Məhkəmə qərarları › İş №2(025)-251/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-251/2020

01.07.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-251/2020 01.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi x7 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 fevral 1983-cü ildə Qəbələ rayon, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayon, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan x1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib göstərdi ki, atası x10 ilə anası Ağayeva Hövzə Səfər qızı 1976-ci il iyunun 9-da nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 30 iyun 1977-ci il təvəllüdlü bacısı x5, 03 fevral 1983-cü il təvəllüdlü bacısı x6 və xx xxxxxx 1987-ci il tarixdə o doğulmuşdur. Atası x10 03 dekabr 2013-cü il tarixdə kəskin ürək çatmamazlığı xəstələyindən Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmişdir. Hazırda anası və bacıları onun himayəsində yaşayırlar. Bacısı x6 12.11.2014-ci il tarixdən Qəbələ RMX-nın poliklinika şöbəsində artıfakiya 2-li katarakta, yetişməmiş katarakta diaqnozu ilə qeydiyyatdadır. Həmçinin bacısı Nartəkin İİ qrup əlil olmaqla pensiya alır. Bacısı x6 xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Bacısı x6 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyətli olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, x1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verilmiş ekspert rəyi ilə razı olmadığını bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi x11 ekspertiza rəyi ilə razı olduğunu və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qəbələ Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. x6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi?

2. x1 öz hərəkətlərini dərk etmək və idarəetməkbaxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 19.05.2020-ci il tarixli, 912 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, x2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, təqdim olunmuş arayışa və anamnestik məlumatlara əsasən x1 nə vaxtsa hər hansı psixi pozuntu keçirməsi, ona psixi xəstəlik diaqnozunun qoyulması, psixiatrik qeydiyyata götürülməsi, psixiatr tərəfindən müalicə olunması faktı müəyyən edilməmişdir. x3 psixi sağlam olmasını hazırki müayinə zamanı ünsiyyətə sərbəst daxil olması, suallara mahiyyətinə uyğun cavablar verməsi, hər hansı psixopatoloji əlamətlər aşkar etməməsi, onda yaddaş və intellekt pozuntularının müəyyən edilməməsi, kifayət həcmdə bilik və təsəvvür ehtiyatına malik olması, onun hal-hazırda hər hansı psixi xəstəlikdən və kəmağıllıqdan əziyyət çəkməməsini təsdiq edir. x5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. Buna görə də x1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: 1 . x6 hər hansı bir psixi xəstəlikdən əzab çəkmir.

2. x1 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ Rayon x4 Ploklinika Şöbəsi tərəfindən verilmiş 10.12.2019-cu il tarixli 1073 saylı arayışdan görünür ki, Qəbələ rayonu Vəndam kənd sakini x6 həqiqətən Qəbələ RMX-nın Poliklinika şöbəsində qeydiyyatdadır. Diaqnoz: “Artıfakiya 2-li katarakta” İşdə olan Qutqaşen rayonu Vəndam kənd soveti tərəfindən 18 fevral 1983-cü il tarixdə verilmiş İX-ЖГ № 324135 seriyalı “Doğum haqqında” Şəhadətnamənin surətindən görünür ki, x6 03 fevral 1983-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18.02.1983-cü il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Atası x10, anası Ağayeva Hövzə Səfər qızıdır. İşdə olan AA0616948 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x603 fevral 1983-cü ildə anadan olmuşdur. İşdə olan ASAN-Qəbələ tərəfindən verilmiş 27.04.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1987-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 19.05.2020-ci il tarixli, 912 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməməsi üçün əsas verir. Belə ki, x1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olduğu sübut olunur. Beləliklə, ərizəçi irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar