Məhkəmə qərarları › İş №2(025)-273/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-273/2023

04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-273/2023 04.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Vaqi̇ f qizinin maraqli şəxs Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövət Xitməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri Publik hüquqi şəxsi 9 sayli Qəbələ Ərazi İdarəsinə qarşi “hüquq əhəmiyyətli faktinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi Vaqı̇ f qızının iştirakı ilə, Ərizəçi Vaqı̇ f qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin hallari Ərizəçi Vaqı̇ f qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001ci il tarixli, 03 saylı qərarına əsasən X4, X5, X1 və X2 adına verilmiş JN-2892F nömrəli (Kod: ********) olan «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ona dair hissədə ona, yəni Aşralıyeva (Məmmədova) Könül Vaqı̇ f qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1977-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvləri X6, X7 və X8ma Qəbələ şəhəri ərazisindən 0.26 ha həyətyanı torpaq sahəsinə JN-2892F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, ata adı “Vaqif’ əvəzinə səhvən Bağır kimi qeyd edilmişdir. Lakin şəxsiyyət vəsiqədə, doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Bu hal Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli, 03 nömrəli arayışla da təsdiq olunur. Həmçinin onu da qeyd edir ki, nikaha daxil olmamışdan əvvəl soyadı “Məmmədova” olsa da, nikaha daxil olduqdan sonra “Aşralıyeva” olmuşdur. Hazırda onlra məxsus torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirik. Şəhadətnamədə ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir, müvafiq 29 dekabr 2022-ci il tarixli, **********30 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraati iştirakçilarinin izahatlari Məhkəmə iclasında iştirak edən Ərizəçi Vaqı̇ f qızı ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxişinin hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-2892F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X4, X5, X1 və X2 mülkiyyətinə 0.26 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli AZ- T № 210814 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi Məmmədova Könül Vaqı̇ f qızı xx xxxxxx 1977-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. burada Ərizəçi Vaqı̇ f qızının tam adı “Məmmədova Könül Vaqı̇ f qızı” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu Həmzəlli kənd İ Ə N-si tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli AZ İİ № 504159 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə Məmmədova Könül Vaqı̇ f qızı ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Aşralıyev, arvada Aşralıyeva soyadı verilmişdir. Burada Ərizəçi Vaqı̇ f qızının ata adı “Məmmədova Könül Vaqı̇ f qızı olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03 saylı arayışdan görünür ki, JN-2892F (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədə Məmmədova (Aşralıyeva) Könül Vaqı̇ f qızının adı səhv olaraq “Məmmədova (Aşralıyeva) Könül Bağır qızı” kimi yazılmışdır. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Həmzəlli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 07 saylı arayışdan görünür ki, Ərizəçi Vaqı̇ f qızı həqiqətən Qəbələ rayon Həmzəlli kəndində eydiyyatdadır və yaşayır. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Vaqı̇ f qızının adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi Vaqı̇ f qızı” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvilərinin mülkiyyətinə 0.26 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-2892F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Məmmədova Könül Vaqı̇ f qızı” əvəzinə “X9” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-2892F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi Vaqı̇ f qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar