Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-274/2023 13.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, ərizəçinin nümayəndəsi X11 və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X22 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Kürd kəndində anadan olmuş, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1989-cü il tarixdə Qəbələ rayonu Kürd kəndində anadan olmuşdur. X12 22 avqust 2022-ci il tarixdə, anası X14 isə 27 may 2010-cu il tarixdə vəfat etmişlər. Atası ilə anasının birgə nikahından həmçinin xx.xx.1978-ci il təvəllüdlü X8 adlı bacıları doğulmuşdur. Bacısı X1 rayonu Kürd kənd sakini olmaqla, uşaqlıqdan 1-ci qrup ömürlük əlildir, Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsindən pensiya almaqla, əlillik vəsiqəsi də verilmişdir. O, uşaqlıqdan hal-hazıradək Kürd kəndində qeydiyyatda olmaqla onun və valideynlərinin himayəsində yaşamışdır. Hal-hazırda isə valideynləri vəfat etdiklərindən onun himayəsində qalmışdır. Psixi qüsurlu olan Gülmirə İsgəndorva anadangəlmə ömürlük əlil olduğundan hər cür qulluğa ehtiyacı vardır. Başqasının köməyi olmadan müstəqil hərəkət etmək və qərar vermək qabiliyyəti yoxdur, öz hərəkətlərini dərk etmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. Ona görə də ona qəyyum və ya himayəçi təyin edilmədən onun hüquqlarını həyata keçirmək mümkün deyildir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X15 tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli arayışa əsasən, Qəbələ rayonu Kürd kənd sakini X2 Sosial Müdafiə Fondunun 1 saylı X15ndan 1-ci qrup (orqanizmin funksiyalarının 80-100 Faiz pozulmasına görə) əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası alır. Əlillik müddətsiz müəyyən olunmuşdur. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə qanunvericiliyə əsasən məhkəmə tərəfindən baxılır. Odur ki, X4 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyətli olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X17 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X30 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, İşdə olan Qəbələ rayon, Kürd kənd İ.Ə.N-yi tərəfindən 13 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İV № 729994 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Qəbələ rayonu, Kürd kəndində anadan olmuşdur. X13, anası X9r. İşdə olan Qutqaşen rayonu Kürd kənd İ.Ə.N-yi tərəfindən 11 fevral 1974-cü il tarixdə verilmiş AЗ № 228891 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 11 fevral 1974-cü ildə X6 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Qoçiyev, arvada Qoçiyeva soyadı verilmişdir. İşdə olan Qutqaşen rayonu Kürd kənd soveti tərəfindən 22 iyul 1978-ci il tarixdə verilmiş İV-ЖГ № 498829 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1978-ci ildə Qutqaşen rayonu Kürd kəndində anadan olmuşdur. X13, anası X9r. İşdə olan Qəbələ rayon Kürd kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 27 may 2010cu il tarixdə verilmiş AZ-İ № 408265 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 27 may 2010-cu il tarixdə Qəbələ rayonu Kürd kəndində vəfat etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 27 sentyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ № 272926 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 22 avqust 2022-ci il tarixdə Qəbələ rayonu Kürd kəndində vəfat etmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № 16550197 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1978-ci ildə Qəbələ rayonu Kürd kəndində anadan olmuş, hazırda Qəbələ rayonu, Kürd kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X35in 1 saylı X15 tərəfində verilmiş xx.xx.2022-ci il tarixli **********0 saylı arayışında görünür ki, Qəbələ rayon Kürd kənd sakini X3 Sosial Müdafiə Fondunun 1 saylı X15ndan 1-ci qrup (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlil kimi ailə başçısının itirməyə görə əmək pensiyası alır. Əlillik müddətsiz müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 xx.xx.2023-cü il tarixli, 1042 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. G.M.İsgəndərovanı öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X35 xx.xx.2023-cü il tarixli, 1042 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-274/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-274/2023
13.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver