Məhkəmə qərarları › İş №2(025)-281/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-281/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-281/2022 29.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-097A, KOD 40612028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona dair hissəsində Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, yəni Əzizova (Ağamalıyeva) İlhamə Şakir qızı xx.xx.1974-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bılıx kəndində anadan olmuşdur. 10.06.1993-cü il tarixində X11 ilə nikaha daxil olaraq soyadını “Ağamalıyeva” kimi qeyd etdirmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə ona, yəni, Ərizəçi və digər ailə üzvləri X2, X5, X1, X14, X3, X7, X8 və X18 Qəbələ rayonu, Bılıx kəndi ərazisindən 0.30 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmiş və bu baradə onlara JN-097A, KOD 40612028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, atasının adı olan “Şakir” əvəzinə səhvən “Qüddəsər” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə atasının adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq 26 iyul 2021-ci il tarixli **********70 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 29 mart 2022-ci il tarixdə Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək, məhkəməyə verilən ərizənin 2-ci abzasının, 2-ci cümləsində “Şəhadətnamədə sonradan mənə məlum olmuşdur ki, atamın adı olan “Valeh” əvəzinə səhvən “Qüddəsər” kimi yazılmışdır.” cümləsində texniki səhvə yol verdiyini, düzgün yazılışın isə “Şəhadətnamədə sonradan mənə məlum olmuşdur ki, atamın adı olan “Şakir” əvəzinə səhvən “Qüddəsər” kimi yazılmışdır.” kimi olduğunu bildirmişdir. Eyni zamanda digər məhkəmənin icraatında iş olduğundan məhkəmə iclasının onun və ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 097A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 aprel 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən, X4, Ağamalıyev Mehman Qüddəsər oğlu, X10, X20, X6, Ərizəçi Qüddəsər qızı, X15, X16 və X17 birgə mülkiyyətinə Qəbələ rayonu Bılıx kəndində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2018-ci il tarixli, AZ-T seriyalı, 068122 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “X24” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Məlikli kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyun 1993-cü il tarixli, Vİ-ЖГ seriyalı, 330363 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin nikaha daxil olandan sonra ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Bılıx kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, 98 nömrəli arayışdan görünür ki, JN-097A, kod: 40612028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpaq mülkiyyətçisinin adı texniki səhv nəticəsində Ərizəçi Qüddəsər qızı kimi göstərilmişdir. Vətəndaşın düzgün adı Ərizəçidır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Bılıx kənd İƏD tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 90 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Bılıx kəndində qeydiyyatdadır, lakin Qəbələ rayonu ərazisində yaşayır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 26 iyul 2022-ci il tarixli **********70 nömrəli məktubundan görünür ki, JN – 097A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in 15 aprel 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən X4, Ağamalıyev Mehman Qüddəsər oğlu, X10, X20, X6, Ərizəçi Qüddəsər qızı, X15, X16 və X17 birgə mülkiyyətinə 0,30 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 097A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi ata adı səhvən «Qüddəsər» kimi qeyd olunmuşdur. Ərizəçiyə məxsus digər sənədlərdə isə ata adı düzgün olaraq “Şakir” kimi qeyd edilmişdir. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 15 aprel 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən X4, Ağamalıyev Mehman Qüddəsər oğlu, X10, X20, X6, Ərizəçi Qüddəsər qızı, X15, X16 və X17 birgə mülkiyyətinə 0,30 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN – 097A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar