Məhkəmə qərarları › İş №2(025)-239/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-239/2023

27.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-239/2023 27.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Talib oğlunun cavabdehlər Cavabdeh1, X16, Cavabdeh2 və Əlı̇ yeva Yazda Talıb qızına qarşı “miras qalmış əmlakda vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu və vərəsələr üzrə miras payının müəyyən edilməsi mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi X13, cavabdehlər Cavabdeh1, Əlı̇ yevaYazda Talıb qızının və cavabdeh X14 prosessual hüquq varisi X3 iştirakları ilə, İddiaçı Talib oğlunun cavabdehlər Cavabdeh1, X16, Cavabdeh2 və Əlı̇ yeva Yazda Talıb qızına qarşı “miras qalmış əmlakda vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, X16, Cavabdeh2 və Əlı̇ yeva Yazda Talıb qızına qarşı “miras qalmış əmlakda vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 xüsusi mülkiyyətində olan JN : 058 A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsində 3/5 hissədə (Qəbələ Rayon Məhkəməsinin 2(025)-1039/2022 saylı qətnaməsi nəzərə alınaraq) vərəsəlik üzrə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşamdur. Valideynləri - atası X33 xx.xx.1971-ci il tarixində vəfat etmişdir. X4 isə xx.xx.2002-ci ildə ürək, qan dövran çatmamazlığından vəfat etmişdir. Valideynlərinin xx.xx.1951-ci il tarixli birgə nikahlarından 5 övladı olmuşdur. Bacısı Əliyeva (Salehova) Yazda Talıb qızı xx.xx.1954-cü ildə, qardaşları X25 xx.xx.1956-cı ildə, X29 xx.xx.1963cü ildə, Cavabdeh2 xx.xx.1961 -ci ildə, X30 1966-cı ildə anadan olmuşlar. X6 xx.xx.1987-ci ildə vəfat etmişdir və heç vaxt ailəli olmamışdır. X1 adına Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinə görə JN-058A (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-253/201Q saylı xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, İddiaçı anasından miras qalmış evdə yaşamağa cavabdeh X29 tərəfindən mane olan hallara son qoyulması və onlarla birgəyaşayış qaydalarının müəyyən edilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1039/2022 saylı, 29.09,2022-ci İİ tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-058A nömrəli (kod ********) «Torpağın mülkiyyət verilməsinə dair» şəhadətnamə ilə mərhum X11 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsindən iddiaçı X18 vərəsə kimi mirasdan payı 2/5 hissə (0,048 ha) müəyyən olunmuşdur. Həmin qətnamədə də qeyd edilmişdir: işin halları ilə müəyyən olunur ki, iddiaçının və cavabdehlərin valideynləri, anaları X17 isə 08 dekabr 2002-ci il tarixdə «ürək qan dövranı çatmamazlığı»ndan vəfat etmişdir. Q, miras əmlaka dair heç bir vəsiyyətnamə qoymamışdır. Miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən X7 Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxıldığından, o cümlədən miras şərikləri arasında ixtilaflar mövcud olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Məhkəmə hesab etmişdir ki, JN-058A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə mərhum X11 mülkiyyətinə verilmiş torpaq sahəsinindən əvvəlcə iddiaçının və digər vərəsələrin (cavabdehlərin) paylan (0,12 ha : 5 = 0,024 ha) müəyyən edilməlidir. Həmin 0,12 ha miras torpaq sahəsindən qanun üzrə vərəsələrin payları (0,12 ha:5=0,024 ha) müəyyən edilməklə və vərəsələrin öz paylarına düşən hissələri iddiaçının və cavabdeh İddiaçı xeyrinə imtinaları, cavabdehlər X15 və Cavabdeh3 da öz paylarından yarısının iddiaçı Fərhad Salehovun xeyrinə imtinaları və sonuncunun öz payı da nəzərə alınaraq (0,024 ha + 0,012 ha + 0,012 ha) Cavabdeh1m vərəsə kimi mirasdan payı 0,048 ha ha müəyyən edilməlidir.Bu əsasla da məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin ərizədə o, göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, X16, Cavabdeh2, Cavabdeh3 qarşı miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia qaldıraraq, mərhum X1 xüsusi mülkiyyətində olan JN-058A (KOD 4060048) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsində 3/5 hissədə (Qəbələ Rayon Məhkəməsinin 2(025)-1039/2022 saylı qətnaməsi nəzərə alınaraq) vərəsəlik üzrə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan savayı mərhum X1 xüsusi mülkiyyətində olan JN-0044 (KOD 4060048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vərəsəlik üzrə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Onu da qeyd edir ki, cavabdeh X26 xx.xx.2023-cü il tarixdə ağciyər-ürək çatmamazlığının digər formaları diaqnozundan vəfat etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Qəbələ Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisində 129 nömrə ilə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi aşağıdakı kimi müəyyən edilmişdir: 1. Arvadı - Cavabdeh4, 2. Oğlu Cavabdeh5, 3. Oğlu Cavabdeh6, 4. Oğlu Cavabdeh7, 5. Qızı Cavabdeh8, 5. Qızı Cavabdeh9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Buna görə də cavabdeh X26 vəfat etdiyinə görə, arvadı - Cavabdeh4, oğlu - Cavabdeh5, oğlu - Cavabdeh6, oğlu - Cavabdeh7, qızı - Cavabdeh8, qızı - Cavabdeh9 onun hüquqi varisləri kimi işə cəlb olunmasını; mərhum X1 xüsusi mülkiyyətində olan JN- 058A (KOD 4060048) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsində 3/5 hissədə (qəbələ Rayon Məhkəməsinin 2(025)-1039/2022 saylı qətnaməsi nəzərə alınaraq), həmçinin mərhum anam X11 xüsusi mülkiyyətində olan JN-0044 (KOD 4060048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vərəsəlik üzrə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(025)-239/2023 saylı qərardadı ilə cavabdeh X26 vəfat etdiyindən onun arvadı - Cavabdeh4, oğlu - Cavabdeh5, oğlu - Cavabdeh6, oğlu - Cavabdeh7, qızı - Cavabdeh8, qızı - Cavabdeh9 prosessual hüququ varisi kimi tanınmaqla onu əvəz etmələri qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi X27 iddia tələbində qalaraq əmlakdakı miras payının miqdarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, xx.xx.1963-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur. 1990-cı ildə ailə qurmuş və həmin evlilikdən 3 övladı vardır. Valideynləri, atası X33 xx.xx.1971-ci il tarixində, X4 xx.xx.2002-ci il tarixində ürək, qan dövranı çatmamazlığından vəfat etmişlər. Valideynlərinin xx.xx.1951-ci il tarixli birgə nikahlarından 5 övladı olmuşdur. Bacısı Əliyeva (Salehova) Yazda Talıb qızı xx.xx.1954-cü ildə anadan olmuşdur. X5 xx.xx.1956-cı ildə anadan olmuşdur. Qardaşı İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. Qardaşı Cavabdeh2 xx.xx.1961-ci ildə anadan olmuşdur. X6 1966-cı ildə anadan olmuş və xx.xx.1987-ci il tarixində vəfat etmiş, ailəli olmamışdır. X1 adına Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə Qəbələ rayonu, Vəndam kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinə görə JN-058 A, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. 2002-ci ildə X4 vəfat etdiyi günə kimi və ondan sonra da torpaq sahəsində olan 1960-cı illərdə tikilən evdə o, anası və digər ailə üzvləri ilə birlikdə yaşamışlar. Digər bacı və qardaşları həmin təsərrüfatdan ayrılaraq, kəndin başqa hissəsində özlərinə ev tikərək yaşamışlar. Təkcə qardaşı İddiaçı Bakı şəhərinə köçərək, orada özünə ev alaraq yaşamışdır. Anası vəfat etdikdən sonra köhnə ev istismara yararsız olduğundan həmin torpaq sahəsində özünə və uşaqlarına fərdi yaşayış evi inşa etdirmiş və hal-hazıradək həmin təsərrüfatda özü və ailəsi ilə birlikdə yaşamaqla sahiblik, istifadə etməklə idarə edir. Anasından qalmış miras əmlak ilə əlaqədar bacı və qardaşlarının arasında hər hansı narazılıq olmamışdır. Lakin Bakı şəhərində yaşayan qardaşının İddiaçı miras əmlakdan pay almaq istədiyindən və narazılıqlar yarandığından Notariat Ofisində miras əmlakda payların müəyyən edilməsi baş tutmamışdır. Ona görə də ona mərhum anasının vərəsəsi kimi miras payının müəyyənləşdirilərək verilməsini istəyir. Notariat orqanında mirasın açılmasında mübahisə olduğundan məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək, mərhum X4ndan qalan mirasdan 0.32 ha torpaq sahəsindən ona çatan hissənin yarısının qardaşı X22, yarısının isə qardaşı İddiaçı verilməsini xahiş etmiş, daha sonra məhkəməyə ərizə təqdim edərək, mirasdan ona çatan hissənin yalnız qardaşı İddiaçı verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X14 prosessual hüquq varisi, eyni zamanda Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 nümayəndəsi X9 mərhum X8 qalan mirasdan 0.32 ha torpaq sahəsindən onun mərhum ərinə çatan hissənin İddiaçı verilməsini xahiş etmişdir. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək, mərhum X4ndan qalan mirasdan 0.32 ha torpaq sahəsindən ona çatan hissənin qardaşı İddiaçı verilməsini xahiş etmişdir. Cavabdeh2, cavabdeh X14 prosessual hüquq varisləri Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2ci maddə). 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3-cü üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4-cü dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5-ci beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan JN-058 A kod 40600048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə X11 mülkiyyətinə Qəbələ rayonu Vəndam qəsəbəsində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0044 kod 40600048 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ndan görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə X11 mülkiyyətinə Qəbələ rayonu Vəndam qəsəbəsində 0,32 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon VVADQ şöbəsinin verdiyi İİ-JQ 334708 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X25 ilə X10 arasında 07 may 1980ci ildə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra X10 ərinin soyadını qəbul etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 07 iyun 2018-ci il tarixdə verdiyi AZ-T 007384 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 ilə X31 arasında 12 aprel 1979-cu ildə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra Yazda Salehova ərinin soyadını qəbul etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 01 oktyabr 2019-сu il tarixdə verdiyi AZ-İV 335755 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X31 xx xxxxxxx 1954cü il tarixdə döğulmuşdur, şəhadətnamənin ata qrafasında X33, ana qrafasında isə X17 qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon VVADQ şöbəsinin verdiyi İİ-İE 090719 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1961-cü il tarixdə döğulmuşdur, şəhadətnamənin ata qrafasında X33, ana qrafasında isə X17 qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 30 mart 2022-сi il tarixdə verdiyi AZ-İV 666399 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X25 10 avqust 1956-cı il tarixdə döğulmuşdur, şəhadətnamənin ata qrafasında X33, ana qrafasında isə X17 qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 06 sentyabr 2017-ci il tarixdə verdiyi AZ-İ 900101 saylı “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 08 dekbr 2002-ci il tarixdə “ürək qan dövranının çatmamazlığı”ndan vəfat etmişdir. İşdə olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinin 20 fevral 2023-cü il tarixdə verdiyi AZ-İİ 315793 saylı “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 28 yanvar 2023-cü il tarixdə “ağciyər - ürək çatmamazlığı”ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 27 iyun 2019-сu il tarixdə verdiyi AZ-T 094572 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx xxxxx 1959-cu il tarixdə döğulmuşdur, şəhadətnamənin ata qrafasında X33, ana qrafasında isə X17 qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(205)-1039/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X29 cavabdehlər X16, Cavabdeh2, İddiaçı və Cavabdeh3 qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 xüsusi mülkiyyətində olan JN-058A, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş Qəbələ rayonu, Vəndam kəndi ərazisindəki 0,12 ha həyətyanı torpaq sahəsində vərəsəlik üzrə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia təmin edilmiş, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı və JN-058A nömrəli (kod ********) «Torpağın mülkiyyət verilməsinə dair» şəhadətnamə ilə mərhum X11 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsindən iddiaçı X18 vərəsə kimi mirasdan payı 2/5 hissə (0,048 ha) müəyyən olunması qət edilmişdir. İşdə olan Cavabdeh2 məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizəsində o, anasından miras qalmış 0,32 hektar torpaq sahəsindən payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini bildirməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Cavabdeh4 məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizəsində o, anasından miras qalmış 0,32 hektar torpaq sahəsindən payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini göstərmişdir. İşdə olan Cavabdeh3 məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizəsində o, anasından miras qalmış 0,32 hektar torpaq sahəsindən payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini bildirmişdir. İşdə olan Qutqaşen rayon VVADQ şöbəsinin 03 aprel 1984-сü il tarixdə verdiyi X-JQ 267981 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X24 xx xxxxxx 1984-cü il tarixdə döğulmuşdur, şəhadətnamənin ata qrafasında X25, ana qrafasında isə Cavabdeh4 qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 12 iyul 2016-сı il tarixdə verdiyi Az-T 004765 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X28 xx xxxxx 1981-ci il tarixdə döğulmuşdur, şəhadətnamənin ata qrafasında X25, ana qrafasında isə Cavabdeh4 qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 27 aprel 2023-сü il tarixdə verdiyi 3-16-5/7-162 nömrəli arayışdan görünür ki, Cavabdeh6 xx xxxx 1989-cu il tarixdə döğulmuşdur, bu barədə 02 fevral 1990-cı il tarixdə Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 28 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş və şəhadətnamənin ata qrafasında X25, ana qrafasında isə Cavabdeh4 qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 27 aprel 2023-сü il tarixdə verdiyi 3-16-5/7-161 nömrəli arayışdan görünür ki, Cavabdeh7 xx xxxxxx 1986-cı il tarixdə döğulmuşdur, bu barədə 23 fevral 1986-cı il tarixdə Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 38 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş və şəhadətnamənin ata qrafasında X25, ana qrafasında isə Cavabdeh4 qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 27 aprel 2023-сü il tarixdə verdiyi 3-16-5/7-160 nömrəli arayışdan görünür ki, X19 xx xxxxxxx 1996-cı il tarixdə döğulmuşdur, bu barədə 05 mart 1997-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi tərəfindən 36 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş və şəhadətnamənin ata qrafasında X25, ana qrafasında isə Cavabdeh4 qeyd edilmişdir. İşdə olan Cavabdeh6 məhkəməyə təqdim etdiyi ərizəsində o, anasından miras qalmış 0,32 hektar torpaq sahəsindən mərhum atası X14 payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini bildirmişdir. İşdə olan Cavabdeh7 məhkəməyə təqdim etdiyi ərizəsində o, miras qalmış 0,32 hektar torpaq sahəsindən mərhum atası X14 payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini bildirmişdir. İşdə olan Cavabdeh8 məhkəməyə təqdim etdiyi ərizəsində o, miras qalmış 0,32 hektar torpaq sahəsindən mərhum atası X14 payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini bildirmişdir. İşdə olan Azayeva Gülnar məhkəməyə təqdim etdiyi ərizəsində o, miras qalmış 0,32 hektar torpaq sahəsindən mərhum atası X14 payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini bildirmişdir. İşdə olan Qəbələ Regional “Asan xidmət” mərkəzində notariat ofisinin Cavabdeh4 18 mart 2023-cü il tarixdə verdiyi 1216 saylı arayışda xx.xx.2023-cü il tarixdə vəfat etmiş X14 adına xx.xx.2023-cü il tarixdə 129 nömrə ilə vərəsəlik işinin açıldığı və vərəsələrin dairəsinin : arvadı Cavabdeh4 Atabala oğlunun, oəlu- Mayıl Talıbovun, Cavabdeh6, Cavabdeh7, qızı-Cavabdeh8 və Cavabdeh9 olduqları qeyd edilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları və tərəflərin məhkəməyə təqdim etdikləri sübutlardan müəyyən edilir ki, JN-058 A kod 40600048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən X11 mülkiyyətinə Qəbələ rayonu Vəndam qəsəbəsində 0,12 hektar həyətyanı və JN-0044 kod 40600048 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən 0,32 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(205)-1039/2022 saylı qətnaməsi ilə Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-058A nömrəli (kod ********) «Torpağın mülkiyyət verilməsinə dair» şəhadətnamə ilə mərhum X11 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsindən iddiaçı X18 vərəsə kimi mirasdan payı 2/5 hissə (0,048 ha) müəyyən olunması qət edilmişdir. İşin halları ilə müəyyən edilir ki, X25 ilə X10 arasında 07 may 1980-ci ildə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra X10 ərinin soyadını, X23 ilə X31 arasında 12 aprel 1979-cu ildə rəsmi nikah bağlanmış və nikahdan sonra Yazda Salehova ərinin soyadını qəbul etmişdir. X17 08 dekbr 2002-ci il tarixdə “ürək qan dövranının çatmamazlığı”ndan, X25 isə 28 yanvar 2023-cü il tarixdə “ağciyər - ürək çatmamazlığı”ndan vəfat etmişlər. İş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək anasından miras qalmış 0,32 hektar torpaq sahəsindən payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini bildirmişlər. Qəbələ Regional “Asan xidmət” mərkəzində notariat ofisinin Cavabdeh4 18 mart 2023-cü il tarixdə verdiyi 1216 saylı arayışda xx.xx.2023-cü il tarixdə vəfat etmiş X14 adına xx.xx.2023-cü il tarixdə 129 nömrə ilə vərəsəlik işinin açıldığı və vərəsələrin dairəsinin: arvadı Cavabdeh4 Atabala oğlunun, oəlu- Mayıl Talıbovun, Cavabdeh6, Cavabdeh7, qızı-Cavabdeh8 və Cavabdeh9 olduqları qeyd edilmişdir. Cavabdeh6, Cavabdeh7n məhkəməyə ərizə verərək miras qalmış 0,32 hektar torpaq sahəsindən mərhum atası X14 payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini bildirmişlər, O cümlədən də Cavabdeh8 və Azayeva Gülnar məhkəməyə ərizə təqdim edərək miras qalmış 0,32 hektar torpaq sahəsindən mərhum atası X14 payına düşən hissəsindən İddiaçı xeyrinə imtina ediyini bildirmişlər. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinə münasibətdə Qəbələ Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsi üzrə müəyyən olunan torpaq payı nəzərə alınaraq iddiaçının miraq əmlak olan torpaqlardandan, mərhum X11 xüsusi mülkiyyətində olan JN- 058A (KOD 4060048) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsində, eləcə də JN-0044 (KOD 4060048) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vərəsəlik üzrə miras payları müəyyən olunmalı, eləcə də miras paylarından onun xeyrinə imtina edən vərəsələrin imtinaları nəzərə alınaraq mirasdan onun payı tam olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır . Qeyd edilməlidir ki, sübut etmə yükü qanunvericiliyin tələblərinə görə iddiaçının üzərinə düşdüyündən bu vəzifə iddiaçının, tələb edən tərəfin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tələbi təmin edilməlidir. Belə ki, X2 (miras qoyan) məxsus Qəbələ rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-058A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsində vərəsə - İddiaçı Talib oğlunun payı 3/5 hissə üzrə müəyyən edilməlidir. X2 (miras qoyan) məxsus Qəbələ rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-0044 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 0.32 ha torpaq sahəsində vərəsə - İddiaçı Talib oğlunun payı 1/5 hissə üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. X2 (miras qoyan) məxsus Qəbələ rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN- 058A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsində vərəsə - İddiaçı Talib oğlunun payı 3/5 hissə üzrə müəyyən edilsin. X2 (miras qoyan) məxsus Qəbələ rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN- 0044 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 0.32 ha torpaq sahəsində vərəsə - İddiaçı Talib oğlunun payı 1/5 hissə üzrə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar