Məhkəmə qərarları › İş №2(025)-24/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-24/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-24/2021 23.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixdə 5 Saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində qeydə alınmış nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilıə aralarında xx.xx.2020-ci il tarixdə 5 saylı Bakı “Asan XİDMƏT” Mərkəzində qeydə alınmış nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonundan məcburi könkündür. Qeydiyyatı Ağdam rayonunun Keçdazlı kəndinədir, amma Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti olaraq Bakı şəhəri, Nizami rayonu, 3 №-li xüsusi İnternat Məktəbində məskunlaşmışlar. Cavabdeh ilə nikahlarını xx.xx.2020-ci il tarixdə, 5 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində qeyd etdirmişlər. Nikahlarını rəsmi qeyd etdirməmişdən əvvəl nişanlarını Bakı şəhərində “Cənnət” Şadlıq sarayında etmişlər. Nikahları qeyd olunandan sonrakı gün cavabdeh onunla telefon əlaqəsi saxlayaraq öz şərtlərini demişdir. O, cavabdehin şərtlərini qəbul etməmiş və aralarında narazılıq yaranmışdır. Cavabdeh səhəri gün ona zəng vuraraq təklif etmişdir ki, qoşulub qaçsınlar, toyu sonra etsinlər, barışıqda sonra olasıdır. Məətəkliyiylə razı olmamış və bu dəfə aralarında ciddi narazılıq yaranmışdır. Cavabdeh onun təklifinə razı olmadığını görüb onunla əsəbi formada danışmış ve demiş ki, onların nikahı bağlanıb, o nə desə o olmalıdır. O, başa düşmüş ki, cavabdehlə quracağı ailənin möhkəm təməli yoxdur və onlar ailə qurmadan bir-birlərini başa düşmürlər və ailələri tezliklə dağıla bilər. Bu barədə bir qədərdə fikirləşib və eyni zamanda valideynləri ilə də məsləhətləşib qəti qərara gəlmişdir ki, cavabdehlə ailə qurmasın. Cavabdehlə ailə qurmaqdan qəti olaraq imtina etdiyindən xx xxxxx 2020-ci il tarixdə cavabdehə bildirmişdir ki, quracağları ailə onun şərtləri əsasında idarə olunacağından, ailə qurmayacaqlar və toyları olmayacaqdır. Belə olub xahiş etmişdir ki, gedib nikah qeydlərini pozsunlar. Cavabdeh nikahlarının pozulmasına razı olmamış, onunla zorlada olsa ailə quracağını bildirmiş və hətta onu zorla qaçıracağı ilə hədələmişdir. Cavabdehlə aralarında nikah rəsmi olaraq qeyd olunsa da, toyları olmamış, ailə qurmamışlar. Həmçinin ər-arvad münasibətinə daxil olmamışlar. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə icraat, Cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi əməliyyatlarından təxris olunana qədər dayandırılması qərarı alınmış, Cavabdeh xx.xx.2021-ci il tarixdə səfərbərlikdən təxris edildiyindən mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, nikahın pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını cavabdehin iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2020-ci ildə nikahın bağlanması haqqında 1152 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Rəhimova, arvada Rəhimova soyadı verilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2000-ci ildə Ağdam rayonu, Keşzadlı kəndində anadan olmuş İddiaçı Ağdam rayonu Keşzadlı kəndində qeydiyyatdadır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1997-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş Cavabdeh Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin və vəkilinin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin xx xxxxx 2020-ci ildə nikahları rəsmi olaraq qeyd olunsa da, toyları olmamış, ailə qurmamışlar və birgə yaşamamışlar. Həmçinin ərarvad münasibətinə daxil olmamışlar. İddiaçının nümayəndəsi və vəkili məhkəmədə tərəflər arasında bağlanmış nikahın pozulmasını təkidlə xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun nikahın pozulmasına münasibətini öyrənmək mümkün olmamışdır. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış nikahın pozulmasını əsaslı və qanuni hesab edir. Məhkəmə cavabdeh məhkəmə prosesində iştirak etmədiyindən və onun nikahın pozulmasına münasibətini öyrənmək mümkün olmadığına görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərə barışıq üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salmış, lakin belə barışıq əldə olunmamış və məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili nikahın pozulmasını təkidlə xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun nikahın pozulmasına münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmədə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli , İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2020-ci il aprelin 27-də qeydə alınmış 1152 nömrəli nikah pozulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2020-ci il aprelin 27-də qeydə alınmış 1152 nömrəli nikah pozulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar