Məhkəmə qərarları › İş №2(025)-305/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-305/2023

04.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-305/2023 04.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1979-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuşdur. Bacısı X1 rayonu Vəndam qəsəbə sakini olmaqla, uşaqlıqdan 1-ci qrup ömürlük əlildir, Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsindən pensiya almaqla, əlillik vəsiqəsi də verilmişdir. O, uşaqlıqdan hal-hazıradək Vəndam qəsəbəsində qeydiyyatda olmaqla onun və valideynlərinin himayəsində yaşamışdır. Hal-hazırda isə anası vəfat etmiş, atası isə çox yaşlı olmaqla o da onun himayəsindədir. Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 34 nömrəli arayışla da, X2nın onun himayəsində olması təsdiq olunur. Eyni zamanda Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışa əsasən də, İ qrup əlil X2na görə ona 80 manat təqaüd verildiyi müəyyən olunur. Psixi qüsurlu olan Nazənin Rəşidova anadangəlmə ömürlük əlil olduğundan hər cür qulluğa ehtiyacı vardır. Başqasının köməyi olmadan müstəqil hərəkət etmək və qərar vermək qabiliyyəti yoxdur, öz hərəkətlərini dərk etmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. Ona görə də ona qəyyum və ya himayəçi təyin edilmədən onun hüquqlarını həyata keçirmək mümkün deyildir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şəki-Zaqatala regional filialı tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli arayışa əsasən, İ dərəcəli əlil X2na baxmasına görə 100 (bir yüz) manat Prezident təqaüdü alması göstərilmişdir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə qanunvericiliyə əsasən məhkəmə tərəfindən baxılır. Odur ki, X2 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyətli olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 28 fevral 1968-ci il tarixli, АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1968-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci ildə 38 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şəki-Zaqatala regional filialı tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Sosial Ödənişlər” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonundan İ (birinc) dərəcə əlil X2na baxmağa görə 100 (bir yüz) manat Prezident təqaüdü alır. Əlilliyin Müddəti – ömürlük. İş materiallarında olan Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 65 saylı xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, X6 xx.xx.1990-cı il tarixdən xx.xx.1990-ci il tarixə kimi və xx.xx.2011- ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Sumqayıt şəhər Ruhi-Əsəb Xəstəlikləri dispanserində stasionar müayinə və müalicə olunmuşdur. Diaqnoz: "Paranoid şizofreniya, fasiləsiz gedişli. Davamlı hallüsinator-sayıqlama sindromu ilə. Dərin psixi defekt halı". İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş arayışında göstərilir ki, X6 müddətsiz İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2023cü il tarixli, 34 nömrəli arayışdan görünür ki, X1 rayon Vəndam qəsəbəsində qeydiyyatdadır, hal-hazırda Qəbələ rayon Vəndam qəsəbəsində bacısı Ərizəçi himayəsində yaşayır. Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(025)-305/2023 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X6 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 882 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs xx.xx.1968-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşmamışdır. Erkən psixofiziki inkişafı adi olmuşdur. Uşaqlıqda keçirdiyi infeksion xəstəlikləri xatırlamır. Məktəbə vaxtında getmiş, orta təhsil aldıqdan sonra kənd təsərrüfatı texnikumunda oxuyaraq bitirməsi məlum olur. Bacısının deməsinə görə yoxlanılan şəxsin psixi vəziyyətində dəyişikliklərin 1990-cı ildən meydana gəlməsi, onda əsəbilik, yuxu pozuntusu, daha sonralar şübhələrin meydana gəlməsi, davranışının qeyri-adekvatlığı biruzə verdiyi üçün psixiatrik qeydiyyatda düşməklə bir neçə dəfə Sumqayıt Psixiatriya Xəstəxanasında müalicələrdə olmuş, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici və qoruyucu müalicəni qəbul edir. Psixi vəziyyəti ilə əlaqədar İ qrup əlildir. Davranış pozuntuları biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, çox vaxt öz-özünə danışması, gülməsi, göstərilənlərlə əlaqədar hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacının olması müəyyən edilir. Mülki işə əlavə edilmiş Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş 65 saylı xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, X6 xx.xx.1990-cı il tarixdən xx.xx.1990-ci il tarixə kimi və xx.xx.2011- ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Sumqayıt şəhər Ruhi-Əsəb Xəstəlikləri dispanserində stasionar müayinə və müalicə olunmuşdur. Diaqnoz: "Paranoid şizofreniya, fasiləsiz gedişli. Davamlı hallüsinatorsayıqlama sindromu ilə. Dərin psixi defekt halı". Mülki işə əlavə edilmiş AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş arayışında göstərilir ki, X6 müddətsiz İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində hal hazırki psixiatrik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi orqanik dəyişiklik qeyd edilmir. Psixi statusu. Düşüncəsi kobud pozulmamış, bələdliyi özünə, zamana və məkana görə formal saxlanılıb. Zahirən bir qədər əzgin və süst görünür. Əhvalı-ruhiyyəsi nisbətən enmişdir. Sorğu-sual zamanı ünsiyyətə formal daxil olur, verilən suallara qısa, çox vaxt yerinə düşməyən tərzdə cavablar verir. Sorğu gedişatında təfəkkürünün rabitəsizliyi, qırıqlığı, paraloji olması, autizm əlamətləri qeyd olunur. Sorğu gedişatında verilən suallara yerinə düşməyən, cəfəng məzmunlu cavablar verir. Mimikasında qeyri-adekvat təbəssüm biruzə verir. Passiv olaraq ayrı-ayrı münasibət sayıqlama ideyaları biruzə verir. Həmçinin formal olaraq etiraf edərək "səslər" eşitdiyini, "yaxşı" səslər eşitdiyini bildirərək məzmunu barəsində məlumat vermir. Maraq dairəsinin və emosional-iradi sferasının nəzərə çarpan xeyli enik olması, şəxsiyyətin dərin psixi qüsur əlamətləri müəyyən edilir. Öz psixi vəziyyətinə qarşı tənqidi aşkar edilmir. Keçirilən ekspertizanın nəticələri ilə maraqlanmır. Nəticə hissəsi: İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlinir ki, X4 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişikliklərin 1990-cı ildən meydana gəlməsi, onda əsəbilik, yuxu pozuntusu, daha sonralar şübhələrin meydana gəlməsi, davranışının qeyri-adekvatlığı biruzə verdiyi üçün psixiatrik qeydiyyatda düşməklə Sumqayıt Psixiatriya Xəstəxanasında xx.xx.1990-cı il tarixdən xx.xx.1990-ci il tarixə kimi və xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi "Paranoid şizofreniya, fasiləsiz gedişli. Davamlı hallüsinator-sayıqlama sindromu ilə. Dərin psixi defekt halı" diaqnozu ilə stasionar müayinə və müalicə olunması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, psixi vəziyyəti ilə əlaqədar İ qrup əlil olması, həmçinin davranış pozuntuları biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, çox vaxt öz-özünə danışması, gülməsi, hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı aşkar olunan əlamətlər - sorğu gedişatında verilən suallara yerinə düşməyən, cəfəng məzmunlu cavablar verməsi, mimikasında qeyri-adekvat təbəssüm biruzə verməsi, maraq dairəsinin və emosional-iradi sferasının nəzərə çarpan xeyli enik olması, şəxsiyyətin dərin psixi qüsur əlaməttləri müəyyən edilməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. Beləliklə, X4 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X6 öz psixi vəziyyətinə gorə hərəkətlərinin mənəsını dərk etmək və onlan şuurlu idarə etmək iqtidarına malik deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 882 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X3 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1968-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar