Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-30/2024 01.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qəbələ Rayon Dövlət Notariat Kontoruna, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh Qəbələ rayon dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə X2 ilə Cavabdeh3 arasında tərtib və təsdiq edilmiş 231745 nömrəli, 4Ə- 75 reyestr nömrəli "bağışlama müqaviləsi"nin etibarsız hesab edilməsi; Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi; mərhum X1 adına Qəbələ rayon Aqrar İslahatı Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı əsasında tərtib edilmiş JN-424F (kod ********) nömrəli 0.07 ha ölçülü "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin etibarsız hesab edilməsi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X1 adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi; Qəbələ rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-145 saylı "bağışlama" müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə məhkəməyə “Elektron qaydada” vəsatət göndərərək, məhkəmənin icraatında olan 2(025)- 30/2024 saylı mülki işin və 2(025)-16/2024 saylı mülki işin birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkil tərəfindən verilmiş vəsatəti müdafiə edərək, vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 mülki işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Eyni zamanda mülki işlər birləşdirildikdən sonra iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Cavabdeh1 və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və cavabdeh Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, Cavabdeh1 və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin və cavabdeh Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki e-2(025)-30/2024 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Abbas Əliyev) iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. e-2(025)-30/2024 nömrəli mülki iş isə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, e-2(025)-30/2024 nömrəli iş həmin Məhkəmənin icraatında iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbli birbirilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə e-2(025)- 16/2024 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263- 264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(025)-30/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Abbas Əliyev) iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı “mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, həmin torpaq sahəsində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə e- 2(025)-16/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin, birləşdirilmiş iş üzrə e-2(025)-16/2024 qeydiyyat nömrəsi saxlanılsın. e-2(025)-30/2024 saylı mülki iş üzrə məhkəmə baxışına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-30/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-30/2024
01.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver