Məhkəmə qərarları › İş №2(025)-274/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-274/2022

05.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-274/2022 05.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X3 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X3 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC-nin X4 və Satışı İdarəsi vəzifəli şəxsinin 12 iyul 2021-ci il tarixli aktı əsasında barəsində hesablanmış 440.90 manat cərimənin silinməsinə və həmin aktın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evin bütün xərclərinə o nəzarət edir. O, işıq pulunu həmişə ödəmişdir. Lakin bu yaxın vaxtlarda işıq idarəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Elektrik sayğacına baxış keçirərək, qərəzli şəkildə yalandan sayğacdan kənar xəttdən istifadə edildiyi iddia edilmiş və 215860 saylı 12 iyul 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin sayğaca onun və ailə üzvlərinin nəzarət etməsi qeyri-mümkündür. Həmçinin həmin akt tərtib olunarkən onların ailə üzvlərindən heç kim həmin akta imza etməmişdir. Elektrin sayğacına baxış keçirilərkən heç bir hal şahidi iştirak etməmişdir. Bir müddət sonra isə ona məlum olmuş ki, həmin akt əsasında 440 manat 90 qəpik cərimə hesablanmışdır. O, tələb edib İşıq İdarəsindən aktı almışdır. Akta baxanda görmüş ki, işıq sayğacına keçirilən baxışda hal şahidlərinin iştirakı qeyd olunmuş və imzalar atılmışdır. Halbuki baxış zamanı heç bir hal şahidi orda olmamışdır. Qeyd olunan problemlə bağlı AR Energetika Nazirliyi Enerji Məsələrini X7 filialına müraciət etmiş, həmin filialın 31 avqust 2021-ci il tarixli məktubu ilə İşıq İdarəsinin əməkdaşlarının əməllərinin “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci və 8.33-cü bəndlərinin tələblərinə zidd olduğu bildirilmiş, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Düşünür ki, cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış tamamilə əsassızdır və ləğv olunmalıdır. Tərtib olunmuş akt və həmin akt əsasında heablanmış 440,90 manat məbləğində cəriməni qəbul etmir. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ Qəbələ rayonu Nohurqışlaq kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazası İddiaçı adına olmaqla **********00660 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 12.07.2021-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları E.İsrafilov, A.Ömərov, S.Kazımov və R.Rəsulov tərəfindən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı istehlakçının həyətindəki dayaqdan sayğacına gələn giriş xəttini açaraq elektrik sayğacını dövriyyədən kənarlaşdırmaqla sayğacdan kənar elektrik enejisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 12.07.2021-ci il tarixli, R215860 saylı akt tərtib olunmuşdur. Bundan sonra 12.07.2021-ci il tarixli, R215860 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 26.07.2021-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 270 gün üçün 0,07 manatla 2700 kvt.s (dəyəri 189.00 manat) və 0,11 manatla 2290 kvt.s (dəyəri 251.90 manat) toplamda 440.90 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçı aşkar olunmuş qüsura razılaşaraq itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış məbləğin 400.00 manatını "xxxx" ASC-nin hesabına ödəmişdir. İddiaçının 04.01.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 98.18 manat borcu vardır. Bu da onu deməyə əsas verir ki, İddiaçı tərtib edilmiş qüsur aktı ilə razılaşmışdır. “EEİQ”-nin 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğcın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən aşmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkn meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin qaydaların 7.11 bəndinin tələbinə görə “... Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş 12.07.2021-ci il tarixli, R215860 saylı akt “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə iddiaçını, cavabdehin nümayəndəsini və şahidlərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında X8 şahid qismində verdiyi izahatında göstərmişdir ki, müvafiq göstərişə əsasən həmin gün qrup halında reyd keçirirmişlər. Qrupda 5 nəfər var imiş. O, Nohurqışlaq kəndi üzrə işıq nəzarətçisidir. Nohurqışlaq kəndi ərazisində işıq xətlərinə, sayğalara baxış keçirmişlər. İddiaçı həyətinə daxil olub, işıq sayğacına və işıq xəttinə baxmaq istəmişlər. Qapını döymüş və çağırmışlar. Orda heç kim yox olmamış, sonra bir uşaq yaxınlaşmışdır. Səhv etmirəmsə iddiaçının qardaşı oğlu imiş. Qardaşının evi Paşanın evinə yaxın imiş və uşaq o həyətdən gəlmişdir. O, iki ilə yaxın müddətdir ki, işləyir. Bu müddətdə də o, işıq sayğacına nəzarət edib, bildiriş yazmaq üçün Paşanın həyətinə girir vəbu zaman telefonla zəng vurub icazə alır. Təxminən ayda bir dəfə onun həyətinə getmiş və heç vaxt problem olmamışdır. Həmin vaxt da iddiaçının həyətlərinə girmiş, həmin vaxt heç kim olmamış, ancaq sonradan iddiaçının qardaşı oğlu gəlmişdir. Həyətin giriş qapısından işıq dirəyinəcən olan məsafə təxminən 10-12 metr məsafədir. Onlar da həyətə girib, işıq sayğacına baxmaq üçün dirəyəcən olan məsafəni getmişlər. O, ayda bir dəfə ayın bəlli günündə gedir, sayğaca və uçot dəstinə baxış keçirir. Bu dəfə qrup şəklində gedəndə orda kənar xətt aşkar etmişlər. Qardaşı oğluna demiş ki, Paşanı çağırsın.Onlar çəkiliş edib qapıdan çıxmış və bir azdan Paşa gəlmiş, onlara akt yazmamağı, xəstəsi olduğunu bildirmişdir. Məhkəmə iclasında X5 şahid qismində verdiyi izahatında göstərmişdir ki, elektrik mantyoru işləyir. Onlar cənab sədrin tapşırığı ilə Nohurqışlaq kəndində elektrik enerjisi itkisinin qarşısının alınması məqsədi ilə reyd keçirirmişlər. Bir neçə həyətdə sayğac və uçot dəstlərinə baxış keçirmişlər. İddiaçı həyətinin qapısın döyəndə təxminən 14-15 yaşlarında bir oğlan uşağı qapını açmış, onlar həyətə girmişlər. Elektrik sayğacına baxış keçirərkən, həmin vaxt orda kənar xətt aşkar eləmişlər. Kənar xəttin çəkilişin eləmişlər, sayğacdan keçən yükü ölçmüşlər. Onlar həyətdən çıxmışlar. Bundan təxminən bir saat sonra İddiaçı onlara yaxınlaşmışdır. Paşa onlara yaxınlaşana qədər bir neçə həyətdə sayğaclara baxış keçirmişlər. Daha sonra balaca arx kimi bir yer var imiş. Orda Paşa onlara yaxınlaşmış, çox səmimi söhbət eləmişdir. Sonra Paşa demiş ki, “sayğaca baxış keçirmisiz, orda kənar xəttə tutmusuz, Gəlin bu işi yoluna qoyaq”. Sonra onlara rüşvət təklif etmişdir. Onlar da buna razı olmamışlar. Həmin vaxt Paşa onlara 70 manat rüşvət təklif eləmişdir. Rüşvəti hamıya təklif etmiş və konkret kiməsə təklif etməmişdir. Onlar da razılaşmamışlar. Onlar video çəkilişi edən kimi idarəyə göndərmişlər ki, barəsində tədbir görülsün. Onlar həyətə daxil olamamışdan əvvəl video çəkilişi başladıb sona girirlər. Məhkəmə iclasında X9 şahid qismində verdiyi izahatında göstərmişdir ki, Nohurqışlaq kəndində elektrik sayğaclarına baxış keçirirmişlər. İddiaçı qapısı açıq imiş. Çağırmışlar və həyətdə oğlan uşağı var imiş. Həyətə girmişlər və baxış keçirərkən aşkar olunmuş ki, sayğacdan kənar xəttdən istifadə olunur. Bununla bağlı çəkiliş aparmışlar. İddiaçı özü sonradan onlara yaxınlaşmış və demiş ki, “iki xəstə uşağım var”. Onlara pul təklif eləmişlər, lakin onlar vəzifə borclarını yerinə yetirirmişlər və qəbul etməmişlər. Kənar xətt dərhal yerində ləğv olunmuşdur. Həmin vaxt çəkilişi Etibar adlı əməkdaş edirmiş. Məhkəmə iclasında X6 şahid qismində verdiyi izahatında göstərmişdir ki,cənab sədrin göstərişi ilə yaradılmış qrup əsasında Qəbələnin bütün kəndlərində elektrin enerjisində olan itkilərin aradan qaldırılması məqsədi ilə reydlər keçirmişlər. Həmin reydlərdən birini də Qəbələ rayonu, Nohurqışlaq kəndində nəzarətçi vasitəsi iləkeçirmişlər. Nəzarətçi onları aparıb həmin həyətə, qapını döyüb icazə alıb. Həyətdə bir nəfər əlində bel olan cavan oğlan uşağı olub. 02 fevral 2005-ci il tarixli Nazirlər Kabinetinin Qərarı ilə EEİQ-nin 8.34-cü bəndinə əsasən onlar elektrik mühəndislərinin sayğaca qədər gəlməyə ixtiyarları olduğuna görə onlar sayğaca qədər gəlmiş və kənar xətti təyin eləmişlər. Bu videogörüntüdə də öz əksini tapmışdır. Bir az vaxt keçdikdən sonra nəzarətçiyə zəng vurdular, İddiaçı onlara yaxınlaşmış, iki uşağa baxdığını, maddi vəziyyətinin ağır olduğunu bildirmiş, cərimə yazılmamasını xahiş etmişdir. Onlar da bildirmişlər ki, bu mümkün deyil, cərimə yazılmalıdır. Onlara cərimə yazmağı müqabilində 70 manat pul təklif etmiş,onlar bundan imtina etmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi (atası) İddiaçı iştirakı ilə dindirilən X10 şahid qismində verdiyi izahatında göstərmişdir ki,o, bağda imiş, evə gəlirmiş və evdən nəsə götürəsiymiş. Nə götürəcəyi yadından çıxmışdır. Gələndə görmüş ki, həyət qapısının ağzında 3-4 nəfər tanımadığı kişi var. O da gedib atasına, anasına xəbər vermiş ki, evdə tanımadığı adamlar var idi, evdə də heç kim yox imiş. Onların iki ev var. Onlar o biri evdə yaşayırmışlar, bu evdə də heç kim yox imiş. Ondan heç nə soruşmamışlar. Onun əmisi oğlu da sonradan ora gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 iyul 2021-ci il tarixli, R215860 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğacların uçot dəstinə baxış keçirilmiş və məlum olmuşdur ki, abonent həyətindəki dayaqdan sayğacına gələn giriş xəttini açaraq sayğacı dövriyyədən kənarlaşdıraraq, sayğacdan kənar xətdən istifadə etmişdir. Tərəflərindən video çəkiliş olunmuş, ampermaşa vasitəsilə kənar xəttə olan yük ölçülmüş və kənar xətt ləğv olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X7 Filialı tərəfindən İddiaçı ünvanlanmış 31 avqust 2021-ci il tarixli, AERA-30- 1284/21 nömrəli məktubda göstərilmişdir ki, tərtib edilmiş 12.07.2021-ci il tarixli R215860 nömrəli akt əsasında aparılmış hesaba yenidən baxılması üçün tərəflərindən aidiyyəti üzrə göndərilmiş məktuba "xxxx" ASC-nin cavab məktubunda bildirilmişdir ki, sözügedən akta görə aparılmış hesabat düzgün tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nohurqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli, 569 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşayır və qeydiyyatdadır. X1 təsərrüfatından ayrılaraq Nohurqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına uçot kitabında 09 nömrəli kitabın 46-cı səhifəsində 748 nömrəli şəxsi hesabda qeydiyyata alınmışdır. JN-503F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə özünə məxsus torpaq sahəsi üzərində yaşayış evi tikmişdir və hal-hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. İş materillarına əlavə edilmiş R215860 nömrəli akt əsasında tərtib olunmuş 26iyul 2021ci il tarixli icra vərəqindən görünür ki, abonent həyətdəki dayaqdan sayğacına gələn xəttini açaraq sayğacı dövriyyədən kənarlaşdıraraq sayğacdan kənar xəttdən istifadə etdiyi üçün enerji sərfiyyatı göstərilən qaydada hesablanmaqla - Witr=5A x 0,22 kVx24s x 0,7 x 270 gün=4990 kVt.s, dəyəri 2700 kVt.s x 0.07 manat = 189 manat, 2290 kVt.s x 0,11 manat=251,90 manat müəyyən edilmişdir. İş materillarına əlavə edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, 12.07.2021-ci il tarixli, R215860 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 26.07.2021-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 270 gün üçün 0,07 manatla 2700 kvt.s (dəyəri 189.00 manat) və 0,11 manatla 2290 kvt.s (dəyəri 251.90 manat) toplamda 440.90 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materillarına əlavə edilmiş “Abunə Haqqında” məlumatdan görünür ki, **********00660 nömrəli abunəçi İddiaçı tərəfindən R215860 nömrəli akt əsasən edilmiş 400 manat cərimə məbləği 16.07.2021-ci il tarixdə ödənilmişdir. İş materiallarına əlavə edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, istehlakçının həyətindəki dayaqdan sayğacına gələn giriş xəttini açaraq elektrik sayğacını dövriyyədən kənarlaşdırmaqla sayğacdan kənar elektrik enejisindən istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Qəbələ Qəbələ rayonu Nohurqışlaq kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazası İddiaçı adına olmaqla **********00660 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 12.07.2021-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları E.İsrafilov, A.Ömərov, S.Kazımov və R.Rəsulov tərəfindən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı istehlakçının həyətindəki dayaqdan sayğacına gələn giriş xəttini açaraq elektrik sayğacını dövriyyədən kənarlaşdırmaqla sayğacdan kənar elektrik enejisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq, yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 12.07.2021-ci il tarixli, R215860 saylı akt tərtib olunmuşdur. Bundan sonra 12.07.2021-ci il tarixli, R215860 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 26.07.2021-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 270 gün üçün 0,07 manatla 2700 kvt.s (dəyəri 189.00 manat) və 0,11 manatla 2290 kvt.s (dəyəri 251.90 manat) toplamda 440.90 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı aşkar olunmuş qüsura razılaşaraq itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış məbləğin 400.00 manatını "xxxx" ASC-nin hesabına ödəmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı “Abunə Haqqında” məlumata əsasən müəyyən olunmuşdur ki, **********00660 nömrəli abunəçi İddiaçı tərəfindən R215860 nömrəli akt əsasən 400 manat cərimə məbləği 16.07.2021-ci il tarixdə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “CD” diskə baxış keçirilərkən istehlakçının, yəni İddiaçı həyətindəki dayaqdan sayğacına gələn giriş xəttini açaraq elektrik sayğacını dövriyyədən kənarlaşdırmaqla sayğacdan kənar elektrik enejisindən istifadə etdiyi müəyyən edilmişdir. Bunun nəticəsində də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq 12.07.2021-ci il tarixli, R215860 saylı akt tərtib olunmuşdur. Beləliklə, İddiaçı 12.07.2021-ci il tarixli, R215860 saylı aktın qanunsuzluğunu sübut edə bilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X3 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut olunmadığından təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X3 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar