Məhkəmə qərarları › İş №2(025)-306/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-306/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-306/2023 29.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-277F saylı, kodu 40605018 olan «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ona dair hissədə ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998ci il tarixli 09 saylı qərarı ilə X11, X7 X3, X8 və ona Qəbələ rayonu, Həmzəli kəndi ərazisindən 0.63 ha fərdi yaşayış evi tikmək ücün həyətyanı torpaq sahəsi verilmiş və bu baradə bizə JN-277F, KOD 40605018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, soyadı “Əliyev” əvəzinə “Əliyeva”, sonluq isə “oğlu” əvəzinə “qızı” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqədə, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda bizə məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamədə soyad və sonluq düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirik. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən mən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq olaraq 12 dekabr 2022-ci il tarixli **********21 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-277F (Kod: 4********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 oktyabr 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, X10, X4, X1, X2 və X5 mülkiyyətinə 0.63 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonun Həmzəlli kənd soveti tərəfindən verilmiş 11 oktyabr 1982-cu il tarixli Vİİİ ЖГ № 450859 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1982-ci ildə Qutqaşen rayon, Həmzəlli kəndində anadan olmuşdur. burada Ərizəçi tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu Həmzəlli kənd İ Ə N-si tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli AZ İ № 403748 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2008-ci il tarixdə X6 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Burada Ərizəçi adı “Ərizəçi olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Həmzəlli kənd İƏDN-si tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş 253 saylı arayışdan görünür ki, JN-277F (Kod: 40605018 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədə Ərizəçi adı səhv olaraq “X9” kimi göstərilmişdir. Qəbələ rayon Həmzəlli kəndində X9 adlı şəxs qeydiyyatda deyil və yaşamır. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvilərinin mülkiyyətinə 0.63 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-277F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi” əvəzinə “X9” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-277F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar