Qardaşının deməsinə görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşmamış, bacısı doğuş zədəsi ilə anadan olmuş, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalmış, nitqi tək-bir sözlərdən ibarət olmaqla inkişaf etməmiş, psixiatrik qeydiyyata düşərək X5 müalicədə olmuş, əqli geriliklə əlaqədar məktəbdə oxumamış, həmçinin psixi vəziyyəti ilə əlaqədar İİ qrup əlil hesab edilmişdir. Əqli geriliyi, ara-sıra fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntularının biruzə verməsi, xəbərsiz evdən getməsi halları olması, göstərilənlərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması qardaşı tərəfindən bildirilir. Mülki işə əlavə edilmiş TƏBİB “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən təqdim edilmiş 30 saylı 14.01.2022-ci il tarixli arayışında göstərilir ki, X2 Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə F72.1” diaqnozu ilə qeydiyyatdadır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının təyini haqqındakı qərardan məlum olur ki, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 yanvar 1967 ci-il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Buna görə də X13 barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilməsi barədə qərar çıxarılmış və ekspejtizanm aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səlqlyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində hal hazırki psixiatrik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Somatik statusu.Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi orqanik dəyişiklik qeyd edilmir. Psixi statusu. Yoxlanılan şəxs zahirən bir qədər narahat görünür. Zamana, məkana və öz şəxsiyyətinə görə bələdliyi müəyyən edilmir. Ünsiyyətə formal daxil olur. Nitqi kasad, bir qədər qeyri-aydindir. Produktiv psixopatoloji əlamətlər (qavrama aldanmaları, sayıqlama ideyaları və s.) aşkar edilmir. Bilik ehtiyatının olmaması, adi hesablama əməliyyatlarını bacarmaması, təfəkkürü konkret xarakter daşıması, abstraklaşdırma qabiliyyətinin olmaması müəyyən edilir. Abstraktlaşdırmaya, təhlil-sintezə qadir deyil, ona ünvanlanan sualların əksəriyyətini dərk etmir, ağır dərəcəli ağıl zəifliyi əlamətləri müəyyən edilir. X9 Ağır dərəcəli əqli gerilikmüəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi tək-bir sözlərdən ibarət olmaqla inkişaf etməməsi, X5 müalicədə olması, həmçinin Qəbələ Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə F72.1” diaqnozu ilə qeydiyyatda olması, psixi vəziyyəti ilə əlaqədar İİ qrup müddətsiz əli! hesab edilməsi, əqli geriliyi, davranış pozuntularının biruzə verməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqi tək-bir sözlərdən ibarət olmaqla inkişaf etməməsi, nəzərə çarpan ağır ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspert belə qənaətə gəlir ki, X13 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxskimi hesab edilməlidir. X8 onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X18 Hüquqi Şəxsinin 10.03.2022-ci il tarixli, 800 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X8 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçi X7 aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 28.01.1967-ci il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.01.1967-ci il təvəllüdlü X13fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçi X7 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar