Məhkəmə qərarları › İş №2(025)-264/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-264/2022

30.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-264/2022 30.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC-nə və Qəbələ rayon Cavabdeh2ndə notariat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışlarının ləğv edilməsi və girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC-nə və Qəbələ rayon Cavabdeh2ndə notariat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışlarının ləğv edilməsi və girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nümayəndə1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 23 aprel 2008-ci il tarixli 07M000000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş daşınmaz əmlakların yüklülük Çıxarışlarının ləğv edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Nümayəndə1 Cavabdeh1 QSC ilə bağladığı 22 aprel 2008-ci il tarixli 07L000001425 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Nümayəndə1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 07L000001425S nömrəli sazişə əsasən kredit xətti müqaviləsinin müddəti artırılaraq 216 ay, kredit xəttinin məbləği isə artırılaraq 1.000.000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğin və müddətin ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunması nəzərdə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə Nümayəndə1 Cavabdeh1 QSC ilə bağladığı 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Nümayəndə1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Nümayəndə1 ilə Bank arasında bağlanmış 23 aprel 2008-ci il tarixli 07M000000090 nömrəli ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 nömrəli 89,24 m2 ümumi, 89,24 m2 əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışla Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) Nümayəndə1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Nümayəndə1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 07M000000090S nömrəli sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışla Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış sahəsinin (0,0106 ha torpaq sahəsi ilə birlikdə) Nümayəndə1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. Bundan başqa Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyan Nümayəndə1 ilə Bank arasında bağlanmış 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 5 nömrəli reyestr 36 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışla Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) Nümayəndə1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsinə əsasən cavabdeh Nümayəndə1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 53.904,06 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə, cəmi 166.606,23 ABŞ dolları və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.390,03 ABŞ dolları olmaqla, iki razılaşma üzrə ümumilikdə 170.996,26 (bir yüz yetmiş min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcunun iddiaçı Cavabdeh1Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma açıq hərracdan satılmaqla ipoteka ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********99- 06301; qeydiyyat nömrəsi – 190701199; qeydiyyat tarixi – xx.xx.2007-ci il) cavabdeh Nümayəndə1 məxsus Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********80-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2010-cu il) cavabdeh Nümayəndə1 məxsus Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Nümayəndə1, onun, övladları X6 və X3 evi tərk etmədikləri halda, onların həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən məcburi qaydada çıxarılmaqla, evin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. Müvafiq olaraq X2 xx.xx.2019-cu il tarixli, 2(107)-697/2019 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1276/2020 nömrəli qərarı, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-55/2021 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 4127/2021 nömrəli qərarı ilə də onların evi tərk etməkləri hissəsində Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda Nümayəndə1 mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və Cavabdeh1 QSC-yə təhvil verilməsi qət edilmişdir. Birinci olaraq 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqaviləsi üzrə qeyd edir ki, Nümayəndə1 məxsus Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ipoteka müqaviləsinə əsasən Cavabdeh1 QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan şəxs kimi onun tərəfindən imzalanmamış, onun tərəfindən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edilməmiş və qeyd olunan əmlakın ipoteka ilə yüklü edilməsinə razı olmamış, əmlaka tutma yönəldildikdə və satıldıqda həmin əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürməmişdir. O, evin ipotekaya qoyulmasına razılıq verməmişdir. Onların adlarına məhkəmələrdən məktublar gəlsə də, həmin məktublar ona təqdim edilməmiş və yoldaşı tərəfindən qəbul edilmişdir. Yoldaşı isə banka olan borcu ilə məhkəmələrdən məktub gəldiyini qeyd etmiş, lakin borcun nə qədər olması, evin və mağazanın ipetekaya qoyulmasını bildirməmişdir. O isə evdar xanım olduğundan ümumiyyətlə bu işlərlə maraqlanmamışdır. Bu yaxınlarda isə həyat yoldaşı Nümayəndə1 ona borcu ilə əlaqədar evi və mağazanı ipotekaya qoyduğunu bildirmiş, yaxın zamanlarda onları evdən çıxaracaqlarını qeyd etmişdir. Daha sonra hüquqşunaslarla maraqlanan zaman ona bildirmişlər ki, fərdi yaşayış evi iptekaya qoyulan zaman ondan razılıq alınmalıdır. Ondan belə bir razılıq alınmadığından əmindir və onun tərəfindən heç bir yerə qol çəkilməmişdir. Bunları yeni bildikdən sonra ipotekanın etibarsız hesab edilməsi ilə bağlı tələblərini banka qarşı irəli sürmək istəmişdir. Təqdim etdiyi 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqaviləsi bağlanarkən də evdə qeydiyyatda ola ola ondan razılıq ərizəsi alınmamışdır. İndi isə onu evdən çıxartmaq istəyirlər. Bu səbəbdən də ipoteka müqaviləsinin etibarsızlığına dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmçinin ipoteka müqaviləsi bağlanarkən o, notariat kontoruna dəvət olunmamışdır. İkinci olaraq 23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli ipoteka müqaviləsi üzrə onu qeyd edir ki, Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 nömrəli 89,24 m2 ümumi, 89,24 m2 əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) həyat yoldaşı Nümayəndə1 adına xx.xx.2007-ci il tarixdə (yəni birgə nikahda olduqları zamanda) daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin həmin ipoteka müqaviləsi bağlanan zaman da onun heç bir razılığı alınmamış və onun tərəfindən heç bir yerə imza çəkilməmişdir. Halbuki sözügedən ipoteka predmeti birgə nikah dövründə əldə etdikləri əmlak olmuşdur. Yuxarıda sadalanan qanun normalarından göründüyü kimi Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 nömrəli 89,24 m2 ümumi, 89,24 m2 əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) Nümayəndə1 ilə onun birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak olduğundan həmin daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi zamanı onun tərəfindən notarial qaydada təsdiqlənmiş ərizə verilməli idi. Lakin o, belə bir ərizə verməmiş və bu halda 23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli ipoteka müqaviləsinin etibarsızlığını göstərir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 QSC-nə, Qəbələ rayon Cavabdeh2ndə notariat kontoruna və üçüncü şəxs Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinə̇ məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, cavabdehlər Qəbələ rayon Cavabdeh2ndə notariat kontoru və üçüncü şəxs Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsi bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh1 QSCnin nümayəndəsi isə məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 QSC-nin, Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və üçüncü şəxs Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin Yanında Daşinmaz Əmlakın Dövlət Reyestri niṅ ıtəmḋ ıẊ 9 Saylı Qəbələ Ərazı̇ İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini, mülki işin sənədlərini, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4127/2021 nömrəli qərarını nəzərdən keçirib hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materillarında olan Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər Nümayəndə1, X7, İddiaçı, X5, X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Nümayəndə1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 53.904,06 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə, cəmi 166.606,23 ABŞ dolları və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.390,03 ABŞ dolları olmaqla, iki razılaşma üzrə ümumilikdə 170.996,26 (bir yüz yetmiş min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcunun iddiaçı Cavabdeh1Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma açıq hərracdan satılmaqla ipoteka ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********99- 06301; qeydiyyat nömrəsi – 190701199; qeydiyyat tarixi – xx.xx.2007-ci il) cavabdeh Nümayəndə1 məxsus Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********80-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2010-cu il) cavabdeh Nümayəndə1 məxsus Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Nümayəndə1, mənim, övladlarım X6 və X3 evi tərk etmədiyimiz halda, bizim həmin evə istifadə hüquqlarımızın itirilmiş hesab edilməsi və bizim həmin evdən məcburi qaydada çıxarılmaqla, evin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-697/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apelyasiya qismən şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 117.000 (bir yüz on yeddi min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 100.000 (bir yüz min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 80.000 (səksən min) manat həddində müəyyən edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1276/2020 nömrəli qərarından görünür ki, kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-697/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qeyri-yaşayış binasına tutmanın yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində və əmlakların ilkin satış qiyməti müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-55/2021 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasının (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış (likvid) qiyməti 115.000 (bir yüz on beş min) mаnаt, Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış (likvid) qiyməti isə 100.000 (bir yüz min) manat həddində müəyyən edilməsi, Nümayəndə1 mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0.0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyriyaşayış sahəsi boşaldılması və Cavabdeh1 QSC-yə təhvil verilməsi, iş üzrə məhkəmə məsrəfi olan iki yüz manat cavabdehdən tutulub "xxxx" MMC-nin (VÖEN: **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı kod: 200093, VÖEN: **********, S.Wİ.F.T. AİİBAZ2X, m/h AZ37NABZ********************) hesabına keçirilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4127/2021 nömrəli qərarından görünür ki, Nümayəndə1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-55/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadında göstərilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərardadın 37-ci bəndində göstərilmişdir ki, bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir. Həmin qərardadın 42-ci bəndində göstərilmişdir ki, digər tərəfdən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Həmin qərardadın 46-cı bəndində göstərilmişdir ki, işdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır. Prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır. Həmin qərardadın 51-ci bəndində göstərilmişdir ki, beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Belə ki, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsindən, X2 xx.xx.2019-cu il tarixli, 2(107)-697/2019 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1276/2020 nömrəli qərarı, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-55/2021 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 4127/2021 nömrəli qərarından və hazırki iddia tələbindən görünür ki, Cavabdeh1 QSC-i cavabdehlər Nümayəndə1, X7, İddiaçı, X5, X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia qaldırmış və iddiaçının hazırki iddia tələbinə, yəni “23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi”nə hüquqi qiymət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4127/2021 nömrəli qərarı ilə hazırda mübahisələndirilən 23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsızlığı barədə məsələyə münasibət bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 QSC-nə və Qəbələ rayon Cavabdeh2ndə notariat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışlarının ləğv edilməsi və girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddiaya artıq Qəbələ Rayon Məhkəməsi tərəfindən baxılmaqla qətnamə qəbul edildiyindən, həmin qətnamə ilə “23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsızlığına hüquqi qiymət verildiyindən, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4127/2021 nömrəli qərarı ilə qanuni qüvvəsini aldığından, hazırki tələbə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsi ilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 140 (bir yüz qırx) manat məbləğində pul, İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC-nə və Qəbələ rayon Cavabdeh2ndə notariat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “23 aprel 2008-ci il tarixli 07M00000090 nömrəli və 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, yüklülük Çıxarışlarının ləğv edilməsi və girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsi ilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 140 (bir yüz qırx) manat məbləğində pul, İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar