Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-305/2022 31.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) X12 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-010G, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 02.12.2021-ci il tarixli olan Çıxarışın ona aid hissədə ona, Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1999-cu ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuşdur. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə ona, yəni Ərizəçi və digər ailə üzvləri X9, X10, Nümayəndə, X5, X6, X2, X17, X18, X21 və X13 Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən 0.52 ha fərdi yaşayış evi tikmək ücün torpaq sahəsi verilmiş və bu baradə onlara JN-010G, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 02.12.2021-ci il tarixli olan Çıxarış verilmişdir. Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndi xüsusi mülkiyyətlərində olan 0,61 ha torpaq sahəsində ona, yəni Ərizəçi 0.07181 ha və digər ailə üzvləri X28 0,07979 ha, X36 0.007979 ha, X5 0.07979 ha, X2 0.07979 ha, X24 0.05979, Nümayəndə 0.07979 ha, X21 0.07181 ha, X13 0,07181 ha və X18 0.07979 ha olmaqla torpaq payları müəyyən olunmuşdur. Şəhadətnamədə və Çıxarışda sonradan ona məlum olmuşdur ki, adı “Lamiə” əvəzinə səhvən “Kamiyə” kimi səhvən yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə notariat ofisində bağışlama müqaviləsi bağlayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə və Çıxarışda adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki, həmçinin sonradan verilən Çıxarışdakı yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq 07 yanvar 2022-ci il tarixli **********24 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) X25 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 010G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən, X7, X8, X12, X3, X1, X4, X14, X15, X19, X11 və X29 birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,52 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********68; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 02.12.2021 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,61 ha həyətyanı torpaq sahəsindən X26 0,07979 ha, X34 0.007979 ha, X3 0.07979 ha, X1 0.07979 ha, X22 0.05979, Nümayəndə 0.07979 ha, X19 0.07181 ha, X11 0,07181 ha, X29 0,07181 ha və X16 0.07979 ha payları müəyyən olunmuşdur. İşdə olan 20 sentyabr 1999-cu il tarixli, AZ-İ seriyalı, 067678 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Nohurqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə verilmiş JN-010G və JN-010Fnömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi adı texniki səhv olaraq X20 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 07 yanvar 2022-ci il tarixli **********24 nömrəli məktubundan görünür ki, JN – 010G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid 0657/2016 nömrəli “Tələbə Bileti”nin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən X7, X8, X12, X3, X1, X4, X14, X15, X19, X11 və X29 birgə mülkiyyətinə 0,52 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN – 010G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********68; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 02.12.2021 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda Ərizəçi adı səhvən «Kamiyə» kimi qeyd olunmuşdur. Ərizəçiyə aid digər sənədlərdə isə ərizəçinin ad, soyad və ata adı düzgün olaraq “Ərizəçi” kimi qeyd edilmişdir. Qeyd olunan şəhadətnamədə və çıxarışda yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə və çıxarış üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarına əsasən, X7, X8, X12, X3, X1, X4, X14, X15, X19, X11 və X29 adına verilmiş JN – 010G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və X26, X34, X3, X1, X23, Nümayəndə, X19, X11, X16 və X29 adına Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********68; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 02.12.2021 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-305/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-305/2022
31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver