Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-261/2022 12.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-705, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara aid hissədə onlara, yəni Sərdərova (Həmidova) Ceyhunə Tahir qızı və Sərdərova (Qurbanova) Minarə Tahir qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə atası Nümayəndə, anası X24, bacıları X37, X38, X39, X20 və onlara, yəni X38, X28 Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,05 ha torpaq sahəsinə görə JN-705, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Dövlət aktında sonradan onlara məlum olmuşdur ki, soyadları “Sərdərova” əvəzinə “Sərdarova”, ad “Minarə” əvəzinə “Minayə” ata adı isə “Tahir” əvəzinə “Kamil” kimi səhvən yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Sərdərova (Həmidova) Ceyhunə Tahir qızı və Sərdərova (Qurbanova) Minarə Tahir qızı kimi qeyd edilmişdir. Onlar, yəni X40 və X42 29.12.2003-cü il və 16.12.2005-ci illərdə nikaha daxil olaraq soyadlarını “Həmidova” və “Qurbanova” kimi qeyd etdirmişlər. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Dövlət aktında soyadlar, ad və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağa mülkiyyət hüququna dair dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq 24 dekabr 2021-ci il tarixli **********93 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-705 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X12, X21, X25, X14, X29, X30, X31 və X15 birgə mülkiyyətinə JN- 705 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan ərizəçilərə aid “Doğum haqqında şəhadətnamə”lərinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: X40 və X43. İş materiallarında olan Qəbələ rayon Mıxlıqovaq kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 29 dekabr 2003-cü il tarixli, AZ-İ seriyalı, 091309 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 atasının soyadı, adı və ata adı nikaha daxil olduqdan sonra “Ərizəçi1” kimi, nikaha daxil olmamışdan əvvəl isə “X40” qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Mıxlıqovaq kənd İnzibati Ərazi dairəsi tərəfindən verilmiş 16 dekabr 2005-ci il tarixli, AZ-İ seriyalı, 205634 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 atasının soyadı, adı və ata adı nikaha daxil olduqdan sonra “Ərizəçi2” kimi, nikaha daxil olmamışdan əvvəl isə “X42” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 24 dekabr 2021-ci il tarixli **********93 nömrəli məktubundan görünür ki, JN-705 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 07 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş JN:705 kod:40614018 olan, 1,05 hektar dövlət aktında texniki səhv olaraq Nümayəndə soyadı səhvən X8, X2 və ata adı səhvən X11, X4 və adı səhvən X13, X3 və adı səhvən X9, X5 səhvən X17, X6 səhvən X18, X7 səhvən X19, X1 səhvən X10 yazılmışdır. JN:705 nömrəli dövlət aktındakı vətəndaşın həqiqi soyadı, adı və ata adı şəxsiyyət vəsiqəsində göstərildiyi kimidir. Ərizəçilərə aid işdə olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi” şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1 və Ərizəçi2. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X12, X21, X25, X14, X29, X30, X31 və X15 birgə mülkiyyətlərinə verilmiş JN-705 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 soyadı səhvən «Sərdarova», ata adı səhvən «Kamil» kimi, Ərizəçi2 soyadı səhvən «Sərdarova», adı səhvən «Minayə» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi1 soyadının əvvəlcə (Sərdarova), nikaha daxil olduğdan sonra Həmidova, Ərizəçi2 soyadının əvvəlcə (Sərdarova), nikaha daxil olduğdan sonra Qurbanova olduğundan olduğundan, bu məsələyə də münasibət bildirərək onların soyadının Həmidova (Sərdərova), Qurbanova (Sərdərova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X12, X21, X25, X14, X29, X30, X31 və X15 birgə mülkiyyətlərinə verilmiş JN-705 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Həmidova (Sərdərova) Ceyhunə Tahir qızı və Qurbanova (Sərdərova) Minarə Tahir qızına aid hissədə Həmidova (Sərdərova) Ceyhunə Tahir qızına və Qurbanova (Sərdərova) Minarə Tahir qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-261/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-261/2022
12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver