Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-299/2022 24.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1669.36 AZN əsas borc, 838.2 AZN faiz borcu və 2424.95 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 4932.51 AZN borcun və 30 manat ödənilmiş dövt rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 13 avqust 2015-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 2000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01 may 2018-dək Cavabdeh banka 13 avqust 2015-cü il tarixli kredit müqaviləsi üzrə 1669,36 manat əsas borc, 838,2 manat faiz borcu və 2424,95 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4932,51 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boytm qaçırır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli məhkəmə əmri ilə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Cavabdeh 1669,36 manat əsas borc, 838,2 manat faiz borcu və 2424,95 manat cərimə borcu olmaqla cəmi 4932,51 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti məcburi qaydada tutulub "xxxx" X1 hesabına ödənilməsi müəyyən edilmişdir. 05 oktyabr 2021-ci il tarixdə Borclu Cavabdeh etirazla məhkəməyə müraciət edərək, həmin məhkəmə əmrinin ləğv edilməsi və materiallar əsasında ümumi iddia icraatına keçirilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə borclu Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli əmrindən vermiş olduğu etirazı geri qaytarılması müəyyən edilmişdir. 15 oktyabr 2021-ci il tarixdə borclu Cavabdeh məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 05 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 05 oktyabr 2021-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 2(107)- 2361/2021 saylı qərarddaına əsasən Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı tam, Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(025)-983/2018 nömrəli qərardadı isə borclu Cavabdeh verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, İşin borclu Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli əmrindən verdiyi etiraza baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 19 yanvar 2022-ci il tarixli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbini təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahtında bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018 cı-il tarixli məhkəmə əmri ilə əvvəlki adı "Nikoyl” İKB xeyrinə 1669,36 (min altı yüz altmış doqquz manat otuz altı qəpik) əsas, 838,2 ( səkkiz yüz otuz səkkiz manat iki qəpik) faiz 2424,95 (iki min dört yüz iyirmi dörd manat doxsan beşş qəpik ) cərimə borcu olmaqla, cəmi 4932,51 (dörd min doqquz yüz otuz iki manat əlli bir qəpik) məbləğində borc və dönvlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitin ondan tutulmasına dair məhkəmə əmri verilmişdir. İş üzrə borclu olaraq kreditorun tələbi əsasında çıxarılmış Qəbələ Rayon Məhkəməsinin 2(025)-983/2018 saylı, 23 may 2018 cı-il tarixli məhkəmə əmrinə etiraz etmişdir. Hesab edir ki, məhkəmə əmri kreditorun həqiqətə uyğun olmayan, borc məbləğ şişirdilmiş hesablamalarla təqdim etdiyi sənədlər əsasında çıxarılmışdır. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 13.08.2015-ci il tarixli 5-Y-1-0-1122-15 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 2000 AZN məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 13.08.2015-ci il tarixdə 2000 AZN məbləğində pul vəsaitini imza edərək qəbul etmişdir. İş materiallarında olan 13.08.2015-ci il tarixli 5-Y-1-0-1122-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 1810 USD məbləği illik 28 %-lə, 48 ay müddətinə aylıq 63.08 USD, son ayda isə 63.34 USD annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.08.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh 2000 AZN məbləği illik 28 %-lə, 24 ay müddətinə aylıq 109.78 manat, son ayda isə 109.71 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13.08.2015-ci il tarixli 5-Y-1-0-1122-15 nömrəli kredit müqaviləsi üzrə 1669.36 manat əsas borcu, kredit müqaviləsinin bitmə tarixinə 838.2 manat faiz borcu, 2424.95 manat cərimə borcu olmaqla, cəmi 4932.51 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 01.05.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 21.02.2022-ci il tarixə Cavabdeh əsas borcu 1669.36 manat, faiz borcu 838.2 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 1669.36 manat və faiz borcu üzrə 838.2 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, 2424.95 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmamışdır. Odur ki, onun məbləği azaldılmalı, 20 manata endirilməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən, cərimə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 20 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh 1669 manat 36 qəpik əsas borc, 838 manat 20 qəpik faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 2527 manat 56 qəpik kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh 1669 manat 36 qəpik əsas borc, 838 manat 20 qəpik faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 2527 manat 56 qəpik kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-299/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-299/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver